Azərbaycan Respublikası Adından

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

2 iyun 2017-ci il                                   Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Mahir Muradov (məruzəçi-hakim), İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Fəraid Əliyevin, maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri İlqar Cəfərovun, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin prokuroru, ədliyyə mayoru Fərəc Sayılovun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının sektor müdiri Eldar Əsgərovun, ekspert Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının professoru, hüquq elmləri doktoru Şəhla Səmədovanın, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İnqilab Nəsirovun və Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun iştirakı ilə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim M.Muradovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Azərbaycan Respublikasının Prokurorluğu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu verərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 333.1 və 333.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin subyektlərinin müvafiq olaraq hərbi hissəni və ya xidmət yerini ilk dəfə üç gündən az müddətə və ilk dəfə on gündən az müddətə tərk etmələri, habelə üzrlü səbəblər olmadan öz xidmət yerlərinə vaxtında qayıtmamaları faktları üzrə cinayət işinin başlanmasının rədd edildiyi və həmin şəxslər tərəfindən altı ay və bir il ərzində təkrarən eyni əməllər törədildiyi halda, onların Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinin mümkünlüyünün şərh olunmasını xahiş etmişdir.

Sorğuda göstərilir ki, təkrarlığın tövsifedici əlamət kimi nəzərdə tutulduğu Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin tətbiqi ilə bağlı vahid istintaq və məhkəmə təcrübəsi olsa da, əməlin təkrar törədilməsinin cinayət tərkibinin əlaməti kimi müəyyən edildiyi maddələrdə nəzərdə tutulan əmələ cinayət-hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə təcrübəsində ziddiyyətlər mövcuddur. Belə ki, bir sıra hallarda ibtidai araşdırma zamanı çağırış üzrə hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi hissəni və ya xidmət yerlərini özbaşına tərk etmələri və ya üzrlü səbəblər olmadan öz xidmət yerinə vaxtında gəlmədikləri faktı təsdiq olunsa da, onların həmin hərəkətləri ilk dəfə üç gündən az müddətə törətdikləri müəyyən edilir. Bu zaman ibtidai araşdırma orqanları tərəfindən həmin şəxslərin əməllərində cinayət tərkibi olmadığı üçün barələrində cinayət işinin başlanılması rədd edilir. Sonradan altı ay ərzində həmin şəxslər təkrar öz hərbi hissələrini və ya xidmət yerlərini özbaşına tərk etdikləri, yaxud üzrlü səbəblər olmadan öz xidmət yerlərinə vaxtında gəlmədikləri halda onlar barəsində olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar ləğv edilir, əməlləri Cinayət Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibini yaratdığına görə onlara həmin maddə ilə ittiham elan olunur. Eyni qayda həmin Məcəllənin 333.3-cü maddəsində nəzərdə tutulan əməli törədən şəxslər barəsində də tətbiq edilir.

Sorğuda, eyni zamanda, qeyd edilir ki, göstərilən əməllərin ilk dəfə törədilməsinə görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarların ləğv edilməsi təcrübəsi həmin qərarların preyudisiallığını müəyyən edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 39.1.7 və 65.1-ci maddələrinin tələblərindən irəli gəlir. Lakin bəzi hallarda işə baxan məhkəmələr ibtidai istintaq orqanlarının qeyd edilən mövqeyi ilə razılaşmır.

Sorğuverənin fikrincə, cinayət işinin başlanmasının rədd edilməsindən sonra təkrar eyni əməllərin törədilməsi halında onların əməllərinə hüquqi qiymət verilməsi ilə bağlı vahid məhkəmə təcrübəsinin olmaması Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin tətbiqi sahəsində ziddiyyətlər yaradır.

Sorğu ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) Preambulasında Azərbaycan xalqının Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq niyyəti bəyan edilmişdir. Bu niyyətin həyata keçirilməsi məqsədilə dövlət vətəndaşlara münasibətdə vəzifələr müəyyən etmişdir.

Konstitusiyanın IV fəslində nəzərdə tutulan vətəndaşların əsas vəzifələrindən biri də vətəni müdafiədir. Konstitusiyanın 76-cı maddəsinin I hissəsinə görə, vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər.

Hərbi xidmət keçmənin qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi Qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi və digər qanunvericilik aktları ilə müəyyən olunur. Hərbi qulluqçular Azərbaycan Respublikasının qanunlarında və hərbi nizamnamələrdə müəyyən olunmuş hərbi intizama ciddi riayət etməlidirlər. Hərbi intizama ciddi riayət olunmaması cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin pozulması ilə nəticələnir. Bu kateqoriyadan olan cinayətin obyekti qanunvericiliklə müəyyən edilən hərbi xidmət keçmə qaydalarıdır.

Hərbi xidmət əleyhinə olan cinayətlər sırasında Cinayət Məcəlləsinin 333-cü maddəsində müəyyən olunmuş hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri xüsusi yer tutur.

Cinayət Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, çağırış üzrə hərbi xidmətdə olan hərbi qulluqçunun öz hərbi hissəsini və ya xidmət yerini özbaşına tərk etməsi və ya üzrlü səbəblər olmadan öz xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmadıqda və ya üç gündən az olsa belə, eyni əməllər altı ay ərzində təkrar törədildikdə bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.

Həmin Məcəllənin 333.3-cü maddəsinə görə, zabit heyətindən olan şəxsin, gizirin, miçmanın, müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçunun və ya kontrakt üzrə xidmət edən şəxsin hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, habelə üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmaması on gündən artıq, lakin bir aydan çox olmadıqda, yaxud bir il ərzində təkrarən on gündən az, lakin üç gündən çox olduqda iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd etmək lazımdır ki, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən Cinayət Məcəlləsinin 333-cü maddəsinin şərhi ilə bağlı iki qərar qəbul edilmişdir.

Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinin və 3-cü maddəsinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333-cü maddəsinin şərh edilməsinə dair” 26 oktyabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 2-ci maddəsinin birinci hissəsində göstərilən şəxslər öz hərbi hissəsini və ya xidmət yerini özbaşına tərk etməsinə və ya üzrlü səbəblər olmadan öz xidmət yerinə vaxtında gəlməməsinə görə Cinayət Məcəlləsinin 333-cü maddəsi ilə cinayət məsuliyyəti daşıyırlar.

Özbaşına tərk etmə dedikdə, komandirin (rəisin) icazəsi olmadan hərbi qulluqçunun hərbi hissənin ərazisini və ya xidmət yerini buraxıb getməsi başa düşülür. Vaxtında gəlməmə isə hərbi hissənin ərazisindən və ya xidmət yerindən qanuni əsasla buraxılmış hərbi qulluqçunun hərbi hissəyə, yaxud xidmət yerinə üzrlü səbəblər olmadan müəyyən edilmiş müddətdə gəlməməsindən ibarətdir.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsinin şərh edilməsinə dair” 18 iyul 2005-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, hərbi hissəni özbaşına tərk etmənin əvvəli hərbi qulluqçunun hərbi hissəni və ya xidmət yerini tərk etdiyi andan, xidmət yerinə vaxtında gəlməmənin əvvəli isə qayıtma müddətinin bitdiyi andan hesablanır. Həmin cinayət hərbi qulluqçunun hərbi hissəyə və ya xidmət yerinə gəldiyi, yaxud onun tutulub saxlanıldığı andan bitmiş hesab olunur.

Qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin dispozisiyasında əməlin müəyyən müddət ərzində təkrar törədilməsi hərbi hissəni özbaşına tərk etmə cinayətinin obyektiv cəhətinin tərkib əlaməti kimi nəzərdə tutulmuşdur. Belə ki, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə görə Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə cinayət məsuliyyəti o zaman yaranır ki, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və ya üzrlü səbəblər olmadan öz xidmət yerinə vaxtında gəlməmə müddəti üç gündən artıq, lakin on gündən çox olmasın, yaxud üç gündən az olsa da, eyni əməllər altı ay ərzində təkrar törədilmiş olsun.

Bu Məcəllənin 333.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv cəhəti hissəni və ya xidmət yerini özbaşına tərk etmənin və ya üzrlü səbəblər olmadan öz xidmət yerinə vaxtında qayıtmamanın on gündən bir ayadək müddətdə davam etməsindən, yaxud üç gündən on günədək müddətdə, lakin bir il ərzində təkrar törədilməsindən ibarətdir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, sorğuda qaldırılan məsələnin düzgün həll edilməsi məqsədilə cinayətlərin təkrar törədilməsi anlayışına bir daha nəzər yetirilməsi vacibdir.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, hüquq nəzəriyyəsində “təkrarlıq” termini geniş və dar mənalarda istifadə olunur. Geniş mənada təkrarlıq, cinayətin əvvəllər hər hansı cinayət törətmiş şəxs tərəfindən törədilməsi deməkdir. Belə təkrarlıq həm də ümumi təkrarlıq adlanır. Təkrarlığın bu cür geniş anlayışı özündə həmcins və müxtəlif növlərdən olan bir neçə cinayətin törədilməsini əks etdirən “cinayətlərin çoxluğu” terminində ifadə olunur.

Qanunvericiliyin tələblərinə müvafiq olaraq, çoxluğu təşkil edən bütün cinayətlər eyni şəxs tərəfindən törədilməlidir və təqsirləndirilən şəxsin cinayətlərdə hansı rolu (icraçı, təşkilatçı, təhrikçi və ya köməkçi) yerinə yetirməsi heç bir məna kəsb etmir. Əgər şəxs törətdiyi əmələ görə cinayət məsuliyyətindən azad olunubsa və ya törətdiyi hərəkətlərə görə məhkumluğu ödənilibsə, habelə cinayət məsuliyyətinə cəlb olunma müddəti başa çatıbsa, çoxluğun müəyyən edilməsi zamanı bu əməllər nəzərə alınmır.

Beləliklə, cinayətlərin çoxluğu dedikdə, təqsirli şəxs tərəfindən cinayət məsuliyyətinə səbəb olan ardıcıl əməllərin törədilməsi və ya əvvəllər törədilmiş hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məhdudiyyət müddəti ərzində yeni cinayətlərin törədilməsi halları başa düşülür.

Cinayət qanunvericiliyində cinayətlərin çoxluğu termininin adı çəkilməsə də, Cinayət Məcəlləsinin 16, 17 və 18-ci maddələrində cinayətlərin çoxluğuna aid olan cinayətlərin təkrar törədilməsi, cinayətlərin məcmusu, cinayətlərin residivi və onun növləri ilə bağlı olan məsələlər tənzimlənir.

Təkrarlıq institutu cinayətlərin çoxluğunun ən mürəkkəb formasıdır və Cinayət Məcəlləsində dar mənada istifadə olunur.

Həmin Məcəllənin 16-cı maddəsində təkrarlığın iki müstəqil növü müəyyən olunmuşdur:

- Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki və ya iki dəfədən çox törədilməsi (Cinayət Məcəlləsinin 16.1-ci maddəsi);

- Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi (Cinayət Məcəlləsinin 16.2-ci maddəsi).

Həmçinin Cinayət Məcəlləsinin 61-ci maddəsində cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hallara aid edilir.

Yuxarıda göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hərbi qulluqçunun üç günədək müddətdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, yaxud üzrlü səbəblər olmadan öz xidmət yerinə vaxtında gəlməməsi cinayət sayılmır və yalnız intizam məsuliyyəti yaradır (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsinin şərh edilməsinə dair” 18 iyul 2005-ci il tarixli Qərar).

Beləliklə, qanunverici tərəfindən Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi cinayət tərkibini yaradan kriminallaşdırıcı əlamət kimi müəyyən edilib və belə təkrarlığın Cinayət Məcəlləsinin 16 və 61-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin təkrar törədilməsi və cəzanı ağırlaşdıran hal kimi qəbul edilməsi ilə heç bir əlaqəsi yoxdur.

Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 333-cü maddəsinin şərhi ilə bağlı əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyə uyğun olaraq aşağıdakıları qeyd edir.

Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin dispozisiyasında göstərilən hərəkəti (hərəkətsizliyi) hərbi qulluqçunun ilk dəfə etməsi onun barəsində aparılan ibtidai araşdırmanın cinayət işinin başlanmasının rədd edilməsi və ya onun bu hərəkətinə (hərəkətsizliyinə) görə intizam tənbehi alması ilə nəticələnməsinə baxmayaraq, ikinci dəfə müvafiq olaraq altı ay və bir il ərzində eyni əməlləri təkrar törətməsi cinayət məsuliyyətinə səbəb olacaqdır.

Yalnız cinayət qanunvericiliyində nəzərdə tutulmuş hallarda intizam və inzibati xətaların təkrar törədilməsi cinayət hesab edilir.

Xətanın çərçivəsini qanunverici müəyyən edir və qanunverici hansı növ xətanın təkrar törədilməsinin dövlət mənafelərinə hansı dərəcədə zərər vurması ehtimalının reallığından çıxış edərək onun cinayət hesab olunmasını israr edir.

Beləliklə, qanunverici hərbi hissələrin döyüş qabiliyyətinin yüksək hərbi intizamla bağlı olduğunu nəzərə alaraq, Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrində nəzərdə tutulmuş müddətlərdə göstərilən əməllərin təkrar törədilməsini cinayət hesab etmişdir.

Cinayət Məcəlləsinin Xüsusi hissəsində nəzərdə tutulan əməllərin törədilməsinə görə cinayət işinin başlanması və cinayət işinin başlanmasının rədd edilməsi qaydaları cinayət-prosessual qanunvericiliyinə uyğun həyata keçirilir.

Cinayət-Prosessual Məcəlləsinin 46.3-cü maddəsinə görə, cinayət işinin başlanması üçün əsas cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini və cinayət təqibini istisna edən halların olmadığını güman etməyə əsaslar mövcuddursa, öz səlahiyyətləri daxilində fəaliyyət göstərən təhqiqatçı, müstəntiq və ya prokuror dərhal cinayət işi başlamalıdır.

Həmin Məcəllənin 212-ci maddəsinə uyğun olaraq, cinayət işinin başlanması üçün səbəblərin qanunsuz olduğu və ya əsasın olmadığı halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarır. Təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan verilmiş şikayət üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror göstərilən qərarı ləğv edir, 10 (on) gündən artıq olmayan müddətdə əlavə yoxlama keçirilməklə və yaxud keçirilməməklə cinayət işinin başlanması haqqında qərar qəbul edir və onu ibtidai istintaqın aparılması üçün müstəntiqə göndərir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır.

Göstərilən cinayətlər üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv etmək hüququnun olması ilə bağlı sorğuverənin qənaətinə gəldikdə isə qeyd etmək lazımdır ki, cinayət-prosessual qanunvericiliyi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya yuxarı prokurora yalnız qanunsuz və əsassız qərarları ləğv etmək hüququ vermişdir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 84 və 85-ci maddələrində prokuror və müstəntiqin hüquq və vəzifələri sadalanmışdır. Həmin Məcəllənin 84.5.8-ci maddəsinə görə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təhqiqatçının və ya müstəntiqin qanunsuz və əsassız qərarlarını ləğv etmək hüququna malikdir. Əgər prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı qanunsuz və əsassız hesab edirsə, həmin qərarı ləğv edir və 10 gün müddətində cinayət işinin başlanması haqqında qərar qəbul edir.

Sorğuverən Cinayət Məcəlləsinin 333-cü maddəsində nəzərdə tutulan cinayət faktları üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi təcrübəsinin mövcudluğunu Cinayət-Prosessual Məcəlləsinin 39.1.7-ci maddəsi ilə əlaqələndirmişdir. Həmin maddəyə görə, şəxs barəsində eyni ittiham üzrə təhqiqatçının, müstəntiqin və ya prokurorun cinayət işi başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında ləğv edilməmiş qərarı olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir).

Bununla bağlı qeyd edilməlidir ki, Cinayət-Prosessual Məcəlləsinin 39.1.7-ci maddəsi şəxs barəsində yenidən cinayət işi başlanması üçün yalnız eyni ittiham üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında ləğv edilməmiş qərarın mövcudluğunu istisna edir. Həmin Məcəllənin 7.0.20-ci maddəsinə görə, ittiham - bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir.

Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddəsində nəzərdə tutulan ilk dəfə və təkrar törədilən cinayətlər isə müxtəlif vaxtlarda törədilən konkret hüquqpozmanı nəzərdə tutur, cinayətin obyektiv cəhətinə görə həmin əməllər bir-birindən fərqlənir. Əgər şəxs tərəfindən törədilən əməldə cinayət tərkibi olmadığına görə (hərbi hissədən yayınma üç gündən azdırsa və s.) cinayət işinin başlanması rədd edilmişdirsə, yenidən həmin əməlin törədilməsinə görə cinayət işinin başlanması üçün əvvəlki iş üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi zərurəti yoxdur. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsi də müəyyən edir ki, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Artıq qeyd olunduğu kimi, əməlin ilk dəfə törədilməsi ilə həmin əməlin təkrar törədilməsi eyni məsələ hesab edilə bilməz.

Beləliklə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror müstəntiq və ya təhqiqatçı tərəfindən qəbul edilən hər bir qərarın qanuniliyini yoxlayır və onların qanunsuz və ya əsassız olduğunu aşkar etdikdə, belə qərarı ləğv edir. Bu cür yoxlamaları prokuror həm öz təşəbbüsü ilə, həm də müstəntiq və ya təhqiqatçının qərar və ya hərəkətlərindən verilmiş şikayət üzrə həyata keçirir. Qanunvericilikdə qanuni və ya əsaslı qərarların ləğv edilməsi halı nəzərdə tutulmamışdır.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrində nəzərdə tutulmuş əməllər ilk dəfə müvafiq olaraq üç və on gündən az müddətə törədildiyindən cinayət tərkibinin olmamasına görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın mövcudluğu həmin əməlin təkrar törədilməsinə görə cinayət işinin başlanmasına və şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə mane olmur. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Cinayət-Prosessual Məcəlləsinin 84.5.8-ci maddəsinə uyğun olaraq təhqiqatçının və ya müstəntiqin yalnız qanunsuz və əsassız qərarlarını ləğv etmək hüququna malikdir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrində nəzərdə tutulmuş əməllər ilk dəfə müvafiq olaraq üç və on gündən az müddətə törədildiyindən cinayət tərkibinin olmamasına görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın mövcudluğu həmin əməlin təkrar törədilməsinə görə cinayət işinin başlanmasına və şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə mane olmur. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 84.5.8-ci maddəsinə uyğun olaraq təhqiqatçının və ya müstəntiqin yalnız qanunsuz və əsassız qərarlarını ləğv etmək hüququna malikdir.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

Sədr                  Fərhad Abdullayev

5 İyul 2017, 09:07

http://www.azertag.net

481—490 / 10511

4 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” 1999-cu il 7 yanvar tarixli 69 nömrəli, “Azərbaycan Respublikası Dövlət Neft Fondunun “İllik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nın təsdiq edilməsi haqqında” 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli, “Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2001-ci il 26 dekabr tarixli 619 nömrəli, “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında” 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 26 mart tarixli 42 nömrəli, “Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 16 noyabr tarixli 311 nömrəli və “Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının “bir pəncərə” prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2008-ci il 20 fevral tarixli 713 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

4 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında” 1996-cı il 20 dekabr tarixli 527 nömrəli, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə” 1999-cu il 15 aprel tarixli 122 nömrəli, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 4 avqust tarixli 171 nömrəli, “Azərbaycan Respublikasının 2000-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 4 dekabr tarixli 212 nömrəli, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 18 yanvar tarixli 261 nömrəli, “Azərbaycan Respublikası Vergilər Nazirliyinin yaradılması haqqında” 2000-ci il 11 fevral tarixli 281 nömrəli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 25 avqust tarixli 386 nömrəli, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 25 avqust tarixli 387 nömrəli, “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 25 avqust tarixli 388 nömrəli və “Azərbaycan Respublikasının 2001-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 28 noyabr tarixli 422 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

4 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Pambıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” 2011-ci il 3 mart tarixli 390 nömrəli, “2011-ci il mayın 17-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Çexiya Respublikasının Texniki Standartlaşdırma, Metrologiya və Dövlət Sınaqları üzrə İdarəsi arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2011-ci il 27 iyul tarixli 486 nömrəli, “2011-ci il noyabrın 29-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Polşanın Standartlaşdırma üzrə Komitəsi arasında standartlaşdırma sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2012-ci il 7 fevral tarixli 582 nömrəli və “2012-ci il oktyabrın 17-də Moskva şəhərində imzalanmış “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsi arasında Azərbaycan Milli Elmlər Akademiyasına və onun bölmələrinə, Azərbaycan Respublikasının ictimai kitabxanalarına, universitetlərinə (ali təhsil müəssisələrinə) və elmi-texniki mərkəzlərinə Avrasiya patent-informasiya sistemindən istifadəyə icazə verilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” 2012-ci il 19 dekabr tarixli 783 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

4 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Koreya Respublikasının Koreya Əqli Mülkiyyət Ofisi arasında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” 2014-cü il 9 sentyabr tarixli 257 nömrəli, “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə İranın Standartlar və Sənaye Tədqiqatları İnstitutu arasında standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” 2016-cı il 4 oktyabr tarixli 1060 nömrəli, “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və metrologiya sahələrində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1262 nömrəli və “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” 2017-ci il 29 noyabr tarixli 1696 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

4 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 357-IVQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2012-ci il 19 iyun tarixli 653 nömrəli, “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” 2012-ci il 13 iyul tarixli 681 nömrəli, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.9-cu, 106.1.10-cu və 122.3-cü maddələrində nəzərdə tutulmuş vergi azadolmaları hallarının müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2012-ci il 13 dekabr tarixli 762 nömrəli, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 31 may tarixli 674-IVQD nömrəli Qanununun tətbiqi və “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli 406 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2013-cü il 25 iyun tarixli 919 nömrəli, “Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2013-cü il 1 noyabr tarixli 18 nömrəli və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 825-IVQD nömrəli Qanununun tətbiqi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2013-cü il 10 dekabr tarixli 42 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

4 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 22 noyabr tarixli 316 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1028-IIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” 2005-ci il 16 dekabr tarixli 330 nömrəli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 22 dekabr tarixli 499 nömrəli, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə” 2008-ci il 13 mart tarixli 735 nömrəli, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında” 2008-ci il 22 aprel tarixli 744 nömrəli, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 23 fevral tarixli 66 nömrəli, “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 14 aprel tarixli 82 nömrəli, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 14 aprel tarixli 83 nömrəli, “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 3 iyun tarixli 101 nömrəli, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2009-cu il 30 oktyabr tarixli 174 nömrəli və “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 21 dekabr tarixli 187 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

4 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası ilə Yaponiya arasında əməkdaşlığın genişləndirilməsi tədbirləri haqqında” 1998-ci il 10 mart tarixli 758 nömrəli, “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli, “Azərbaycan Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” 2010-cu il 16 iyul tarixli 1035 nömrəli, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il 9 aprel tarixli 2837 nömrəli, “2013-cü il noyabrın 21-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında Sazişə dəyişikliklər edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında” 2013-cü il 27 dekabr tarixli 202 nömrəli, “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında 1998-ci il 23 oktyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında” 2016-cı il 14 yanvar tarixli 1694 nömrəli, “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli və “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli 5 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

4 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Birləşmiş Millətlər Təşkilatının “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt üzrə Azərbaycan Respublikasının dördüncü dövri məruzəsinin hazırlanması və təqdim olunması barədə” 2018-ci il 5 fevral tarixli 3643 nömrəli, “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 12 fevral tarixli 3660 nömrəli, “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 14 fevral tarixli 3672 nömrəli, “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 3 may tarixli 38 nömrəli, “Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 19 sentyabr tarixli 497 nömrəli, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 27 dekabr tarixli 852 nömrəli və “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2019-cu il 29 aprel tarixli 1143 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

4 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Dövlət sanatoriya-kurort və mehmanxana təsərrüfatlarının özəlləşdirilməsi haqqında” 1997-ci il 27 noyabr tarixli 697 nömrəli, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan şərab (o cümlədən ilkin şərab emalı), şampan və konyak zavodlarının, tütün fermentləşdirici fabriklərin və tütün kombinatının, çay emalı və çayçəkici fabriklərinin özəlləşdirilməsi haqqında” 1998-ci il 19 may tarixli 804 nömrəli, “Bakı ağır elektrik qaynaq avadanlıqları zavodunun özəlləşdirilməsi haqqında” 1998-ci il 2 iyul tarixli 845 nömrəli, “Azərbaycan Respublikasında özəlləşdirmənin həyata keçirilməsi prosesinə məsləhətçi şirkətlərin cəlb edilməsi haqqında” 1999-cu il 13 fevral tarixli 78 nömrəli, “Azərbaycan Respublikası “Metallurgiya” Dövlət Şirkətinin ləğv edilməsi haqqında” 2000-ci il 4 may tarixli 405 nömrəli, “Maşınqayırma sənayesi müəssisələrinin özəlləşdirilməsi haqqında” 2001-ci il 22 mart tarixli 647 nömrəli, “Kimya sənayesi müəssisələrinin və təşkilatlarının özəlləşdirilməsi haqqında” 2001-ci il 22 mart tarixli 648 nömrəli, “Yanacaq-energetika kompleksi müəssisələrinin özəlləşdirilməsi haqqında” 2001-ci il 28 mart tarixli 651 nömrəli, “Azərbaycan Respublikası Rabitə Nazirliyinin bir sıra müəssisə və obyektlərinin özəlləşdirilməsi haqqında” 2001-ci il 29 mart tarixli 671 nömrəli, “Azərbaycan Respublikası Elmlər Akademiyasının bir sıra müəssisələrinin özəlləşdirilməsi haqqında” 2001-ci il 29 mart tarixli 674 nömrəli və “Kiçik su elektrik stansiyalarının özəlləşdirilməsi haqqında” 2001-ci il 21 dekabr tarixli 844 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

4 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Enerji və su sektorlarında maliyyə intizamının gücləndirilməsi tədbirləri haqqında” 2002-ci il 25 mart tarixli 893 nömrəli, “Xüsusi maşınqayırma və konversiya sənayesi müəssisələrinin özəlləşdirilməsi haqqında” 2003-cü il 19 mart tarixli 1178 nömrəli, “Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsində olan fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi haqqında” 2003-cü il 19 iyun tarixli 1251 nömrəli, “Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2004-cü il 11 iyun tarixli 252 nömrəli, “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2005-ci il 8 iyun tarixli 847 nömrəli, “Azərbaycan Respublikasında daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sisteminin inkişafı üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi barədə” 2006-cı il 29 iyun tarixli 1540 nömrəli, “Səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında” 2006-cı il 23 avqust tarixli 1635 nömrəli, “Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyası haqqında” 2007-ci il 28 fevral tarixli 2006 nömrəli, “Polis sahə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2007-ci il 12 mart tarixli 2027 nömrəli və “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramının (2007–2010-cu illər)” təsdiq edilməsi haqqında” 2007-ci il 12 aprel tarixli 2089 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...