“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununu “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

 

“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 497; 1999, № 5, maddə 285; 2001, № 3, maddələr 141, 142, 143, 144, № 11, maddələr 672, 687, 693; 2002, № 5, maddələr 240, 244, № 6, maddə 328; 2003, № 6, maddə 256; 2004, № 4, maddə 199, № 6, maddə 396, № 7, maddə 507; 2006, № 2, maddə 66, № 12, maddə 1028; 2007, № 6, maddə 560, № 11, maddə 1052, № 12, maddə 1197; 2008, № 7, maddə 602; 2009, № 2, maddə 46, № 12, maddə 949; 2010, № 11, maddə 962; 2011, № 2, maddələr 70, 71, № 7, maddə 616; 2012, № 6, maddə 510; 2013, № 11, maddələr 1285, 1305, 1316; 2015, № 2, maddə 104, № 4, maddə 345, № 6, maddə 681; 2016, № 2, maddə 189, № 4, maddə 658) aşağıdakı dəyişikliklər edilsin:

1. 11-ci maddəyə aşağıdakı məzmunda üçüncü və dördüncü hissələr əlavə edilsin:

“Hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır.

Azərbaycan Respublikasında yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə (tətbiqinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları reklam oluna bilər. Dərman vasitələrinin, tibbi təyinatlı texnikanın və məmulatların, tibbi xidmətlərin reklamına tələblər “Reklam haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunur.”.

2. 37-ci maddənin dördüncü hissəsi ləğv edilsin.

3. 50-ci maddənin beşinci hissəsində “Müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan kütləvi” sözləri “Kütləvi” sözü ilə, “reklam yayımına” sözləri “reklamına” sözü ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 may 2017-ci il.

14 İyul 2017, 10:07

http://www.azertag.net

7011—7020 / 10511

18 Aprel 2016, 09:04

“Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərin hazırlanıb keçirilməsi üçün əsas hərəkət və tədbirlərin Təqvim Planı”nın təsdiq edilməsi barədə   ətraflı...

18 Aprel 2016, 09:04

Arifə Ağaverdi qızı Muxtarovanın Mərkəzi Seçki Komissiyasının katibi seçilməsi barədə   ətraflı...

18 Aprel 2016, 09:04

Mikayıl Rəhman oğlu Rəhimovun Mərkəzi Seçki Komissiyasının katibi seçilməsi barədə   ətraflı...

18 Aprel 2016, 09:04

Natiq Seyfulla oğlu Məmmədovun Mərkəzi Seçki Komissiyası sədrinin müavini seçilməsi barədə   ətraflı...

18 Aprel 2016, 09:04

Məzahir Məhəmməd oğlu Pənahovun Mərkəzi Seçki Komissiyasının sədri seçilməsi barədə   ətraflı...

18 Aprel 2016, 09:04

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında   ətraflı...

13 Aprel 2016, 09:04

90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərin təyin edilməsi haqqında   ətraflı...

13 Aprel 2016, 09:04

S.R.Nuriyevin Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru təyin edilməsi haqqında   ətraflı...

13 Aprel 2016, 09:04

S.R.Nuriyevin Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

13 Aprel 2016, 09:04

M.M.Abbaszadənin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin edilməsi haqqında   ətraflı...