Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 838; 2014, № 7, maddələr 766, 787, № 10, maddə 1165; 2015, № 5, maddə 503; 2016, № 11, maddə 1773, № 12, maddə 2010) aşağıdakı dəyişikliklər edilsin:
1. 3.0.47-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.0.48-ci maddə əlavə edilsin:
“3.0.48. aşırım – yanaşı yükdaşıyan konstruksiyaların mərkəzi oxları arasında olan məsafə.”.
2. Aşağıdakı məzmunda 23.6-1-ci maddə əlavə edilsin:
“23.6-1. Aidiyyəti təchizat müəssisələri tərəfindən ərazinin müfəssəl planları ilə əhatə olunan ərazilərdə mühəndis-kommunikasiya təminatı sisteminin (vasitələrinin və qurğularının), habelə qoşulma nöqtələrinin tikintisi üçün ərazinin müfəssəl planı üzrə tələb olunan mühəndis-təminatı ilə bağlı tədbirlər həyata keçirilir.”.
3. 69.7.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“69.7.3. layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə obyektlərin tikintisinin iki paralel və qapalı (boşluqları olmayan) divar və ya ortaq divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü;”.
4. 70.1-ci maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin və üçüncü cümləsi çıxarılsın:
“Bu zaman tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitar-epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi zəruridir.”.
5. Aşağıdakı məzmunda 75.1-1-ci maddə əlavə edilsin:
“75.1-1. Sifarişçi tikintiyə icazə üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə sorğu ilə müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir.”.
6. 75.3-cü maddədə “5 iş günü” sözləri “3 iş günü” sözləri ilə əvəz edilsin.
7. 75.4-cü maddədə “15 gün” sözləri “layihəsi ekspertizadan keçirilməsi tələb olunan obyektlərə münasibətdə 15 gün, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 gün” sözləri ilə əvəz edilsin.
8. Aşağıdakı məzmunda 75.4-1-ci maddə əlavə edilsin:
“75.4-1. Müvafiq icra hakimiyyəti orqanı layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir.”.
9. 75.5-ci maddədə “tikintiyə icazə icraatı çərçivəsində” sözlərindən əvvəl “layihəsi ekspertizadan keçirilməsi tələb olunan” sözləri əlavə edilsin.
10. 75.6-cı maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Müvafiq icra hakimiyyəti orqanı layihəsi ekspertizadan keçirilməsi tələb olunan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 1 ay (bu Məcəllənin 90.2-ci maddəsində ekspertiza müddətinin uzadılması üçün nəzərdə tutulan hallar istisna olmaqla) müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir.”.
11. Aşağıdakı məzmunda 75.11-ci maddə əlavə edilsin:
“75.11. Tikintiyə və tikinti obyektinin istismarına icazələrin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.”.
12. 80.1-ci maddədə “Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin” sözləri “Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin” sözləri ilə əvəz edilsin.
13. 80.1-1-ci maddə ləğv edilsin.
14. 80.4-cü maddənin birinci cümləsindən “, 80.1-1-ci” sözləri və ikinci cümləsindən “, bu Məcəllənin 80.1-1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə isə, həmin ərazi üzrə müfəssəl plan olduqda 10 gün müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 1 ay müddətində” sözləri çıxarılsın.
15. 83.0.6-cı maddədə “bölməsi” sözündən sonra “(müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda)” sözləri əlavə edilsin.
16. 84.1-ci maddənin birinci cümləsində “təchizat müəssisələri tərəfindən” sözləri “mühəndis-kommunikasiya təminatı ilə bağlı” sözləri ilə əvəz edilsin, “texniki şərtlərin” sözlərindən sonra “və həmin texniki şərtlərlə bağlı layihə sənədlərinin müvafiq icra hakimiyyəti orqanı vasitəsilə” sözləri əlavə edilsin, həmin maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Texniki şərtlərin və həmin texniki şərtlərlə bağlı layihə sənədlərinin müvafiq icra hakimiyyəti orqanı vasitəsilə verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.
17. 84.3-cü maddənin birinci cümləsində “15 gün” sözləri “10 gün” sözləri ilə əvəz edilsin.
18. 89.1.5-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 89.1.6-cı və 89.1.7-ci maddələr əlavə edilsin:
“89.1.6. yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmayan qeyri-yaşayış obyektlərinin tikinti layihələri;
89.1.7. insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən, tikinti sahəsi 1000 kvadratmetrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan anbar binalarının layihələri.”.
19. 90.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“90.1. Təqdim olunmuş tikinti layihələrinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğu ilə bağlı iradlar olduqda, ekspertiza müəssisəsi həmin iradların aradan qaldırılması üçün birbaşa sifarişçiyə müraciət edir. Birbaşa müraciətdə göstərilən iradlar 10 gün müddətində aradan qaldırılmadıqda ekspertiza müəssisəsi tərəfindən əsaslandırılmaqla rəy verilir və müvafiq icra hakimiyyəti orqanına göndərilir.”.
20. 90.2-ci maddənin üçüncü cümləsində “çatışmazlıqların” sözü “iradların” sözü ilə əvəz edilsin.
21. 92.7-ci maddədə “92.4.2-ci və 92.4.3-cü maddələrinə” sözləri “92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə” sözləri ilə əvəz edilsin.
22. 102.4-cü maddədə “30 gün” sözləri “20 gün” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 may 2017-ci il.
25 May 2017, 09:05
30 Yanvar 2014, 09:01
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 fevral tarixli 29 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət fitosanitar nəzarəti xidmətinin işçilərinin fərqləndirici nişanı olan geyiminin və xüsusi vəsiqələrinin formaları və təmin edilmə Qaydası"nda dəyişikliklər edilməsi barədə ətraflı...
30 Yanvar 2014, 09:01
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 noyabr tarixli 173 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və fərqlənmə nişanlarının təsviri və onların təchizatına dair Qaydalar"da dəyişiklik edilməsi barədə ətraflı...
30 Yanvar 2014, 09:01
"Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişiklik edilməsi haqqında ətraflı...
30 Yanvar 2014, 09:01
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının və onların struktur elementlərinin ləğv edilməsi barədə ətraflı...
30 Yanvar 2014, 09:01
Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında.Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
28 Yanvar 2014, 11:01
"Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında ətraflı...
28 Yanvar 2014, 11:01
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında ətraflı...
28 Yanvar 2014, 11:01
"Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarında dəyişiklik edilməsi haqqında ətraflı...
28 Yanvar 2014, 11:01
"Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında ətraflı...
28 Yanvar 2014, 11:01
"Malların preferensial və qeyri-preferensial mənşəyinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında ətraflı...