Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”da dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 409, № 12, maddə 753; 2005, № 3, maddə 160; 2011, № 10, maddə 903) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”da aşağıdakı dəyişikliklər edilsin:

1. 1.3-cü bənd üzrə:

1.1. ikinci halda “xərclər” sözü “xərclərin aparılması üçün konvertasiya edilərək manat hesablarına köçürülmüş vəsait” sözləri ilə əvəz edilsin;

1.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“İnvestisiya portfelinin məcmu dəyəri Neft Fondunun investisiya portfelinə daxil olan aktivlərin aylıq olaraq yenidən qiymətləndirilməsi əsasında müəyyən edilir.”.

2. 1.4-cü bənd ləğv edilsin.

3. 2.1.2-ci və 2.1.4-cü yarımbəndlərin birinci abzaslarında “AA-” işarələri “A-” işarələri ilə, “Aa3” işarələri “A3” işarələri ilə əvəz edilsin və ikinci abzaslarından “və bu vəziyyət 60 təqvim günündən çox müddətdə davam etdikdə” sözləri çıxarılsın.

4. 2.1.3-cü yarımbənddə “bu Qaydaların 2.2-ci bəndinə uyğun olaraq müəyyən edilən məcmu dəyərin” sözləri “məcmu dəyərinin” sözləri ilə əvəz edilsin.

5. 2.1.6-cı yarımbənddən “saxlanıldığı və ya” sözləri çıxarılsın və həmin yarımbənddə “60” rəqəmləri “90” rəqəmləri ilə əvəz edilsin.

6. Aşağıdakı məzmunda 2.1.7-ci yarımbənd əlavə edilsin:

“2.1.7. Bu Qaydaların 3.3-cü bəndinin səkkizinci yarımbəndi ilə müəyyən edilən hallarda Neft Fondunun valyuta vəsaiti üzrə hesabların açıldığı, beynəlxalq maliyyə bazarlarında tərəf müqabili olan və Neft Fonduna qiymətli kağızlar üzrə depozitar xidmətləri göstərən banklar və digər maliyyə təsisatları qeyri-investisiya reytinqinə (reytinqi “BB-” (Standart ənd Purz, Fiç) və ya “Ba3” (Mudiz) kredit reytinqindən aşağı olmamaq şərtilə) malik ola bilər.”.

7. 2.2-ci bənd ləğv edilsin.

8. 3.1.3-cü yarımbəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Xarici menecerlər üzrə tələblər və idarəetməyə verilən portfelin hissəsi Neft Fondunun investisiya siyasəti ilə müəyyən olunur.”.

9. 3.1.4-cü yarımbənd üzrə:

9.1. üçüncü abzasda “müddəti” sözündən sonra “də daxil olmaqla xarici menecerlər üzrə tələblər” sözləri əlavə edilsin;

9.2. dördüncü abzas aşağıdakı redaksiyada verilsin:

“likvidlik və faiz dərəcəsi riski üzrə tələblər;”;

9.3. altıncı abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:

“investisiya portfelinin aktivlər və valyutalar üzrə tərkibi və bölgü nisbəti.”.

10. 3.2-ci bəndin üçüncü yarımbəndində “müddətinin” sözü “ortaçəkili müddətinin (durasiyasının)” sözləri ilə əvəz edilsin.

11. 3.3-cü bənd üzrə:

11.1. birinci abzasdan “(bu Qaydaların 3.3-cü bəndinin birinci yarımbəndinin səkkizinci abzası ilə müəyyən edilən hallar istisna olmaqla)” sözləri çıxarılsın və həmin abzasa “Fondunun” sözündən sonra “investisiya siyasəti ilə müvafiq alt portfellərə bölünən” sözləri əlavə edilsin;

11.2. beşinci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“səhmlərə, kredit reytinqinə malik olmayan borc öhdəliklərinə və daşınmaz əmlaka investisiya edən pay fondlarında, o cümlədən alternativ investisiya fondlarında iştirak payları;”;

11.3. səkkizinci yarımbəndin birinci cümləsində “qiymətli kağızlar” sözləri “borc öhdəlikləri” sözləri ilə əvəz edilsin və ikinci cümləsi çıxarılsın.

12. 3.4.1-ci yarımbənddən “və bu Qaydaların 2.2. bəndində göstərilənlərdən başqa digər valyutaların alınmasına” sözləri çıxarılsın.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 12 may 2017-ci il.

15 May 2017, 09:05

http://www.azertag.net

10271—10280 / 10511

26 Fevral 2014, 09:02

“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında   ətraflı...

26 Fevral 2014, 09:02

Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında   ətraflı...

21 Fevral 2014, 09:02

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi haqqında ƏSASNAMƏ   ətraflı...

21 Fevral 2014, 09:02

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin STRUKTURU   ətraflı...

21 Fevral 2014, 09:02

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

20 Fevral 2014, 10:02

"Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsi blankının ciddi hesabat sənədi kimi uçotu Qaydaları"nın və Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında   ətraflı...

19 Fevral 2014, 17:02

R.S.Auşevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

18 Fevral 2014, 08:02

Tofiq Əhmədovun 90 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

17 Fevral 2014, 09:02

A.M. Paşayevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

14 Fevral 2014, 09:02

“Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında   ətraflı...