“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 999-IIIQ nömrəli və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli qanunlarını nəzərə alaraq qərara alır:
“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 472; 2001, № 3, maddə 148; 2002, № 5, maddə 238; 2003, № 4, maddə 178; 2004, № 2, maddə 57, № 4, maddə 201; 2008, № 2, maddə 47; 2009, № 10, maddə 769; 2013, № 3, maddə 209) aşağıdakı dəyişikliklər edilsin:
1. 23-cü maddənin 3-cü hissəsinin 3.3-cü bəndi ləğv edilsin;
2. 26-cı maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 26. Ətraf mühitin mühafizəsi sahəsində sığorta
1. Təbii resurslardan istifadə zamanı ətraf mühitə və üçüncü şəxslərə zərərin vurulmasına görə təbii resurslardan istifadəçi olan hüquqi və fiziki şəxslər mülki məsuliyyətini könüllü qaydada sığorta edə bilərlər.
2. Daşınmaz əmlakın istismarı nəticəsində üçüncü şəxslərin sağlamlığına və əmlakına dəyə biləcək zərərlə bağlı daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirilir.”;
3. 74-cü maddənin birinci hissəsi aşağıdakı redaksiyada verilsin:
“Ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən vəzifəli şəxslərin bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığortası “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirilir.”;
4. 78-ci maddədə “qanunvericiliyinə uyğun” sözləri “Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 aprel 2014-cü il.
23 Aprel 2014, 09:04
3 Mart 2014, 16:03
"Qonşu ərazi vahidlərinin ərazi planlaşdırılması sənədlərini bir-biri ilə razılaşdırma Qaydaları"nın təsdiq edilməsi haqqında ətraflı...
3 Mart 2014, 16:03
Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında ətraflı...
3 Mart 2014, 16:03
"Hərbi Ovçuluq İttifaqı" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında ətraflı...
3 Mart 2014, 09:03
Əliş Ləmbəranskinin 100 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
3 Mart 2014, 09:03
R.M.Seyfullayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
28 Fevral 2014, 17:02
K.M.Abdullayevin Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında ətraflı...
28 Fevral 2014, 17:02
K.M.Abdullayevin Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilməsi haqqında ətraflı...
28 Fevral 2014, 09:02
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında ətraflı...
27 Fevral 2014, 16:02
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında ətraflı...
27 Fevral 2014, 16:02
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında ətraflı...