“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

 

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 8; 2005, № 1, maddə 1, № 8, maddə 700; 2006, № 2, maddə 70; 2008, № 2, maddə 49; 2010, № 4, maddə 265; 2012, № 1, maddə 2, № 7, maddə 651; 2013, № 12, maddə 1479; 2014, № 2, maddə 78, № 7, maddə 769, № 11, maddə 1356, № 12, maddə 1526; 2015, № 11, maddə 1259; 2016, № 4, maddə 644, № 10, maddə 1606) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 2.0.9-1-ci maddə əlavə edilsin:

“2.0.9-1. publik hüquqi şəxs – “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu cür müəyyən edilmiş qurumdur;”.

2. 2.0.13-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.0.14-cü maddə əlavə edilsin:

“2.0.14. qanuni təmsilçi – nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslər.”.

3. 4-cü maddə üzrə:

3.1. 4.1-ci maddənin ikinci cümləsinə “təşkilatları,” sözündən sonra “publik hüquqi şəxslər,” sözləri əlavə edilsin;

3.2. 4.3-cü maddəyə “şəxslərinin” sözündən sonra “, publik hüquqi şəxslərin” sözləri əlavə edilsin.

4. Aşağıdakı məzmunda 5.3.2-1-ci maddə əlavə edilsin:

“5.3.2-1. təsisçi dövlət olduqda – təsisetmə səlahiyyəti verilmiş dövlət orqanının adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (olduğu halda), təsisçi bələdiyyə olduqda – bələdiyyənin adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;”.

5. 5.4.1-ci maddəyə birinci halda “tərəfindən” sözündən sonra “, publik hüquqi şəxslərin isə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada” sözləri əlavə edilsin.

6. Aşağıdakı məzmunda 8-1-ci maddə əlavə edilsin:

“Maddə 8-1. Publik hüquqi şəxsin dövlət qeydiyyatına alınması qaydası

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən publik hüquqi şəxsin dövlət qeydiyyatına alınması həmin publik hüquqi şəxsin nizamnaməsinin təsdiq edilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin hüquqi aktı qüvvəyə mindikdən sonra bu məqsədlə səlahiyyət verilmiş şəxsin müraciəti əsasında 2 iş günündən gec olmayaraq həyata keçirilməlidir.”.

7. Aşağıdakı məzmunda 9.2-1-ci və 9.2-2-ci maddələr əlavə edilsin:

“9.2-1. Bu Qanunun 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş hərəkətlərin edilməsi tələb olunmadan kommersiya qurumları və publik hüquqi şəxslər üzrə aşağıdakı məlumatlar birbaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilərək qeydiyyata alınır:

9.2-1.1 müvafiq icra hakimiyyəti orqanının aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda edilmiş dəyişikliklər;

9.2-1.2. qeydə alınmış faktlarda şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda dəyişikliklər.

9.2-2. Bu Qanunun 9.2-1.1-ci maddəsində qeyd edilən məlumat müvafiq icra hakimiyyəti orqanının aktları əsasında, 9.2-1.2-ci maddəsində qeyd edilən məlumat isə müvafiq icra hakimiyyəti orqanından onlayn rejimdə əldə edilir və 5 gün müddətində qeydiyyata alınır.”.

8. 9.3-cü maddənin birinci cümləsində “Hüquqi” sözü “Bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi” sözləri ilə əvəz edilsin.

9. 12.11-ci maddədə “, dövlət reyestr kitabının, qeyri-kommersiya qurumları üçün dövlət qeydiyyatı haqqında şəhadətnamənin və dövlət reyestrindən çıxarışın formaları və ərizənin” sözləri “və dövlət reyestr kitabının” sözləri ilə əvəz edilsin.

10. 12.12-ci maddədə “Kommersiya qurumları üçün dövlət” sözləri “Dövlət” sözü ilə əvəz edilsin və həmin maddədən “(o cümlədən elektron ərizənin)” və “və onun internet səhifəsində yerləşdirilir” sözləri çıxarılsın.

11. 13.3-cü maddədə “Dövlət qeydiyyatına alınmış kommersiya hüquqi şəxsə, xarici kommersiya” sözləri “Müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmış hüquqi şəxsə, xarici” sözləri ilə əvəz edilsin və həmin maddədən “sahibkarlıq fəaliyyəti subyektləri üçün Azərbaycan Respublikasında vahid kod olan” sözləri çıxarılsın.

12. 14-cü maddə üzrə:

12.1. 14.1.5-ci maddəyə “qurumları” sözündən sonra “və publik hüquqi şəxslər” sözləri əlavə edilsin;

12.2. 14.1.6-cı maddəyə “haqqında” sözündən sonra “, təsisçi dövlət və ya bələdiyyə olduqda, bu Qanunun 5.3.2-1-ci maddəsində qeyd edilən” sözləri əlavə edilsin;

12.3. aşağıdakı məzmunda 14.2.3-1-ci maddə əlavə edilsin:

“14.2.3-1. publik hüquqi şəxsdə – nizamnamə fondunun miqdarı, təsisçi tərəfindən verilmiş əmlakın miqdarı, direktorlar şurası (müşahidə şurası) yaradıldığı halda, onun hər bir üzvünün adı, soyadı, atasının adı və yaşayış yeri;”.

13. 17-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“Hüquqi şəxs, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialı dövlət qeydiyyatına alındıqdan və dövlət reyestrinə daxil edildikdən sonra, habelə dövlət qeydiyyatına alınmış həmin qurumlar və ya dövlət reyestrindəki yazılar ləğv edildikdə müvafiq icra hakimiyyəti orqanı bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 aprel 2017-ci il.

19 May 2017, 09:05

http://www.azertag.net

2111—2120 / 10511

23 Aprel 2020, 19:04

Azərbaycan Respublikası Prezidentinin “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 1999-cu il 13 fevral tarixli 102 nömrəli, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 12 mart tarixli 116 nömrəli və “Faydalı qazıntı ehtiyatlarının təsdiq edilməsi və silinməsi Qaydalarının təsdiq edilməsi haqqında” 2003-cü il 23 oktyabr tarixli 973 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

23 Aprel 2020, 19:04

Naxçıvan Muxtar Respublikasında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

21 Aprel 2020, 20:04

Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

21 Aprel 2020, 20:04

N.R.Bağırova töhmət elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

21 Aprel 2020, 10:04

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli Fərmanında və 2017-ci il 4 dekabr tarixli 1704 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

21 Aprel 2020, 10:04

Bakı şəhərində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

18 Aprel 2020, 10:04

A.Ə.Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

18 Aprel 2020, 10:04

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İordaniya Haşimilər Krallığının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

18 Aprel 2020, 10:04

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Qırğız Respublikası Hökuməti yanında Gənclər, Bədən Tərbiyəsi və İdman Məsələləri üzrə Dövlət Agentliyi arasında bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

18 Aprel 2020, 10:04

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Niderland Mərkəzi Statistika Bürosu arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...