“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununu nəzərə alaraq qərara alır:

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3, I kitab, maddə 125; 2001, № 12, maddələr 731, 736; 2004, № 11, maddə 901; 2006, № 6, maddə 478; 2007, № 5, maddə 436, № 10, maddə 938; 2008, № 5, maddə 348, № 7, maddə 602; 2012, № 6, maddə 506; 2013, № 6, maddələr 599, 624) 46-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. üçüncü hissə aşağıdakı redaksiyada verilsin:

“Xarici ölkələrdə qeydiyyata alınmış avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının ərazisinə daxil olarkən (həmçinin tranzit məqsədi ilə daxil olarkən) sahiblərinin mülki məsuliyyətinin sığortası, sərnişin daşımaları xidməti həyata keçirildiyi halda isə, həmin avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin fərdi qəza sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirilir.”;

2. dördüncü hissə ləğv edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 aprel 2014-cü il.

 

23 Aprel 2014, 09:04

http://www.azertag.net

9391—9400 / 10511

31 Oktyabr 2014, 09:10

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1075-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

30 Oktyabr 2014, 09:10

Boliviya Çoxmillətli Dövlətinin Prezidenti Zati-aliləri cənab Evo Morales Aymaya   ətraflı...

30 Oktyabr 2014, 09:10

Braziliya Federativ Respublikasının Prezidenti Zati-aliləri xanım Dilma Russeffə   ətraflı...

29 Oktyabr 2014, 09:10

Ə.M.Rüstəmovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında   ətraflı...

29 Oktyabr 2014, 09:10

Türkiyə Respublikasının Baş naziri Zati-aliləri cənab Əhməd Davudoğluna   ətraflı...

29 Oktyabr 2014, 09:10

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana   ətraflı...

29 Oktyabr 2014, 09:10

Gənclər siyasəti üzrə birinci qlobal forumun iştirakçılarına   ətraflı...

28 Oktyabr 2014, 09:10

Mərkəzi Seçki Komissiyasının 20 oktyabr və 21 oktyabr 2014-cü il tarixli iclas protokollarının təsdiq edilməsi barədə   ətraflı...

28 Oktyabr 2014, 09:10

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə   ətraflı...

28 Oktyabr 2014, 09:10

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında   ətraflı...