“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564; 2001, № 5, maddə 298, № 11, maddələr 676, 698; 2002, № 1, maddə 9, № 8, maddə 463; 2003, № 8, maddə 424; 2004, № 2, maddə 57, № 11, maddə 901; 2005, № 4, maddə 277, № 10, maddə 874, № 11, maddə 993; 2006, № 12, maddə 1027; 2007, № 6, maddə 560, № 11, maddələr 1053, 1091; 2008, № 2, maddə 49, № 6, maddələr 453, 463, № 7, maddə 602; 2009, № 2, maddə 47, № 4, maddə 210, № 12, maddə 948; 2010, № 7, maddə 598; 2011, № 2, maddə 71, № 4, maddə 255, № 6, maddə 469, № 12, maddə 1097; 2012, № 5, maddə 402, № 7, maddə 671; 2013, № 4, maddələr 362, 363, № 7, maddə 795, № 11, maddələr 1295, 1298; 2014, № 4, maddələr 343, 346, № 5, maddə 467, № 11, maddə 1352; 2015, № 1, maddə 2, № 2, maddələr 76, 79, 105, № 5, maddə 502, № 6, maddə 686, № 11, maddələr 1256, 1276; 2016, № 11, maddələr 1758, 1795; 2017, № 2, maddələr 138, 150) 27-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. IV-I hissədə:
1.1. 3-cü bənddə “müayinəsi” sözündən sonra “və texniki baxışı” sözləri əlavə edilsin;
1.2. 4-cü bənddə “müayinəsinin” sözündən sonra “və texniki baxışının” sözləri əlavə edilsin;
2. aşağıdakı məzmunda V-II hissə əlavə edilsin:
“V-II. Nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. Aşağıdakı hallarda dövlət qeydiyyatının aparılması və daimi uçota alınması ilə əlaqədar nəqliyyat vasitəsi texniki baxışdan keçirilmir:
1) Azərbaycan Respublikasında ilk dəfə dövlət qeydiyyatına alınan nəqliyyat vasitəsinin istehsal olunduğu vaxtdan bu Qanunun 30-cu maddəsinin VI-II hissəsində nəzərdə tutulmuş müddət keçməmişdirsə;
2) Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi bu Qanunun 30-cu maddəsinin VI hissəsində nəzərdə tutulmuş müddətdə texniki baxışdan keçirilmişdirsə.
Texniki baxış zamanı nəqliyyat vasitəsinin bu Qanuna 1 saylı Əlavənin I və II hissələrində göstərilən nasazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilir və daimi uçota alınır.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 aprel 2017-ci il.
19 May 2017, 09:054 Dekabr 2017, 09:12
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında ətraflı...
4 Dekabr 2017, 09:12
Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında ətraflı...
1 Dekabr 2017, 10:12
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin əməkdaşlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında ətraflı...
1 Dekabr 2017, 09:12
Sabirabad şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
1 Dekabr 2017, 09:12
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında ətraflı...
30 Noyabr 2017, 10:11
Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi Qaydası ətraflı...
30 Noyabr 2017, 10:11
“Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətində kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi Qaydası ətraflı...
30 Noyabr 2017, 10:11
Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası ətraflı...
30 Noyabr 2017, 10:11
“Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin NİZAMNAMƏSİ ətraflı...
30 Noyabr 2017, 10:11
“Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında ətraflı...