“Güzəştli mənzil” sistemi haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 24 may tarixli

Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

 

1.1. Bu Əsasnamə “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanına və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron hökumət” portalı haqqında Əsasnamə”yə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə “Güzəştli mənzil” sisteminin (bundan sonra – elektron sistem) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

1.2. Elektron sistemin fəaliyyətinin təşkili və inkişafı elektron sistemin inzibatçısı (bundan sonra – İnzibatçı) – Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (bundan sonra – Agentlik) tərəfindən təmin edilir.

1.3. Elektron sistemin fəaliyyətinin təmin edilməsi elektron sistemin operatoru (bundan sonra – Operator) – “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təmin edilir.

1.4. Elektron sistem “Elektron hökumət” portalında (bundan sonra – portal) yaradılır və ona inteqrasiya edilir.

1.5. Elektron sistem Azərbaycan Respublikası vətəndaşlarının Agentliyin sərəncamında olan mənzilləri güzəştlə əldə etməsi sahəsində elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada təqdim olunmasına xidmət edir.

1.6. Elektron sistem vasitəsilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda (bundan sonra – Qayda) müəyyən edilmiş şərtlərlə güzəştli qiymətə olan mənzillər satışa çıxarılır. Həmin mənzillərə Agentliyin, “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin, habelə vətəndaşların yaşayış sahələrinə ehtiyacının güzəştli qaydada ödənilməsi məqsədi ilə Agentliklə və ya “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış müqavilə əsasında çoxmənzilli binaları inşa edərək, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına, o cümlədən qabaqcadan qeydiyyata alınmış mənzilləri vətəndaşlara Qaydada müəyyən edilmiş şərtlərlə güzəştli qiymətə satmaq öhdəliyi götürmüş investorun sərəncamında olan mənzillər aid edilir.

1.7. Agentliyin və “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin satışı “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçirilir. İnvestorun sərəncamında olan mənzillərin satışı investor tərəfindən həyata keçirilir.

1.8. Elektron sistemin saxlanılma, fəaliyyət və inkişaf xərcləri dövlət büdcəsindən ayrılan vəsait, habelə Agentliyin öz vəsaiti hesabına və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

 

2. Əsas anlayışlar

 

2.1. Bu Əsasnamədə istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. elektron sistemin iştirakçıları – informasiya sistemləri və ehtiyatları portala qoşulmuş, portal və ya elektron sistem vasitəsilə informasiya mübadiləsində iştirak edən dövlət orqanları və qurumları, hüquqi şəxslər, habelə iştirakçı-operatorlar;

2.1.2. elektron sistemin istifadəçiləri – Agentliyin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək üçün müraciət edən şəxslər, o cümlədən Qaydada nəzərdə tutulan ərizəçilər;

2.1.3. iştirakçı-operator – “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti, habelə vətəndaşların yaşayış sahələrinə ehtiyacının güzəştli qaydada ödənilməsi məqsədi ilə Agentliklə və ya “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış müqavilə əsasında çoxmənzilli binaları inşa edərək, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına, o cümlədən qabaqcadan qeydiyyata alınmış mənzilləri vətəndaşlara Qaydada müəyyən edilmiş şərtlərlə güzəştli qiymətə satmaq öhdəliyi götürmüş investorlar;

2.1.4. elektron kabinet – Qaydaya uyğun olaraq mənzilləri güzəştlə əldə etmək hüququ müəyyən edilmiş istifadəçilərə “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin qərarı əsasında verilən, elektron sistemin istifadəçisinin yalnız gücləndirilmiş elektron imza sertifikatı ilə portalda autentifikasiyadan keçməklə elektron sistemə daxil olmasına imkan verən və həmin elektron sistemdə yaradılan, istifadəçinin özü barədə olan məlumatlarla tanış olmasını və onları əldə etməsini, habelə onun sistemin iştirakçıları ilə qarşılıqlı əlaqəsini təmin edən fərdi elektron səhifə;

2.1.5. mənzil – Qaydada müəyyən edilmiş şərtlərlə güzəştli qiymətə satılan yaşayış sahəsi (sahələri);

2.1.6. mənzilləri güzəştlə əldə etmək hüququ olan şəxslər – Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.2-ci bəndində nəzərdə tutulmuş şəxslər.

2.2. Bu Əsasnamədə istifadə olunan digər anlayışlar Qaydada və ipoteka kreditləşməsi sahəsində normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.

 

3. Elektron sistemin məqsədi və fəaliyyət prinsipləri

 

3.1. Elektron sistemin tətbiqinin məqsədi Qaydaya uyğun olaraq satışa çıxarılan mənzilləri güzəştlə almaq istəyən şəxslər üçün bərabər şərait yaradılmasından, onlar üçün mənzilləri güzəştlə almaq prosedurunun sadələşdirilməsindən, müraciətlərə baxılma zamanı şəffaflığın və operativliyin təmin edilməsindən, habelə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından faydalanaraq tələb olunan sənədləri real vaxt rejimində əldə etməklə, sərf olunan vaxta və xərclərə qənaət olunmasına, göstərilən xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılmasına nail olmaqdan ibarətdir.

3.2. Elektron sistem bu Əsasnamənin 6.1.16-cı yarımbəndində nəzərdə tutulmuş sorğular keçirilməklə, Agentlik tərəfindən tikintisi təşkil ediləcək çoxmənzilli yaşayış binalarının tikinti yerlərinin (ərazilərinin), həmin binaların və müvafiq mənzillərin həcmlərinin (ölçüsünün), digər göstəricilərin proqnozlaşdırılması məqsədlərinə də xidmət edir.

3.3. Elektron sistemin fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron hökumət” portalı haqqında Əsasnamə”də nəzərdə tutulmuş prinsiplər əsasında həyata keçirilir.

 

4. Elektron sistemin texniki-texnoloji infrastrukturu

 

4.1. Elektron sistemin texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:

4.1.1. elektron sistemin proqram-texniki vasitələri;

4.1.2. elektron sistemin ehtiyat mərkəzi.

4.2. Elektron sistemin proqram-texniki vasitələri elektron xidmətlər göstərilməsini, istifadəçilərin onlardan istifadəsini, informasiya mübadiləsinin həyata keçirilməsini, elektron sistemin fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini təmin edir.

4.3. Elektron sistemin fəaliyyətinin dayanıqlığını və təhlükəsizliyini təmin etmək məqsədi ilə elektron sistemin alternativ ehtiyat mərkəzi yaradılır və elektron sistemin proqram-texniki vasitələrinin və informasiya ehtiyatlarının nüsxəsi bu mərkəzdə saxlanılır.

4.4. Elektron sistem oxşar interfeysə malik olan informativ və interaktiv hissələrdən ibarətdir. İnformativ hissə istifadə üçün daim açıqdır, “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 26 noyabr tarixli 1113 nömrəli Fərmanının 4.1-ci və 4.4-cü bəndlərində nəzərdə tutulan məlumatlardan, informativ xidmətlərdən və interaktiv xidmətlər barədə məlumatlardan ibarətdir. Fərdi məlumatların mühafizəsi, habelə elektron sistem vasitəsilə həyata keçirilən əməliyyatların və istifadə olunan elektron xidmətlərin dəqiq və ünvanlı həyata keçirilməsi üçün interaktiv hissə gücləndirilmiş elektron imza sertifikatı ilə daxil olmağa imkan verən portalda autentifikasiya mexanizmləri ilə təchiz edilməlidir.

 

5. Təhlükəsizlik tədbirləri

 

5.1. Elektron sistemdə məlumatların işlənilməsi zamanı proqram-texniki vasitələrin işinin pozulmasına gətirib çıxaran təsirlərə yol verilməməlidir.

5.2. Məlumatların mühafizə səviyyəsinin daim nəzarətdə saxlanılması, onların təhlükəsizliyinə qarşı yönələn təhdidlərin müəyyən edilməsi və ehtimal edilən təhdidlərin neytrallaşdırılmasını təmin edən mühafizə sisteminin işlənib hazırlanması və daim təkmilləşdirilməsi elektron sistemin təhlükəsizliyinin vacib elementi olmalıdır.

5.3. İnzibatçı məlumatlara qanunsuz müdaxilə faktlarının vaxtında aşkar edilməsini, qanunsuz müdaxilənin, məlumatların surətinin çıxarılmasının və (və ya) bu məlumatların onlarla işləməyə icazəsi olmayan şəxslərə ötürülməsinin qarşısının alınması, dəyişdirilmiş və ya məhv edilmiş məlumatların dərhal bərpası imkanının olmasını təmin etməlidir.

5.4. Elektron sistem üzrə məlumatların təhlükəsiz şəkildə yazılması, sistemləşdirilməsi, yenilənməsi, dəyişdirilməsi, çıxarılması, adsızlaşdırılması, saxlanılması, ötürülməsi, məhv edilməsi üçün mühafizə vasitələrinin və üsullarının istismar və texniki sənədlərə uyğunluğu barədə müvafiq sənəd olmalı, onlar istismar və texniki sənədlərə uyğun quraşdırılmalı və istismara verilməlidir.

 

6. Elektron sistemin funksiyaları

 

6.1. Elektron sistem vasitəsilə aşağıdakılar təmin edilir:

6.1.1. mənzillərin güzəştlə əldə edilməsi üçün tələb olunan sənədlərin siyahısı və şərtlər barədə məlumatın olması;

6.1.2. mənzillər barədə interaktiv formada ətraflı məlumatın olması (mənzilin tərkib hissəsi olduğu binanın nömrəsi, binada mənzillərin sayı, mənzilin sahəsi, satış qiyməti, ünvanı, yerləşdiyi mərtəbənin mərtəbə planı və s.);

6.1.3. mənzili güzəştli qiymətə ipoteka krediti hesabına əldə etmək istəyən şəxsin imkanının ipoteka kalkulyatoru vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsi;

6.1.4. mənzili güzəştlə əldə etmək istəyən şəxsin elektron müraciətinin Qaydanın 5.5-ci bəndinə əsasən real vaxt rejimində qeydiyyata alınaraq Operatora göndərilməsi;

6.1.5. mənzil seçildikdə, bu barədə məlumatın həmin mənzil üzərində sərəncam vermək səlahiyyəti olan iştirakçı-operatora göndərilməsi;

6.1.6. mənzili güzəştli qiymətə ipoteka krediti hesabına əldə etmək istəyən şəxsin “Elektron ipoteka” sisteminə yönləndirilməsi və həmin sistemdə avtomatik qeydiyyata alınması;

6.1.7. mənzillərin güzəştlə əldə edilməsi üçün tələb olunan və “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanının 6.2.1 – 6.2.4-cü, habelə bu Əsasnamənin 6.2.1 – 6.2.5-ci yarımbəndlərində nəzərdə tutulmuş məlumatların alınması;

6.1.8. Qaydanın 5.5-ci bəndində nəzərdə tutulmuş hallarda mənzilləri güzəştlə əldə etmək hüququ olan şəxslər üçün elektron kabinetin yaradılması;

6.1.9. mənzilləri güzəştlə əldə etmək məqsədi ilə müraciət edən şəxslərin Operator tərəfindən vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılması;

6.1.10. Qaydada nəzərdə tutulmuş hallarda bildirişlərin göndərilməsi, habelə həmin bildirişlərin göndərilməsi ilə bağlı məlumat mübadiləsi pəncərələrinin yaradılması və onların elektron kabinetdə yerləşdirilməsi;

6.1.11. mənzilləri güzəştlə əldə etmək hüququ olan istifadəçilər üçün mənzillərin müxtəlif meyarlar üzrə (yerləşdiyi binanın ünvanı, mərtəbəsi, otaqlarının sayı, ümumi sahəsi üzrə) istifadəsi sadə olan axtarış imkanının yaradılması;

6.1.12. mənzilin ünvan əsasında elektron qaydada seçilməsi;

6.1.13. mənzilin seçilməsi zamanı ödəniş üsulunun müəyyənləşdirilməsi;

6.1.14. bu Əsasnamənin 6.1.12-ci yarımbəndində nəzərdə tutulmuş qaydada seçilmiş mənzili digər şəxslərin seçməsi imkanının məhdudlaşdırılması;

6.1.15. mənzilin seçilməsi və seçilmiş mənzilə məhdudiyyət qoyulması ilə bağlı müraciətedənin elektron kabinetində məlumatın yerləşdirilməsi;

6.1.16. elektron sistemin istifadəçiləri arasında sorğuların keçirilməsi və nəticələrinin ümumiləşdirilməsi;

6.1.17. ödənişlərin elektron formada həyata keçirilməsi imkanının yaradılması;

6.1.18. maliyyələşdirilmiş ipoteka kreditləri üzrə İnzibatçı ilə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti arasında məlumat mübadiləsinin portal vasitəsilə təşkil edilməsi;

6.1.19. mənzillər, o cümlədən ipoteka krediti hesabına təqdim edilmiş mənzillər barədə (onların ünvanı, otaqlarının sayı və s. dəqiq göstərilməklə) daim yenilənən statistik məlumatların olması.

6.2. Elektron sistemin fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən portal vasitəsilə müvafiq dövlət orqanlarının və qurumlarının informasiya sistemlərindən aşağıda qeyd olunan məlumatların elektron sistemə ötürülməsi təmin edilir:

6.2.1. mənzili güzəştlə əldə etmək istəyən şəxsin şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatlar;

6.2.2. mənzili güzəştlə əldə etmək istəyən şəxsin nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi üzrə məlumatlar;

6.2.3. mənzili güzəştlə əldə etmək istəyən şəxsin (birgə borcalanın) iş yerini təsdiq edən məlumatlar;

6.2.4. mənzili güzəştlə əldə etmək istəyən şəxsin ailə tərkibi barədə məlumatlar;

6.2.5. mənzili güzəştlə əldə etmək hüququna malik olan şəxslər barədə məlumatlar.

 

7. Elektron sistemin İnzibatçısının və Operatorunun funksiyaları

 

7.1. İnzibatçı aşağıdakı funksiyaları həyata keçirir:

7.1.1. elektron sistemin fəaliyyətini təşkil etmək;

7.1.2. elektron sistemə qoşulan informasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin dayanıqlı və etibarlı fəaliyyətinin təmin olunmasını iştirakçılardan tələb etmək;

7.1.3. elektron sistemlə məlumat mübadiləsində iştirak edəcək informasiya sistemləri və ehtiyatları müəyyən edilmiş texniki və funksional tələblərə cavab vermədiyi hallarda, onlarda zəruri dəyişiklik və təkmilləşdirmə aparılmasını iştirakçılardan tələb etmək;

7.1.4. müəyyən edilmiş texniki və funksional tələblərə uyğun olmayan informasiya sistemlərinin və ehtiyatlarının elektron sistemlə məlumat mübadiləsindən imtina etmək;

7.1.5. elektron sistemdən istifadə qaydaları barədə iştirakçıları məlumatlandırmaq və onlara metodiki köməklik göstərmək;

7.1.6. elektron sistemin iştirakçıları tərəfindən sistemə ötürülən məlumatların tamlığına, həmin məlumatların sistemə qanunla müəyyən edilmiş qaydada və müddətdə ötürülməsinə nəzarət etmək;

7.1.7. elektron sistemin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarına, texniki xidmətinə, təmirinə və saxlanılmasına, tərtib olunmuş qrafik üzrə müvafiq profilaktik işlərin aparılmasına nəzarət etmək;

7.1.8. əsas avadanlıqlarda hər hansı bir qəza (xəta) baş verdiyi halda elektron sistemin iştirakçılarını bu barədə məlumatlandırmaq;

7.1.9. elektron sistemin funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlandırma işi aparmaq.

7.2. Operator aşağıdakı funksiyaları həyata keçirir:

7.2.1. elektron sistem vasitəsilə iştirakçıların və istifadəçilərin dayanıqlı, etibarlı və təhlükəsiz məlumat mübadiləsi aparmasını təmin etmək;

7.2.2. elektron sistemdən istifadə qaydaları barədə istifadəçiləri məlumatlandırmaq və onlara metodiki köməklik göstərmək;

7.2.3. elektron sistemin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və saxlanılmasını təmin etmək, tərtib olunmuş qrafik üzrə müvafiq profilaktik işlər aparmaq;

7.2.4. baş vermiş qəzanın (xətanın) qısa müddətdə aradan qaldırılması mümkün olmadıqda, elektron sistemin ehtiyat mərkəzinin fəaliyyətə başlamasını təmin etmək;

7.2.5. elektron sistemin funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlandırma işi aparmaq;

7.2.6. qanunla müəyyən edilmiş qaydada informasiya təhlükəsizliyini təmin etmək və fərdi məlumatların istifadəsini və mühafizəsini təşkil etmək;

7.2.7. mənzilləri güzəştlə əldə etmiş şəxslərin reyestrini aparmaq, mənzillərin güzəştlə əldə edilməsinə dair sənədlərin surətlərini elektron sistemə daxil etmək;

7.2.8. mənzillərin güzəştlə əldə edilməsi üçün tələb olunan və “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanının 6.2.1 – 6.2.4-cü, habelə bu Əsasnamənin 6.2.5-ci yarımbəndlərində nəzərdə tutulmuş məlumatları almaq;

7.2.9. “ASAN xidmət” mərkəzləri vasitəsilə təqdim edilmiş müraciətləri elektron sistemə daxil etmək və bu barədə müraciət edən şəxslərə məlumat vermək;

7.2.10. elektron sistem üzrə aidiyyəti statistik məlumatlardan və hesabatlardan istifadə etmək;

7.2.11. elektron sistemin fəaliyyətinin təmin edilməsi və onun inkişaf etdirilməsi ilə bağlı İnzibatçının tapşırıqlarını icra etmək;

7.2.12. elektron sistem vasitəsilə digər xidmətlər, habelə elektron sistemin istifadəçilərinə göstərilən xidmətlər istisna olmaqla, digər ödənişli xidmətlər göstərmək.

 

8. Elektron sistemdən istifadə imkanları

 

8.0. Elektron sistemin istifadəçiləri və iştirakçı-operator elektron sistemdən aşağıdakı istifadə imkanlarına malikdirlər:

8.0.1. istifadəçilər:

1. elektron kabinet yaratmaq;

2. mənzillərin güzəştlə əldə edilməsi üçün tələb olunan sənədlərin siyahısı və əldə edilmə şərtləri barədə məlumat almaq;

3. mənzillər barədə Qaydanın 4.3.1 – 4.3.9-cu yarımbəndlərində nəzərdə tutulan məlumatları əldə etmək;

4. axtarış sistemi vasitəsilə mənzilləri müxtəlif meyarlar üzrə (yerləşdiyi binanın ünvanı, mərtəbəsi, otaqlarının sayı, ümumi sahəsi üzrə) axtarmaq;

5. mənzilləri ünvan əsasında elektron qaydada seçmək;

6. mənzilin seçilməsi zamanı ödəniş üsulunu müəyyənləşdirmək;

7. mənzili ipoteka krediti hesabına almaq imkanını ipoteka kalkulyatoru proqramı vasitəsilə ilkin olaraq müəyyənləşdirmək;

8. ödənişləri elektron formada həyata keçirmək;

9. elektron sistem üzrə aidiyyəti statistik məlumatlardan və hesabatlardan istifadə etmək;

8.0.2. iştirakçı-operator:

1. mənzilin güzəştlə əldə edilməsinə dair müqavilənin rəsmiləşdirilməsi üçün ərizəçinin elektron kabinetində bildiriş yerləşdirmək;

2. elektron sistem üzrə aidiyyəti statistik məlumatlardan və hesabatlardan istifadə etmək;

3. sərəncamında olan mənzilləri və ya göstərilən xidmətlər barədə məlumatları və şərtləri Qaydanın və bu Əsasnamənin tələblərinə uyğun olaraq elektron sistemə daxil etmək;

4. sərəncamında olan mənzillərin satışı ilə bağlı qərar vermək və bununla bağlı bildirişi, tələb olunduğu hallarda məlumat mübadiləsi pəncərələri vasitəsilə məlumatları mənzili seçən istifadəçiyə təqdim etmək.

 

9. Elektron sistemin fəaliyyətinin təşkili

 

9.1. Elektron sistem portalda yaradılaraq onun proqram-texniki imkanlarından istifadə etməklə, istifadəçilərin autentifikasiyası və sistemdən istifadəsi, iştirakçıların və operatorların informasiya sistemlərinin və ehtiyatlarının inteqrasiyası və təhlükəsiz məlumat mübadiləsi əsasında fəaliyyət göstərir.

9.2. Mənzilləri güzəştlə əldə etmək hüququ olan şəxslər elektron sistemə gücləndirilmiş elektron imza sertifikatı ilə daxil olurlar.

9.3. İştirakçı-operatorların informasiya sistemlərinin və ehtiyatlarının elektron sistemə qoşulması onların İnzibatçıya ünvanladığı ərizə əsasında həyata keçirilir.

9.4. Ərizə İnzibatçıya daxil olduqdan sonra ərizəçinin informasiya sistemlərinin və ehtiyatlarının elektron sistemə qoşulmasına və təhlükəsizliyinin təmin edilməsinə dair texniki imkanları 10 (on) iş günü müddətində İnzibatçı tərəfindən yoxlanılır.

9.5. Yoxlamanın nəticəsi müsbət olduqda, elektron sistemə qoşulmaq üçün müraciət etmiş qurum ilə İnzibatçı arasında müqavilə bağlanılır və belə iştirakçının elektron sistemlə qarşılıqlı fəaliyyəti müəyyən edilmiş texniki tələblər əsasında bağlanan həmin müqavilə ilə tənzimlənir.

9.6. Elektron sistemlə məlumat mübadiləsi haqqında müqavilədə aşağıdakılar göstərilməlidir:

9.6.1. elektron sistemin iştirakçı-operatoru olan qurumun adı;

9.6.2. iştirakçı-operatorun elektron sistemlə məlumat mübadiləsində iştirak edən informasiya sisteminin və ehtiyatının adı;

9.6.3. iştirakçı-operatorun elektron sistemə ötürdüyü məlumatların siyahısı;

9.6.4. elektron sistemin texniki infrastrukturuna məsul şəxs haqqında məlumat;

9.6.5. tərəflərin hüquq və vəzifələri;

9.6.6. tərəflərin məsuliyyəti və mübahisələrin həlli qaydası;

9.6.7. tərəflərin mühüm hesab etdiyi digər müddəalar.

9.7. İnformasiya sistemləri və ehtiyatları yoxlanılmaq üçün elektron sistemin test bölməsinə qoşulduqdan və test bölməsində yoxlanıldıqdan sonra İnzibatçının uyğunluğa dair rəyinə əsasən müəyyən edilmiş texniki tələblərə cavab verdikdə, onların 7 (yeddi) iş günü müddətində elektron sistemlə məlumat mübadiləsi təmin edilir.

9.8. Həmin texniki tələblərə cavab verməyən informasiya sistemləri və ehtiyatları İnzibatçının əsaslandırılmış tələbinə uyğun olaraq onların sahibi tərəfindən zəruri texniki tədbirlər və təkmilləşdirmələr aparıldıqdan sonra sistemlə məlumat mübadiləsi təmin edilir.

9.9. Elektron sistemin iştirakçıları (hüquqi varisi olmadan) ləğv edildikdə, İnzibatçı 3 (üç) iş günü müddətində həmin iştirakçılar tərəfindən bu barədə məlumatlandırılmalıdır. İnzibatçı öz növbəsində portalın operatorunu 1 (bir) iş günü müddətində bu barədə məlumatlandırmalıdır.

9.10. Elektron sistemin istifadəçiləri və iştirakçıları elektron sistemə təqdim olunan məlumatların məzmununa, dəqiqliyinə, tamlığına və etibarlılığına görə məsuliyyət daşıyırlar.

9.11. İştirakçı-operatorlar normativ hüquqi aktların tələblərini, müqavilənin şərtlərini pozduqda, yaxud sistemin fəaliyyətini ləngidəcək, dayandıracaq və ya ona zərər vura biləcək davranışlara yol verdikdə, İnzibatçı tərəfindən onun sistem üzrə fəaliyyəti bu nöqsanlar aradan qaldırılanadək dayandırılır.

 

10. Yekun müddəalar

 

10.1. Elektron sistemin fəaliyyəti ilə əlaqədar tələb olunan məlumatlar elektron sistemə inteqrasiya olunmuş informasiya sistemlərindən və ehtiyatlarından ödənişsiz şərtlərlə əldə edilir.

10.2. Elektron sistemlə məlumat mübadiləsində iştirak edən dövlət qurumlarının informasiya sistemlərinin və ehtiyatlarının məlumatlarından istifadə elektron sistemin istifadəçiləri üçün ödənişsiz əsaslarla təşkil edilir.

10.3. Elektron sistem vasitəsilə güzəştlə mənzil əldə edilməsinə dair bu Əsasnamə ilə tənzimlənməyən digər məsələlər Qaydaya, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na, habelə ipoteka kreditləşməsi barədə digər qaydalara və Agentliyin mənzillərin güzəştlə əldə edilməsinə dair hüquqi aktlarına uyğun tənzimlənir.

25 May 2017, 09:05

http://www.azertag.net

641—650 / 10511

1 İyun 2022, 12:06

Azərbaycan Respublikası Prezidentinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında” 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli, “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2012-ci il 24 aprel tarixli 613 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli, “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli və “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında poçt sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” 2014-cü il 15 dekabr tarixli 395 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 İyun 2022, 12:06

Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli, “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın tərkibi”nin təsdiq edilməsi barədə” 2016-cı il 22 dekabr tarixli 1169 nömrəli və “Azərbaycan Respublikası, Gürcüstan, Moldova Respublikası, Türkiyə Respublikası və Ukrayna mülki aviasiya hakimiyyəti orqanları arasında ICAO çərçivəsində əməkdaşlığa və ICAO orqanlarında təmsilçiliyə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” 2017-ci il 23 fevral tarixli 1259 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 İyun 2022, 12:06

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi barədə” 2014-cü il 3 fevral tarixli 100 nömrəli, “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə” 2014-cü il 15 may tarixli 168 nömrəli, “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında” 2015-ci il 8 aprel tarixli 499 nömrəli və “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında” 2015-ci il 29 aprel tarixli 503 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 İyun 2022, 12:06

Azərbaycan Respublikası Prezidentinin “Biometrik informasiya haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2008-ci il 28 oktyabr tarixli 7 nömrəli, “Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” 2008-ci il 11 noyabr tarixli 12 nömrəli, “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında” 2010-cu il 23 fevral tarixli 225 nömrəli, “Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması Qaydalarının təsdiq edilməsi haqqında” 2010-cu il 4 oktyabr tarixli 341 nömrəli, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2010-cu il 13 dekabr tarixli 361 nömrəli, “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli 429 nömrəli və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 İyun 2022, 12:06

Azərbaycan Respublikası Prezidentinin “Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin yaradılması haqqında” 2007-ci il 12 mart tarixli 543 nömrəli, “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2007-ci il 11 aprel tarixli 564 nömrəli, “Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibinə dair bəzi məsələlər haqqında” 2007-ci il 21 iyun tarixli 590 nömrəli, “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2008-ci il 11 mart tarixli 733 nömrəli və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında” 2008-ci il 22 aprel tarixli 744 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 İyun 2022, 12:06

Azərbaycan Respublikası Prezidentinin “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 30 iyul tarixli 1119 nömrəli, “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 25 may tarixli 324-VIQD nömrəli Qanununun tətbiqi və “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 mart tarixli 733 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2021-ci il 23 iyun tarixli 1377 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslərin fəaliyyətinin bəzi məsələləri haqqında” 2018-ci il 8 oktyabr tarixli 300 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 İyun 2022, 08:06

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Polşa Respublikasının infrastruktur və tikinti naziri və dəniz iqtisadiyyatı və daxili naviqasiya naziri arasında nəqliyyat və nəqliyyat infrastrukturu sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” 2017-ci il 2 noyabr tarixli 1648 nömrəli, “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Latviya Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” 2017-ci il 2 noyabr tarixli 1652 nömrəli, “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi arasında elektron imza sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” 2018-ci il 27 iyun tarixli 156 nömrəli və “Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1068-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2014-cü il 4 noyabr tarixli 341 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 İyun 2022, 08:06

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısının təsdiq edilməsi haqqında” 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli, “Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında” 2015-ci il 21 oktyabr tarixli 655 nömrəli, “Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (BMAT-ICAO) arasında Universal Təhlükəsizliyə Nəzarət üzrə Audit Proqramının Davamlı Monitorinq Yanaşması ilə əlaqədar Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” 2015-ci il 20 noyabr tarixli 688 nömrəli, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli və “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” 2016-cı il 20 may tarixli 909 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 İyun 2022, 08:06

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası ilə Qətər Dövlətinin Mülki Aviasiya Administrasiyası arasında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” 2017-ci il 15 may tarixli 1391 nömrəli, “Azərbaycan Respublikasının “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 809-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2017-ci il 3 noyabr tarixli 1659 nömrəli, “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” 2019-cu il 3 iyun tarixli 718 nömrəli, “Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı”nın və “Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 27 iyun tarixli 756 nömrəli və “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 İyun 2022, 08:06

Azərbaycan Respublikası Prezidentinin “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 24 avqust tarixli 233 nömrəli, “Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında” 2018-ci il 27 oktyabr tarixli 314 nömrəli, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1310-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 20 noyabr tarixli 354 nömrəli, “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 17 yanvar tarixli 479 nömrəli, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019−2022-ci illər üçün nəqliyyat sahəsində Əməkdaşlıq Proqramının təsdiq edilməsi haqqında” 2019-cu il 29 yanvar tarixli 497 nömrəli, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iki ölkənin limanları vasitəsilə dəniz nəqliyyatı ilə beynəlxalq daşımaların inkişafı haqqında Sazişin təsdiq edilməsi barədə” 2019-cu il 29 yanvar tarixli 498 nömrəli, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2019-cu il 29 yanvar tarixli 500 nömrəli, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 aprel tarixli 634 nömrəli və “Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” 2019-cu il 11 iyun tarixli 725 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...