Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4, II kitab, maddə 251, № 5, maddə 323, № 12, maddə 835; 2001, № 1, maddə 24, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddələr 236, 248, 258, № 6, maddə 326, № 8, maddə 465; 2003, № 6, maddələr 276, 279, № 8, maddələr 424, 425, № 12, I kitab, maddə 676; 2004, № 1, maddə 10, № 4, maddə 200, № 5, maddə 321, № 8, maddə 598, № 10, maddə 762, № 11, maddə 900; 2005, № 1, maddə 3, № 6, maddə 462, № 7, maddə 575, № 10, maddə 904, № 11, maddə 994; 2006, № 2, maddələr 71, 72, 75, № 5, maddə 390, № 12, maddələr 1008, 1020, 1028; 2007, № 2, maddə 68, № 5, maddə 398, № 6, maddələr 560, 562, 579, № 8, maddə 757, № 10, maddələr 937, 941, № 11, maddələr 1049, 1080, 1090, № 12, maddə 1221; 2008, № 6, maddələr 454, 461, № 7, maddə 602, № 10, maddə 884, № 12, maddələr 1047, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 953; 2010, № 2, maddə 70, № 3, maddələr 171, 178, № 4, maddələr 275, 276, № 7, maddə 591; 2011, № 4, maddə 253, № 5, maddə 472, № 7, maddələr 587, 601, 621, № 11, maddə 980, № 12, maddə 1093; 2012, № 2, maddə 45, № 3, maddələr 193, 196, № 7, maddələr 666, 669, 673, № 11, maddə 1068, № 12, maddə 1223; 2013, № 1, maddə 14, № 2, maddə 102, № 4 maddə 364, № 5, maddələr 459, 479, 481, № 6, maddələr 594, 600, № 11, maddələr 1264, 1286, 1312, № 12, maddə 1492; 2014, № 2, maddələr 89, 95, № 4, maddə 327, № 6, maddələr 618, 622; 2015, № 4, maddələr 339, 359, 368, № 5, maddələr 504, 508, 510, № 6, maddələr 678, 690, 692, № 11, maddələr 1253, 1268, 1289, 1298, № 12, maddələr 1437, 1445; 2016, № 4, maddələr 634, 636, 638, 653, № 5, maddə 845, № 6, maddələr 993, 1001, № 12, maddələr 1983, 1999, 2008, 2019, 2038, 2048; 2017, № 2, maddə 161, № 3, maddə 330; Azərbaycan Respublikasının 2017-ci il 7 aprel tarixli 563-VQD nömrəli, 566-VQD nömrəli, 575-VQD nömrəli, 25 aprel tarixli 633-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. 44.2-ci maddədə “on min” sözləri “iyirmi min” sözləri ilə əvəz edilsin.
2. 128-ci maddənin sanksiyasında “beş yüz manatdan min” sözləri “min manatdan min beş yüz” sözləri ilə əvəz edilsin.
3. 129-cu maddə üzrə:
3.1. 129.1-ci maddənin sanksiyasında “iki ilədək müddətə islah işləri” sözlərindən əvvəl “min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya” sözləri əlavə edilsin;
3.2. 129.2-ci maddənin sanksiyasında “iki ilədək müddətə islah işləri” sözlərindən əvvəl “min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya” sözləri əlavə edilsin.
4. 130-cu maddə üzrə:
4.1. 130.1-ci maddənin sanksiyasında “bir ilədək müddətə islah işləri” sözlərindən əvvəl “min manatdan iki min manatadək miqdarda cərimə və ya” sözləri əlavə edilsin;
4.2. 130.2-ci maddənin sanksiyasında “iki ilədək müddətə islah işləri” sözlərindən əvvəl “min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya” sözləri əlavə edilsin.
5. 131-ci maddə üzrə:
5.1. 131.1-ci maddənin sanksiyasında “üç yüz” sözləri “yeddi yüz manatdan min iki yüz” sözləri ilə əvəz edilsin;
5.2. 131.2-ci maddənin sanksiyasında “beş yüz” sözləri “min iki yüz manatdan iki min dörd yüz” sözləri ilə, “altı ayadək” sözləri isə “bir ilədək” sözləri ilə əvəz edilsin.
6. 134-cü maddənin sanksiyasında “iki yüz manatdan beş yüz” sözləri “min manatdan iki min” sözləri ilə əvəz edilsin.
7. 136-cı maddə üzrə:
7.1. 136.1-ci maddənin sanksiyasında “beş yüz manatdan min” sözləri “dörd min manatdan yeddi min” sözləri ilə əvəz edilsin;
7.2. 136.2-ci maddənin sanksiyasından “beş yüz manatdan min manatadək miqdarda cərimə və ya” sözləri çıxarılsın;
7.3. aşağıdakı məzmunda 136.2-1-ci maddə əlavə edilsin:
“136.2-1. Bu Məcəllənin 136.1-ci və 136.2-ci maddələri ilə nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda -
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;
7.4. 136.3-cü maddənin:
7.4.1. dispozisiyasından “və ya sağlamlığına ağır və ya az ağır zərər vurulmasına” sözləri çıxarılsın;
7.4.2. sanksiyası aşağıdakı redaksiyada verilsin:
“üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.
8. 137.1-ci maddənin sanksiyasında “iki min manatdan beş min” sözləri “dörd min manatdan səkkiz min” sözləri ilə əvəz edilsin.
9. 138-ci maddə üzrə:
9.1. 138.1-ci, 138.3-cü və 138.4-cü maddələrin sanksiyasında “beş yüz manatdan min” sözləri “min beş yüz manatdan iki min” sözləri ilə əvəz edilsin;
9.2. 138.2-ci maddənin:
9.2.1. dispozisiyasından “ölümünə və ya” sözləri çıxarılsın;
9.2.2. sanksiyasında “beş yüz manatdan min” sözləri “iki min manatdan üç min” sözləri ilə, “beş ilədək” sözləri isə “dörd ilədək” sözləri ilə əvəz edilsin;
9.2.3. aşağıdakı məzmunda 138.2-1-ci maddə əlavə edilsin:
“138.2-1. Bu Məcəllənin 138.2-ci maddəsi ilə nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olduqda -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.
10. 139.1-ci maddənin sanksiyasında “üç yüz manatdan beş yüz” sözləri “iki min beş yüz manatdan beş min” sözləri ilə əvəz edilsin.
11. 141-ci maddə üzrə:
11.1. 141.1-ci maddənin sanksiyasında “iki yüz” sözləri “beş yüz manatdan min” sözləri ilə əvəz edilsin;
11.2. 141.2-ci maddənin sanksiyasında “üç yüz” sözləri “min manatdan min beş yüz” sözləri ilə əvəz edilsin;
11.3. 141.3-cü maddənin sanksiyasında “üç yüz manatdan beş yüz” sözləri “iki min manatdan üç min” sözləri ilə əvəz edilsin.
12. 142.1-ci maddənin sanksiyasında “üç yüz” sözləri “min manatdan min beş yüz” sözləri ilə əvəz edilsin.
13. 143-cü maddənin sanksiyasında “üç yüz” sözləri “min manatdan min beş yüz” sözləri ilə əvəz edilsin.
14. 143-1-ci maddənin sanksiyasında “beş yüz manatdan min” sözləri “min beş yüz manatdan iki min” sözləri ilə əvəz edilsin.
15. 147.1-ci maddənin sanksiyasında “yüz manatdan beş yüz” sözləri “min manatdan min beş yüz” sözləri ilə əvəz edilsin.
16. 148-ci maddənin sanksiyasında “üç yüz manatdan min” sözləri “min manatdan min beş yüz” sözləri ilə əvəz edilsin.
17. 148-1-ci maddənin sanksiyasında “min beş yüz” sözləri “iki min” sözləri ilə əvəz edilsin.
18. 154-cü maddə üzrə:
18.1. 154.1-ci maddənin sanksiyasında “yüz manatdan beş yüz” sözləri “min manatdan iki min” sözləri ilə əvəz edilsin;
18.2. 154.2-ci maddənin sanksiyasında “beş yüz manatdan min” sözləri “iki min manatdan üç min” sözləri ilə əvəz edilsin.
19. 155-ci və 156.1-ci maddələrin sanksiyasında “yüz manatdan beş yüz” sözləri “min manatdan iki min” sözləri ilə əvəz edilsin.
20. 157.1-ci və 158.1-ci maddələrin sanksiyasında “yüz manatdan beş yüz” sözləri “min manatdan iki min” sözləri ilə əvəz edilsin.
21. 159-cu maddə üzrə:
21.1. 159.1-ci maddənin sanksiyasında “yüz manatdan” sözləri “min beş yüz manatdan iki min” sözləri ilə əvəz edilsin;
21.2. 159.2-ci maddənin sanksiyasında “iki yüz manatdan altı yüz” sözləri “iki min manatdan dörd min” sözləri ilə əvəz edilsin;
21.3. 159.3-cü maddənin sanksiyasında “üç yüz manatdan yeddi yüz” sözləri “iki min beş yüz manatdan beş min” sözləri ilə əvəz edilsin;
21.4. 159.4-cü maddənin sanksiyasında “beş yüz manatdan min” sözləri “beş min manatdan səkkiz min” sözləri ilə əvəz edilsin.
22. 159-1-ci maddə üzrə:
22.1. 159-1.1-ci maddənin sanksiyasında “iki yüz manatdan altı yüz” sözləri “iki min manatdan dörd min” sözləri ilə əvəz edilsin;
22.2. 159-1.2-ci və 159-1.3-cü maddələrin sanksiyasında “beş yüz manatdan min” sözləri “üç min manatdan altı min” sözləri ilə əvəz edilsin.
23. 160-cı maddə üzrə:
23.1. 160.1-ci maddənin sanksiyasında “yüz manatdan beş yüz” sözləri “iki min manatdan üç min” sözləri ilə əvəz edilsin;
23.2. 160.2-ci maddənin sanksiyasında “beş yüz manatdan min” sözləri “dörd min manatdan yeddi min” sözləri ilə əvəz edilsin.
24. 161.1-ci və 161.2-ci maddələrin sanksiyasında “yüz manatdan beş yüz” sözləri “iki min beş yüz manatdan beş min” sözləri ilə əvəz edilsin.
25. 162-ci maddə üzrə:
25.1. 162.1-ci maddənin sanksiyasında “yüz manatdan beş yüz” sözləri “iki min manatdan üç min” sözləri ilə əvəz edilsin;
25.2. aşağıdakı məzmunda 162.3-cü maddə əlavə edilsin:
“162.3. Bu Məcəllənin 162.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.
26. 163.1-ci maddənin sanksiyasında “yüz manatdan beş yüz” sözləri “beş yüz manatdan min” sözləri ilə əvəz edilsin.
27. 164-cü maddənin sanksiyasında “beş yüz manatdan min” sözləri “iki min manatdan üç min” sözləri ilə əvəz edilsin.
28. 165-ci maddə üzrə:
28.1. 165.1-ci maddənin sanksiyasında “yüz manatdan beş yüz” sözləri “min manatdan iki min” sözləri ilə əvəz edilsin;
28.2. 165.2-ci maddənin sanksiyasında “beş yüz manatdan min” sözləri “iki min manatdan dörd min” sözləri ilə əvəz edilsin.
29. 165-1-ci maddə üzrə:
29.1. 165-1.1-ci maddənin sanksiyasında “yüz əlli manatdan beş yüz” sözləri “min manatdan iki min” sözləri ilə əvəz edilsin;
29.2. 165-1.2-ci maddənin sanksiyasında “beş yüz manatdan min” sözləri “iki min manatdan dörd min” sözləri ilə əvəz edilsin.
30. 165-2-ci maddə üzrə:
30.1. 165-2.1-ci maddənin sanksiyasında “yüz əlli manatdan beş yüz” sözləri “min manatdan iki min” sözləri ilə əvəz edilsin;
30.2. 165-2.2-ci maddənin sanksiyasında “beş yüz manatdan min” sözləri “iki min manatdan dörd min” sözləri ilə əvəz edilsin.
31. 165-3-cü maddə üzrə:
31.1. 165-3.1-ci maddənin sanksiyasında “yüz əlli manatdan beş yüz” sözləri “min manatdan iki min” sözləri ilə əvəz edilsin;
31.2. 165-3.2-ci maddənin sanksiyasında “beş yüz manatdan min” sözləri “iki min manatdan dörd min” sözləri ilə əvəz edilsin.
32. 166-cı maddə üzrə:
32.1. 166.1-ci maddənin sanksiyasında “yüz manatdan beş yüz” sözləri “min manatdan iki min” sözləri ilə əvəz edilsin;
32.2. 166.2-ci maddənin sanksiyasında “beş yüz manatdan min” sözləri “iki min manatdan dörd min” sözləri ilə əvəz edilsin.
33. 171-1.1-ci maddənin sanksiyasından “səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya” sözləri çıxarılsın.
34. 174-cü maddənin sanksiyasında “yüz manatdan üç yüz” sözləri “min beş yüz manatdan iki min” sözləri ilə əvəz edilsin.
35. 175-ci maddənin sanksiyasında “yüz manatdan beş yüz” sözləri “min beş yüz manatdan iki min” sözləri ilə əvəz edilsin.
36. 177-ci maddə üzrə:
36.1. 177.1-ci maddənin sanksiyasında “beş yüz manatdan min” sözləri “min manatdan iki min” sözləri ilə əvəz edilsin;
36.2. 177.2-ci maddənin sanksiyasında “üç min manatdan beş min” sözləri “dörd min manatdan yeddi min” sözləri ilə əvəz edilsin.
37. 178-ci maddə üzrə:
37.1. 178.1-ci maddənin sanksiyasında “yüz manatdan yeddi yüz” sözləri “min manatdan iki min” sözləri ilə əvəz edilsin;
37.2. 178.2-ci maddənin sanksiyasında “üç min manatdan beş min” sözləri “dörd min manatdan yeddi min” sözləri ilə əvəz edilsin.
38. 179-cu maddə üzrə:
38.1. 179.1-ci maddənin sanksiyasında “yüz manatdan beş yüz” sözləri “min manatdan iki min” sözləri ilə əvəz edilsin;
38.2. 179.2-ci maddənin sanksiyasında “iki min manatdan üç min” sözləri “dörd min manatdan yeddi min” sözləri ilə əvəz edilsin.
39. 184-cü maddə üzrə:
39.1. 184.1-ci maddənin sanksiyasında “min manatdan iki min” sözləri “iki min manatdan dörd min” sözləri ilə əvəz edilsin;
39.2. 184.2-ci maddənin sanksiyasında “iki min manatdan üç min” sözləri “dörd min manatdan altı min” sözləri ilə əvəz edilsin.
40. 185.2-ci maddənin sanksiyasında “iki min manatdan üç min” sözləri “üç min manatdan altı min” sözləri ilə əvəz edilsin.
41. 186.1-ci maddənin sanksiyasında “min manatdan iki min” sözləri “iki min manatdan dörd min” sözləri ilə əvəz edilsin.
42. 187-ci maddə üzrə:
42.1. 187.1-ci maddənin sanksiyasında “beş yüz manatdan min” sözləri “min manatdan iki min” sözləri ilə əvəz edilsin;
42.2. 187.2-ci maddənin sanksiyasında “min manatdan iki min” sözləri “iki min manatdan üç min” sözləri ilə əvəz edilsin.
43. 189-cu maddə üzrə:
43.1. 189.1-ci maddənin sanksiyasında “yüz manatdan beş yüz” sözləri “min beş yüz manatdan iki min” sözləri ilə əvəz edilsin;
43.2. 189.2-ci maddənin sanksiyasında “beş yüz manatdan min” sözləri “iki min manatdan dörd min” sözləri ilə əvəz edilsin.
44. 189-1-ci maddə üzrə:
44.1. 189-1.1-ci maddənin sanksiyasında “min manatdan üç min” sözləri “iki min manatdan dörd min” sözləri ilə əvəz edilsin;
44.2. 189-1.2-ci maddənin sanksiyasında “üç min manatdan beş min” sözləri “dörd min manatdan altı min” sözləri ilə əvəz edilsin;
44.3. 189-1.4-cü maddənin sanksiyasında “beş min” sözləri “altı min” sözləri ilə əvəz edilsin.
45. 190.1-ci və 191-ci maddələrin sanksiyasında “beş yüz” sözləri “iki min manatdan dörd min” sözləri ilə əvəz edilsin.
46. 190.2-ci maddədən “qanuni qüvvəyə minmiş məhkəmə qərarını pozmaqla və ya” sözləri çıxarılsın.
47. 193-1.1-ci maddənin sanksiyasında “iki min manatdan beş min” sözləri “dörd min manatdan səkkiz min” sözləri ilə əvəz edilsin.
48. 194.1-ci maddənin sanksiyasında “min manatdan üç min” sözləri “üç min manatdan altı min” sözləri ilə əvəz edilsin.
49. 199.1-сi maddənin sanksiyasında (hər iki halda) və 199.2-ci maddənin sanksiyasında “tutma və” sözləri “tutma və ya” sözləri ilə əvəz edilsin.
50. 200.3-cü maddənin sanksiyasında “yeddi min manatdan doqquz min” sözləri “on min manatdan on beş min” sözləri ilə əvəz edilsin.
51. 200-2.2-ci maddənin sanksiyasında “dörd min manatdan altı min” sözləri “on min manatdan on beş min” sözləri ilə əvəz edilsin.
52. 202.1-ci və 202-1.1-ci maddələrin sanksiyasında “yüz manatdan” sözləri “min beş yüz manatdan iki min” sözləri ilə əvəz edilsin.
53. 205.1-ci maddənin sanksiyasında “beş yüz manatdan min” sözləri “iki min manatdan dörd min” sözləri ilə əvəz edilsin.
54. 205-1-ci maddənin sanksiyasında “min manatdan iki min” sözləri “iki min manatdan üç min” sözləri ilə əvəz edilsin.
55. 213-1.1-ci maddənin sanksiyasında “min manatdan” sözlərindən əvvəl “iki” sözü əlavə edilsin.
56. 213-2-ci maddənin sanksiyasında “min manatdan beş min” sözləri “üç min manatdan altı min” sözləri ilə əvəz edilsin.
57. 213-3.1-ci maddənin sanksiyasında “min manatdan beş min” sözləri “üç min manatdan altı min” sözləri ilə əvəz edilsin.
58. 223.1-ci maddənin:
58.1. dispozisiyasında “əgər bu əməl insan ölümünə və ya digər ağır nəticələrə səbəb ola bilərdisə” sözləri “ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda” sözləri ilə əvəz edilsin;
58.2. sanksiyasında “yüz manatdan beş yüz” sözləri “iki min manatdan dörd min” sözləri ilə əvəz edilsin.
59. 225.1-ci maddənin sanksiyasında “yüz manatdan beş yüz” sözləri “iki min manatdan dörd min” sözləri ilə əvəz edilsin.
60. 227.1-ci maddənin sanksiyasında “min manatdan dörd min” sözləri “dörd min manatdan səkkiz min” sözləri ilə əvəz edilsin.
61. 233-3-cü maddənin sanksiyasında “beş yüz manatdan min” sözləri “min manatdan min beş yüz” sözləri ilə əvəz edilsin.
62. 234.5-ci maddənin sanksiyasında “iki yüz manatdan min” sözləri “min manatdan iki min beş yüz” sözləri ilə əvəz edilsin.
63. 237.1-ci maddələrin sanksiyasında “iki yüz manatdan min” sözləri “üç min manatdan altı min” sözləri ilə əvəz edilsin.
64. 240.4-cü maddənin sanksiyasında “iki yüz manatdan min” sözləri “min manatdan iki min beş yüz” sözləri ilə əvəz edilsin.
65. 244.1-ci maddənin sanksiyasında “dörd yüz saatdan” sözlərindən əvvəl “iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya” sözləri əlavə edilsin.
66. 244-1.1-ci maddənin sanksiyasında “iki ilədək” sözlərindən əvvəl “on min manatdan on beş min manatadək miqdarda cərimə və ya” sözləri əlavə edilsin.
67. 246-cı maddənin sanksiyasında “beş yüz manatdan iki min” sözləri “iki min manatdan dörd min” sözləri ilə əvəz edilsin.
68. 248.1-ci maddənin sanksiyasında “iki yüz manatdan min” sözləri “üç min manatdan altı min” sözləri ilə əvəz edilsin.
69. 249.1-ci və 249.2-ci maddələrin sanksiyasında “beş yüz manatdan min” sözləri “üç min manatdan altı min” sözləri ilə əvəz edilsin.
70. 250-ci maddə üzrə:
70.1. 250.1-ci maddənin sanksiyasında “yüz manatdan beş yüz” sözləri “üç min manatdan altı min” sözləri ilə əvəz edilsin;
70.2. 250.2-ci maddənin sanksiyasında “beş yüz manatdan iki min” sözləri “altı min manatdan doqquz min” sözləri ilə əvəz edilsin.
71. 251-ci maddə üzrə:
71.1. 251.1-ci maddənin sanksiyasında “beş yüz manatdan min” sözləri “üç min manatdan altı min” sözləri ilə əvəz edilsin;
71.2. 251.2-ci maddənin sanksiyasında “min manatdan iki min” sözləri “altı min manatdan doqquz min” sözləri ilə əvəz edilsin.
72. 252-ci maddə üzrə:
72.1. 252.1-ci maddənin sanksiyasında “beş yüz manatdan min” sözləri “üç min manatdan altı min” sözləri ilə əvəz edilsin;
72.2. 252.2-ci maddənin sanksiyasında “min manatdan iki min” sözləri “altı min manatdan doqquz min” sözləri ilə əvəz edilsin.
73. 253.1-ci maddənin sanksiyasında “beş yüz manatdan min” sözləri “dörd min manatdan altı min” sözləri ilə əvəz edilsin.
74. 254.1-ci və 255-ci maddələrin sanksiyasında “yüz manatdan min” sözləri “üç min manatdan altı min” sözləri ilə əvəz edilsin.
75. 256-cı maddə üzrə:
75.1. 256.1-ci maddənin sanksiyasında “yüz manatdan beş yüz” sözləri “iki min manatdan üç min” sözləri ilə əvəz edilsin;
75.2. 256.2-ci maddənin sanksiyasında “yüz manatdan min” sözləri “üç min manatdan altı min” sözləri ilə əvəz edilsin;
75.3. 256.3-cü maddənin sanksiyasında “min manatdan iki min” sözləri “altı min manatdan doqquz min” sözləri ilə əvəz edilsin.
76. 257-ci maddənin sanksiyasında “yüz manatdan beş yüz” sözləri “üç min manatdan altı min” sözləri ilə əvəz edilsin.
77. 258-ci maddə üzrə:
77.1. 258.1-ci maddənin sanksiyasında “yüz manatdan beş yüz” sözləri “iki min manatdan üç min” sözləri ilə əvəz edilsin;
77.2. 258.2-ci maddənin sanksiyasında “yüz manatdan min” sözləri “üç min manatdan altı min” sözləri ilə əvəz edilsin;
77.3. 258.3-cü maddənin:
77.3.1. dispozisiyasında “258.1-ci maddəsində” sözləri “258.1-ci və 258.2-ci maddələrində” sözləri ilə əvəz edilsin;
77.3.2. sanksiyasında “altı yüz manatdan min” sözləri “altı min manatdan doqquz min” sözləri ilə əvəz edilsin.
78. 261-ci maddənin sanksiyasında “yüz manatdan beş yüz” sözləri “üç min manatdan altı min” sözləri ilə, “Qeyd” hissəsində isə “iki yüz” sözləri “iki min” sözləri ilə əvəz edilsin.
79. 265.1-ci maddənin sanksiyasında “beş yüz manatdan min” sözləri “üç min manatdan altı min” sözləri ilə əvəz edilsin.
80. 266.1-ci maddənin sanksiyasında “beş yüz manatdan min” sözləri “üç min manatdan altı min” sözləri ilə əvəz edilsin.
81. 267.1-ci maddənin sanksiyasında “min manatdan iki min” sözləri “iki min manatdan üç min” sözləri ilə əvəz edilsin.
82. 268.1-ci maddənin sanksiyasında “iki min manatdan beş min” sözləri “üç min manatdan altı min” sözləri ilə əvəz edilsin.
83. 270-ci maddənin sanksiyasında “beş yüz manatdan iki min” sözləri “iki min manatdan dörd min” sözləri ilə əvəz edilsin.
84. 271-ci maddə üzrə:
84.1. 271.1-ci maddənin sanksiyasında “min manatdan iki min” sözləri “iki min manatdan dörd min” sözləri ilə əvəz edilsin;
84.2. 271.2-ci maddənin sanksiyasında “iki min manatdan üç min” sözləri “dörd min manatdan altı min” sözləri ilə əvəz edilsin.
85. 272-ci maddə üzrə:
85.1. 272.1-ci maddənin sanksiyasında “min manatdan iki min” sözləri “iki min manatdan dörd min” sözləri ilə əvəz edilsin;
85.2. 272.2-ci maddənin sanksiyasında “iki min manatdan üç min” sözləri “dörd min manatdan altı min” sözləri ilə əvəz edilsin.
86. 273-cü maddə üzrə:
86.1. 273.1-ci və 273.2-ci maddələrin sanksiyasında “min manatdan iki min” sözləri “iki min manatdan dörd min” sözləri ilə əvəz edilsin;
86.2. 273.3-cü maddənin sanksiyasında “min manatdan iki min” sözləri “dörd min manatdan altı min” sözləri ilə əvəz edilsin.
87. 273-1-ci maddə üzrə:
87.1. 273-1.1-ci, 273-1.2-ci və 273-1.3-cü maddələrin sanksiyasında “iki min manatdan üç min” sözləri “üç min manatdan beş min” sözləri ilə əvəz edilsin;
87.2. 273-1.4-cü maddənin sanksiyasında “üç min manatdan dörd min” sözləri “beş min manatdan səkkiz min” sözləri ilə əvəz edilsin.
88. 273-2-ci maddənin sanksiyasında “min manatdan üç min” sözləri “iki min manatdan dörd min” sözləri ilə əvəz edilsin.
89. 283.1-ci maddənin sanksiyasında “min manatdan iki min” sözləri “səkkiz min manatdan on iki min” sözləri ilə əvəz edilsin.
90. 286-cı maddə üzrə:
90.1. 286.1-ci və 286.2-ci maddələrin sanksiyasında “iki yüz manatdan beş yüz” sözləri “min manatdan iki min” sözləri ilə əvəz edilsin;
90.2. 286.3-cü maddənin sanksiyasında “beş yüz manatdan səkkiz yüz” sözləri “iki min manatdan üç min” sözləri ilə əvəz edilsin.
91. 288-ci maddə üzrə:
91.1. 288.1-ci maddənin sanksiyasında “min manatdan üç min” sözləri “üç min manatdan altı min” sözləri ilə əvəz edilsin;
91.2. 288.2-ci maddənin sanksiyasında “beş yüz manatdan min” sözləri “iki min manatdan dörd min” sözləri ilə əvəz edilsin.
92. 289-cu maddə üzrə:
92.1. 289.1-ci maddənin sanksiyasında “üç yüz manatadək” sözləri “beş yüz manatdan min manatadək” sözləri ilə əvəz edilsin;
92.2. 289.2-ci maddənin sanksiyasında “üç yüz manatdan beş yüz” sözləri “min manatdan min beş yüz” sözləri ilə əvəz edilsin.
93. 293.1-ci maddənin sanksiyasında “üç min manatdan dörd min” sözləri “dörd min manatdan altı min” sözləri ilə əvəz edilsin.
94. 294.1-ci maddənin sanksiyasında “beş yüz manatdan min” sözləri “üç min manatdan altı min” sözləri ilə əvəz edilsin.
95. 295.1-ci maddənin sanksiyasında “beş yüz manatdan min” sözləri “beş min manatdan səkkiz min” sözləri ilə əvəz edilsin.
96. 296.1-ci maddənin sanksiyasında “üç yüz manatdan min” sözləri “min beş yüz manatdan üç min” sözləri ilə əvəz edilsin.
97. 297.1-ci maddənin sanksiyasında “beş yüz manatdan min” sözləri “min manatdan iki min” sözləri ilə əvəz edilsin.
98. 298-ci maddənin sanksiyasında “üç yüz manatdan beş yüz” sözləri “min manatdan min beş yüz” sözləri ilə əvəz edilsin.
99. 299-cu maddə üzrə:
99.1. 299.1-ci maddənin sanksiyasında “beş yüz manatdan min” sözləri “min manatdan iki min” sözləri ilə əvəz edilsin;
99.2. 299.2-ci maddənin sanksiyasında “min manatdan üç min” sözləri “üç min manatdan altı min” sözləri ilə əvəz edilsin.
100. 300-cü maddənin sanksiyasında “beş yüz manatdan min” sözləri “min manatdan iki min” sözləri ilə əvəz edilsin.
101. 301.1-ci maddənin sanksiyasında “beş yüz manatdan min” sözləri “min beş yüz manatdan üç min” sözləri ilə əvəz edilsin.
102. 302-ci maddə üzrə:
102.1. 302.1-ci maddənin sanksiyasında “beş yüz manatdan min” sözləri “iki min manatdan dörd min” sözləri ilə əvəz edilsin;
102.2. 302.2-ci maddənin sanksiyasında “min manatdan iki min” sözləri “dörd min manatdan altı min” sözləri ilə əvəz edilsin;
102.3. 302.3-cü maddənin sanksiyasında “min manatdan” sözlərindən əvvəl “iki” sözü əlavə edilsin.
103. 303-cü maddə üzrə:
103.1. 303.1-ci maddənin sanksiyasında “beş yüz manatdan min” sözləri “min manatdan iki min” sözləri ilə əvəz edilsin;
103.2. 303.2-ci maddənin sanksiyasında “min manatdan üç min manatadək miqdarda cərimə və ya beş yüz” sözləri “iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya min manatdan iki min” sözləri ilə əvəz edilsin.
104. 306-cı maddə üzrə:
104.1. 306.1-ci maddənin sanksiyasında “min manatdan üç min” sözləri “iki min manatdan dörd min” sözləri ilə əvəz edilsin;
104.2. 306.2-ci maddənin sanksiyasında “dörd min manatdan altı min” sözləri “beş min manatdan yeddi min” sözləri ilə əvəz edilsin.
105. 307-ci maddə üzrə:
105.1. 307.1-ci maddənin sanksiyasında “beş yüz manatdan min” sözləri “min beş yüz manatdan iki min beş yüz” sözləri ilə əvəz edilsin;
105.2. 307.2-ci maddənin sanksiyasında “iki min manatdan beş min” sözləri “üç min manatdan altı min” sözləri ilə əvəz edilsin.
106. 308.1-ci maddənin sanksiyasında “min manatdan iki min” sözləri “iki min manatdan dörd min” sözləri ilə əvəz edilsin.
107. 308-1.1-ci maddənin sanksiyasında “səkkiz min manatdan on min” sözləri “doqquz min manatdan on üç min” sözləri ilə əvəz edilsin.
108. 309.1-ci maddənin sanksiyasında “min manatdan iki min” sözləri “iki min manatdan dörd min” sözləri ilə əvəz edilsin.
109. 310-cu maddənin sanksiyasında “beş yüz manatdan min” sözləri “min beş yüz manatdan üç min” sözləri ilə əvəz edilsin.
110. 312-ci maddə üzrə:
110.1. 312.1-ci maddənin sanksiyasında “min manatdan iki min” sözləri “beş min manatdan səkkiz min” sözləri ilə əvəz edilsin;
110.2. 312.2-ci maddənin sanksiyasında “iki min manatdan dörd min” sözləri “səkkiz min manatdan on iki min” sözləri ilə əvəz edilsin.
111. 312-1-ci maddə üzrə:
111.1. 312-1.1-ci maddənin sanksiyasında “üç min manatdan beş min” sözləri “altı min manatdan on min” sözləri ilə əvəz edilsin;
111.2. 312-1.2-ci maddənin sanksiyasında “min manatdan iki min” sözləri “dörd min manatdan yeddi min” sözləri ilə əvəz edilsin.
112. 313-cü və 316.1-ci maddələrin sanksiyasında “beş yüz manatdan min” sözləri “min beş yüz manatdan üç min” sözləri ilə əvəz edilsin.
113. 314-cü maddə üzrə:
113.1 314.1-ci maddənin sanksiyasında “beş yüz manatdan min” sözləri “min beş yüz manatdan üç min” sözləri ilə əvəz edilsin;
113.2. aşağıdakı məzmunda 314.3-cü maddə əlavə edilsin:
“314.3. Bu Məcəllənin 314.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda -
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.
114. 316-1-ci maddə üzrə:
114.1. 316-1.1-ci maddənin sanksiyasında “yüz manatdan beş yüz” sözləri “beş yüz manatdan min” sözləri ilə əvəz edilsin;
114.2. 316-1.2-ci maddənin sanksiyasında “beş yüz manatdan min” sözləri “min beş yüz manatdan üç min” sözləri ilə əvəz edilsin.
115. 318.1-ci maddənin sanksiyasında “iki yüz manatdan beş yüz” sözləri “min beş yüz manatdan üç min” sözləri ilə əvəz edilsin.
116. 318-1.1-ci maddənin sanksiyasında “iki min manatdan beş min” sözləri “dörd min manatdan səkkiz min” sözləri ilə əvəz edilsin.
117. 320-ci maddə üzrə:
117.1. 320.1-ci maddənin sanksiyasında “min manatdan üç min” sözləri “üç min manatdan altı min” sözləri ilə əvəz edilsin;
117.2. 320.2-ci maddənin sanksiyasında “iki yüz manatdan beş yüz” sözləri “min manatdan iki min” sözləri ilə əvəz edilsin.
118. 322-ci maddə üzrə:
118.1. 322.1-ci maddənin sanksiyasında “beş yüz” sözləri “min manatdan iki min” sözləri ilə əvəz edilsin;
118.2. 322.2-ci maddənin sanksiyasında “min manatdan üç min” sözləri “üç min manatdan altı min” sözləri ilə əvəz edilsin.
119. 323-cü maddə üzrə:
119.1. 323.1-ci maddənin sanksiyasından “beş yüz manatdan min manatadək miqdarda cərimə və ya” sözləri çıxarılsın;
119.2. 323.1-1-ci maddənin sanksiyasından “min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya” sözləri çıxarılsın.
120. 325-ci maddənin sanksiyasında “üç yüz” sözləri “min manatdan iki min” sözləri ilə əvəz edilsin.
121. 326-cı maddə üzrə:
121.1. 326.1-ci maddənin sanksiyasında “beş yüz” sözləri “min manatdan iki min” sözləri ilə əvəz edilsin;
121.2. 326.2-ci maddənin sanksiyasında “üç yüz” sözləri “min manatdan min beş yüz” sözləri ilə əvəz edilsin.
122. 347-ci maddənin sanksiyasında “iki yüz” sözləri “min manatdan min beş yüz” sözləri ilə əvəz edilsin.
123. 348.1-ci maddənin sanksiyasında “beş yüz” sözlərindən əvvəl “min beş yüz manatdan iki min” sözləri əlavə edilsin.
124. 349.1-ci maddənin sanksiyasında “beş yüz” sözləri “iki min manatdan üç min” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2017-ci il.
13 İyul 2017, 10:071 Fevral 2023, 08:02
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
1 Fevral 2023, 08:02
“Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 785-VIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
1 Fevral 2023, 08:02
Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
1 Fevral 2023, 08:02
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 784-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 22 yanvar tarixli 265 nömrəli və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 25 avqust tarixli 387 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
1 Fevral 2023, 08:02
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
1 Fevral 2023, 08:02
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 783-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli və “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
1 Fevral 2023, 08:02
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
1 Fevral 2023, 08:02
aliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 782-VIQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
1 Fevral 2023, 08:02
Hədəfli maliyyə sanksiyaları haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
1 Fevral 2023, 08:02
“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 781-VIQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...