Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17, № 5, maddə 323; 2002, № 5, maddə 236; 2003, № 1, maddələr 23, 24, № 6, maddə 279; 2004, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761; 2005, № 4, maddələr 277, 278; 2006, № 2, maddə 64, № 12, maddə 1006; 2007, № 1, maddələr 3, 4, № 2, maddə 68, № 5, maddə 439, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756; 2008, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1046; 2009, № 6, maddə 402; 2010, № 2, maddə 75, № 4, maddə 276; 2011, № 6, maddələr 471, 476, № 7, maddələr 583, 619, № 12, maddələr 1096, 1105; 2012, № 5, maddə 411, № 6, maddə 511; 2013, № 5, maddə 472, № 6, maddə 625, № 11, maddələr 1266, 1307; 2015, № 6, maddə 677, № 12, maddə 1435; 2016, № 5, maddə 836, № 6, maddə 1016, № 11, maddələr 1761, 1763, № 12, maddə 2047; Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 496-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 157.1-ci maddənin birinci cümləsinə “iddianı” sözündən sonra “(bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla)” sözləri əlavə edilsin.
2. 162.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Bu Məcəllənin 355-17.3-cü maddəsində nəzərdə tutulmuş qətnamə qəbul edildikdə bank və (və ya) onun aktivləri ilə bağlı əvvəllər qəbul edilmiş iddianı təmin etmə tədbirləri ləğv edilməlidir.”.
3. 233.1-ci maddədə “və 355-13.4-cü” sözləri “, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü və 355-19.3-cü” sözləri ilə əvəz edilsin.
4. 305.1.14-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 305.1.15-ci maddə əlavə edilsin:
“305.1.15. bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında.”.
5. 306.1-ci maddədə “40-4-cü” sözləri “40-5-ci” sözləri əvəz edilsin.
6. aşağıdakı məzmunda 40-5-ci fəsil əlavə edilsin:
“Fəsil 40-5 Bankın öhdəliklərinin könüllü restrukturizasiyası
haqqında işlər üzrə icraat
Maddə 355-15. Ərizənin verilməsi
355-15.1. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada bank onun öhdəliklərinin könüllü restrukturizasiyası ilə əlaqədar məhkəməyə müraciət edir.
355-15.2. Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında ərizə bankın yerləşdiyi yer üzrə məhkəməyə verilir.
Maddə 355-16. Ərizənin məzmunu
Bankın öhdəliklərinin könüllü restrukturizasiyası ilə əlaqədar ərizəyə bankın öhdəliklərinin könüllü restrukturizasiyasına əsas olan hallarla bağlı sənədlər, maliyyə bazarlarına nəzarət orqanının yazılı bildirişi alınmış restrukturizasiya planı və bununla əlaqədar toplanmış digər sənədlər əlavə edilməli və ərizəçinin xahişi göstərilməlidir.
Maddə 355-17. Ərizəyə baxılması və qətnamənin qəbul edilməsi
355-17.1. Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında ərizəyə məhkəməyə verildikdən sonra məhkəmə tərəfindən 10 gün ərzində baxılır və qərar qəbul edilir.
355-17.2. Məhkəmə ərizəyə öhdəlikləri restrukturizasiya edilən bankın və maliyyə bazarlarına nəzarət orqanının mütləq iştirakı ilə baxır. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir.
355-17.3. Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.
355-17.4. Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında qətnamədə, o cümlədən aşağıdakılar göstərilməlidir:
355-17.4.1. bankın adı;
355-17.4.2. restrukturizasiya müddəti və bankın öhdəliklərinin könüllü restrukturizasiyasının həyata keçirilməsi üzrə məsul şəxslər göstərilməklə bankın öhdəliklərinin könüllü restrukturizasiyasının həyata keçirilməsi barədə göstəriş.
355-17.5. Qətnamənin surəti bu Məcəllənin 227-ci maddəsinə uyğun olaraq məhkəməyə müraciət etmiş banka onun hüquqi ünvanı üzrə və maliyyə bazarlarına nəzarət orqanına göndərilir.
Maddə 355-18. Restrukturizasiya planının təsdiq edilməsi
355-18.1. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada bank öhdəliklərinin könüllü restrukturizasiyası planının təsdiqi üçün bankın yerləşdiyi yer üzrə məhkəməyə ərizə ilə müraciət edir. Bank onun öhdəliklərinin könüllü restrukturizasiyası planı ilə birlikdə, həmin planın təsdiq edilməsi haqqında bankın müvafiq kreditorlarının yığıncağının protokolunu və əlaqəli sənədləri də məhkəməyə təqdim edir.
355-18.2. Bankın öhdəliklərinin könüllü restrukturizasiyası planının təsdiq edilməsi haqqında ərizəyə məhkəməyə verildikdən sonra 30 gün ərzində baxılıb qərar qəbul edilir.
355-18.3. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. Məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi kreditorlar tərəfindən təsdiq edilmiş restrukturizasiya planında göstərilmiş üsulla maraqlı şəxslərə göndərilir. İşdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
355-18.4. Qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.
Maddə 355-19. Bankın öhdəliklərinin könüllü restrukturizasiyasına xitam verilməsi haqqında qətnamənin qəbul edilməsi
355-19.1. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş hallarda bankın öhdəliklərinin könüllü restrukturizasiyasına xitam verilməsi haqqında maliyyə bazarlarına nəzarət orqanının ərizəsinə bankın yerləşdiyi yer üzrə məhkəməyə verildikdən sonra 10 gün ərzində baxılıb qərar qəbul edilir.
355-19.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
355-19.3. Qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 aprel 2017-ci il.
13 Aprel 2017, 09:0419 Noyabr 2014, 09:11
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Boliviya Çoxmillətli Dövlətinin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Sazişin təsdiq edilməsi barədə ətraflı...
19 Noyabr 2014, 09:11
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşəəmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli 289 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
19 Noyabr 2014, 09:11
“Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
19 Noyabr 2014, 09:11
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Fələstin Dövlətinin Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələr mexanizminə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında ətraflı...
19 Noyabr 2014, 09:11
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Qırğız Respublikasının Dövlət Kadrlar Xidməti arasında dövlət qulluğunun təkmilləşdirilməsi sahəsindəəməkdaşlıq haqqında Memorandumun təsdiq edilməsi barədə ətraflı...
19 Noyabr 2014, 09:11
Azərbaycan Respublikası Hökuməti ilə Moskva Hökuməti arasında anlaşma vəəməkdaşlıq haqqında Memorandumun təsdiq edilməsi barədə ətraflı...
19 Noyabr 2014, 09:11
Ərəb Dövlətləri Liqası ilə Mərkəzi Asiya ölkələri və Azərbaycan Respublikası arasında əməkdaşlıq haqqında Memorandumun təsdiq edilməsi barədə ətraflı...
19 Noyabr 2014, 09:11
E.İ. Mirzəyevin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Baş direktoru vəzifəsindən azad edilməsi haqqında ətraflı...
19 Noyabr 2014, 09:11
T.M. Ziyadovun Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Baş direktoru təyin edilməsi haqqında ətraflı...
18 Noyabr 2014, 09:11
“Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na Əlavə ətraflı...