“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

 

“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 586; 2007, № 1, maddə 1, № 8, maddə 756, № 11, maddələr 1078, 1081; 2008, № 3, maddə 155, № 6, maddə 481, № 8, maddələr 694, 710; 2009, № 6, maddə 399, № 11, maddə 878; 2010, № 3, maddə 171, № 4, maddə 273, № 11, maddə 944; 2011, № 2, maddələr 71, 72; 2012, № 11, maddə 1040; 2015, № 10, maddə 1089; 2016, № 6, maddə 984) aşağıdakı dəyişikliklər edilsin:

1. 6.1-ci maddənin birinci cümləsində “bir illik” sözləri “altı aylıq” sözləri ilə, ikinci cümləsində “altı” sözü “üç” sözü ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 17.1-1-ci maddə əlavə edilsin:

“17.1-1. Yalnız müvafiq vəzifələrdə azı bir il çalışan ədliyyə orqanları işçilərinin attestasiyası keçirilə bilər. Hər bir ədliyyə orqanı işçisinin attestasiyası beş ildə bir dəfədən çox olmayaraq keçirilir.”.

3. 17.2-ci maddədə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri “müvafiq icra hakimiyyəti orqanı tərəfindən” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 may 2017-ci il.

14 İyul 2017, 10:07

http://www.azertag.net

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...