“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 345-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

 

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 603; 2006, № 6, maddə 482; 2007, № 8, maddə 745; 2008, № 3, maddə 154; 2009, № 12, maddə 948; 2011, № 11, maddə 983; 2012, № 6, maddə 509, № 7, maddə 668, № 11, maddə 1053; 2013, № 6, maddələr 607, 623, № 7, maddə 791, № 12, maddə 1484; 2014, № 1, maddə 7, № 2, maddə 97, № 6, maddələr 597, 604; 2015, № 3, maddə 255; 2016, № 4, maddə 645, № 6, maddə 990, № 7, maddə 1244, № 11, maddələr 1770, 1775) 8.0.10.2-ci maddəsinə “orqanına” sözündən sonra “sifarişli poçt göndərişi ilə və ya bilavasitə” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 25 aprel 2017-ci il.

 

29 İyun 2017, 09:06

http://www.azertag.net

7351—7360 / 10511

8 Fevral 2016, 09:02

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə   ətraflı...

8 Fevral 2016, 09:02

F.N.Ələkbərova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında   ətraflı...

8 Fevral 2016, 09:02

Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında   ətraflı...

8 Fevral 2016, 09:02

Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında   ətraflı...

8 Fevral 2016, 09:02

Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında   ətraflı...

8 Fevral 2016, 09:02

Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının Tərkibi   ətraflı...

8 Fevral 2016, 09:02

Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası haqqında   ətraflı...

8 Fevral 2016, 09:02

Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında   ətraflı...

8 Fevral 2016, 09:02

“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

8 Fevral 2016, 09:02

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında   ətraflı...