“Dövlət qulluqçularının icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 999-IIIQ nömrəli Qanununu nəzərə alaraq qərara alır:
“Dövlət qulluqçularının icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 247; 2003, № 12 (I kitab), maddə 671; 2005, № 8, maddə 692; 2007, № 6, maddə 560; 2008, № 6, maddə 462, № 7, maddə 602; 2009, №6, maddə 399) ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 aprel 2014-cü il.
23 Aprel 2014, 09:0412 Fevral 2015, 09:02
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında ətraflı...
12 Fevral 2015, 09:02
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə ətraflı...
12 Fevral 2015, 09:02
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 iyul tarixli 121 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında ətraflı...
12 Fevral 2015, 09:02
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə ətraflı...
12 Fevral 2015, 09:02
“Azərbaycan Polis Akademiyasının əyani şöbəsinə kursantların qəbulu məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 30 aprel tarixli 541 nömrəli Fərmanının ləğv edilməsi barədə ətraflı...
12 Fevral 2015, 09:02
Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
12 Fevral 2015, 09:02
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında ətraflı...
11 Fevral 2015, 14:02
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti haqqında ətraflı...
11 Fevral 2015, 14:02
“Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında ətraflı...
11 Fevral 2015, 14:02
B.H.Rzayevin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında ətraflı...