Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununun tətbiqini və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 29 iyul tarixli 169 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 431; 2001, № 7, maddə 459; 2007, № 5, maddə 459; 2010, № 2, maddə 80) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı”nın V bölməsinin 6-cı hissəsinin “İcraçı təşkilatlar” sütununda “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası” sözləri “Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 509 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 407; 2007, № 11, maddə 1118; 2009, № 6, maddə 419; 2012, № 4, maddə 290, № 5, maddə 427) ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 3.2-ci bəndində “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası” sözləri “Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 568 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 583; 2003, № 8, maddə 441; 2005, № 12, maddə 1111; 2007, № 9, maddə 873; 2009, № 6, maddə 419) ilə təsdiq edilmiş “Dövlət orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmamasının qabaqcadan yoxlanılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1-ci hissədə “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiya (bundan sonra – Komissiya)” sözləri “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz)” sözləri ilə əvəz edilsin;
3.2. 2–4-cü hissələrdə ismin müvafiq hallarında “Komissiya” sözü ismin müvafiq hallarında “Mərkəz” sözü ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 297; 2009, № 6, maddə 419; 2011, № 3, maddə 182) ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
4.1. 1.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
“1.3. Test imtahanı Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən aparılır.”;
4.2. 3.7-ci bənd aşağıdakı redaksiyada verilsin:
“3.7. Test nümunələri Vergilər Nazirliyi və Mərkəz tərəfindən hazırlanır. Mərkəz tərəfindən istifadə ediləcək sualların sayı və çətinlik dərəcəsi müəyyən edilir, habelə cavab kartlarının oxunması təmin olunur. Test imtahanının keçirilməsi və qiymətləndirmənin aparılması qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.”;
4.3. 3.8-ci və 3.9-cu bəndlərdə “TQDK” abreviaturası “Mərkəz” sözü ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 627; 2015, № 2, maddə 122) ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. 2-ci hissədə “Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (bundan sonra – Komissiya)” sözləri “Dövlət İmtahan Mərkəzinə (bundan sonra – Mərkəz)” sözləri ilə əvəz edilsin;
5.2. 4-cü hissədə (hər iki halda), 5-ci hissədə (hər üç halda), 6-cı hissənin ikinci abzasında, 8-ci hissədə (hər iki halda) ismin müvafiq hallarında “Komissiya” sözü ismin müvafiq hallarında “Mərkəz” sözü ilə əvəz edilsin;
5.3. 10-cu hissədə “qanunvericilikdə müəyyən edilmiş hallarda və” sözləri “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 iyul tarixli 680 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 689; 2013, № 6, maddə 633; 2016, № 11, maddə 1803) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 5.2-ci bəndinin ikinci cümləsində “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası” sözləri “Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 939 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 804; 2016, № 11, maddə 1803) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”nin 5.1-ci bəndində “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası” sözləri “Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilsin.
8. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 793) ilə təsdiq edilmiş “ADA” Universitetinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
8.1. 4.1-ci bənddə “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası” sözləri “Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilsin;
8.2. 4.2-ci bənddə “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası” sözləri “Nazirlər Kabineti” sözləri ilə əvəz edilsin.
9. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1585; 2016, № 7, maddə 1250, № 11, maddə 1803) ilə təsdiq edilmiş “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”nin 5.4-cü bəndində “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası” sözləri “Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilsin.
10. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 aprel tarixli 502 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 4, maddə 381; 2016, № 11, maddə 1803) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”nin 5.4-cü bəndinin ikinci cümləsində “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası” sözləri “Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilsin.
11. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 710 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1464; 2016, № 11, maddə 1803) ilə təsdiq edilmiş “Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”nin 4.2-ci bəndində “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası” sözləri “Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilsin.
12. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 4, maddə 346; 2009, № 6, maddə 424; 2012, № 2, maddə 96; 2014, № 5, maddə 477, № 9, maddə 247; 2016, № 8, maddə 1384) ilə təsdiq edilmiş “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:
12.1. 8.3.1-ci və 8.3.2-ci yarımbəndlərin “İcraçılar” sütununda “Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya” sözləri “Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilsin və həmin yarımbəndlərdən “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, ” sözləri çıxarılsın;
12.2. 8.3.3-cü və 8.7.2-ci yarımbəndlərin “İcraçılar” sütununda “Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya” sözləri “Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilsin;
12.3. 8.4.1-ci yarımbəndin “İcraçılar” sütununda “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası” sözləri “Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilsin.
13. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 15 may tarixli 2167 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 5, maddə 504; 2009, № 4, maddə 226, № 6, maddə 424; 2010, № 2, maddə 80; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384, № 9, maddə 1464) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramının (2007–2010-cu illər)” “Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsinin 5.9-cu bəndinin “İcraçılar” sütununda “Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya” sözləri “Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilsin.
14. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 7, maddə 728; 2009, № 12, maddə 1043; 2010, № 7, maddə 610; 2014, № 5, maddə 477; 2016, № 5, maddə 861) ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı (2007-2011-ci illər)”nın 20-ci və 23-cü bəndlərinin “İcrasına məsul orqan” sütununda “Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiya” sözləri “Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilsin.
15. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 noyabr tarixli 1836 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1035; 2014, № 2, maddə 112, № 5, maddə 477, № 9, maddə 1027; 2016, № 8, maddə 1384) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011–2015-ci illər üçün Dövlət Proqramı”nın “Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsinin 3.10-cu bəndinin “İcraçılar” sütununda “Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiya” sözləri “Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilsin.
16. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1, maddə 39; 2016, № 8, maddə 1384, № 9, maddə 1470) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın 1.2.5-ci, 3.1.16-cı, 3.4.1-ci və 3.5.3-cü yarımbəndlərinin “İcraçılar” sütununda “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası” sözləri “Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 may 2017-ci il.
17 May 2017, 10:0520 Dekabr 2021, 11:12
“Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1229 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
20 Dekabr 2021, 11:12
“Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Dekabr 2021, 10:12
Şəhid ailəsi statusu almış şəxslərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
14 Dekabr 2021, 07:12
“Qarabağ” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
14 Dekabr 2021, 07:12
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
14 Dekabr 2021, 07:12
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 5 noyabr tarixli 400-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 10 avqust tarixli 382 nömrəli, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” 2000-ci il 10 avqust tarixli 383 nömrəli, “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” 2007-ci il 6 iyun tarixli 586 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
10 Dekabr 2021, 14:12
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı “Azərbaycan”, “Xalq qəzeti” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında ətraflı...
10 Dekabr 2021, 07:12
2022-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər və “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
7 Dekabr 2021, 07:12
Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
7 Dekabr 2021, 07:12
Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları sahəsi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...