Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 134 saylı Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 134 saylı Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Nizamnaməsi”ni “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 dekabr tarixli 1168 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

 

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 134 saylı Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 253; 2005, № 4, maddə 299; 2008, № 6, maddə 496; 2011, № 7, maddə 655; 2013, № 6, maddə 684) ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 6.8-ci bənddə “Prezidenti yanında Təhsil üzrə Komissiya” sözləri “Nazirlər Kabineti” sözləri ilə əvəz edilsin.

2. 6.8-1-ci bənd ləğv edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 may 2017-ci il.

16 May 2017, 06:05

http://www.azertag.net

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...