Şirvan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində Şirvan şəhərində infrastruktur layihələrinin yerinə yetirilməsi və əhalini narahat edən problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilmiş, o cümlədən “Cənub” İstilik Elektrik Stansiyası, Olimpiya İdman Kompleksi, Müalicə Diaqnostika Mərkəzi, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 129 mənzilli 4 yaşayış binası inşa edilmiş, Şəhər Mərkəzi Xəstəxanası və Mədəniyyət Mərkəzi əsaslı təmir olunmuş, təhsil və digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, iri istehsal müəssisələri yaradılmış, 15 mindən çox yeni iş yeri açılmış, şəhər avtomobil yollarına yeni asfalt örtüyü çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Şirvanda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən şəhərin mənzil fonduna daxil olan 52 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və fasad hissəsinin əsaslı təmiri məqsədi ilə qərara alıram:
1. Şirvan şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və fasad hissələrinin əsaslı təmiri üçün Şirvan Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 iyun 2017-ci il.
29 İyun 2017, 09:0620 Noyabr 2017, 09:11
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsin təltif edilməsi haqqında ətraflı...
20 Noyabr 2017, 09:11
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...
20 Noyabr 2017, 09:11
“Əməkdar dövlət qulluqçusu” fəxri adının verilməsi haqqında ətraflı...
20 Noyabr 2017, 09:11
“Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında ətraflı...
20 Noyabr 2017, 09:11
“Əməkdar müəllim” fəxri adının verilməsi haqqında ətraflı...
17 Noyabr 2017, 09:11
Xırdalan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında ətraflı...
17 Noyabr 2017, 09:11
Abşeron yarımadasında magistral su kəmərləri və qurğularının inşası ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
17 Noyabr 2017, 09:11
Ə.T.Əmiraslanovun “Şərəf”ordeni ilə təltif edilməsi haqqında ətraflı...
16 Noyabr 2017, 09:11
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
16 Noyabr 2017, 09:11
Azərbaycanda seçkilərin tarixi toplusunun hazırlanması, nəşri və ictimailəşdirilməsi barədə ətraflı...