Azərbaycan xalçaçılarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda xalçaçılıq sənətinin inkişafında səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilsin:
Ağaliyeva Neva Şahpələng qızı
Ağamirzəyeva Fatimə Ayıbxan qızı
Bəşirova Rəfiqə Xanağa qızı
Əliyeva Ceyran Müzəffər qızı
Kəngərli Gülüsüm Həsən qızı
Qayıtxanova Zalikə Nürəddin qızı
Qənbərova Nargilə Əliağa qızı
Orucova Firəngiz Hüseyn qızı.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 may 2017-ci il.
2 May 2017, 09:0524 Dekabr 2012, 21:12
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası ətraflı...