Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. 2017-ci il iyulun 16-da səlahiyyət müddəti bitən İnşallah Fərrux oğlu Quliyev Şəki Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.
2. 2017-ci il iyulun 28-də səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:
Mübariz Dosməmməd oğlu Əkbərov,
Mirbahəddin Mirdamət oğlu Hüseynov.
3. Vidadi Kamal oğlu Qasımov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilsin.
4. Bu Qərarın 1-ci bəndi 2017-ci il iyulun 16-dan, 2-3-cü bəndləri 2017-ci il iyulun 28-dən qüvvəyə minir.
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri O.Əsədov
Bakı şəhəri, 30 iyun 2017-ci il.
3 İyul 2017, 09:0724 Dekabr 2012, 21:12
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası ətraflı...