“Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının nümunələrinin ötürülməsi qaydası haqqında Saziş” üzrə səlahiyyətli orqanların müəyyən edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 677 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının nümunələrinin ötürülməsi qaydası haqqında Saziş”in 2-ci maddəsinin ikinci hissəsinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

 

1. 2011-ci il oktyabrın 18-də Sankt-Peterburq şəhərində imzalanmış “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının nümunələrinin ötürülməsi qaydası haqqında Saziş”in Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi üzrə səlahiyyətli orqanlar qismində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti müəyyən edilsinlər.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Sazişin Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi üzrə səlahiyyətli orqanların müəyyən edildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 aprel 2017-ci il.

6 Aprel 2017, 09:04

http://www.azertag.net

9441—9450 / 10511

21 Oktyabr 2014, 09:10

Mərkəzi Seçki Komissiyasının 13 oktyabr 2014-cü il tarixli iclas protokolunun təsdiq edilməsi barədə   ətraflı...

21 Oktyabr 2014, 09:10

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin nazirlərinin “İnkişafda qadınların rolu” mövzusunda V konfransının iştirakçılarına   ətraflı...

21 Oktyabr 2014, 09:10

Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında   ətraflı...

21 Oktyabr 2014, 09:10

Naftalan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında   ətraflı...

21 Oktyabr 2014, 09:10

Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında   ətraflı...

20 Oktyabr 2014, 09:10

Azərbaycanın bir qrup energetikinə “Əməkdar mühəndis” fəxri adı verilməsi haqqında   ətraflı...

20 Oktyabr 2014, 09:10

Azərbaycan energetiklərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

20 Oktyabr 2014, 09:10

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI   ətraflı...

20 Oktyabr 2014, 09:10

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 100 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

20 Oktyabr 2014, 09:10

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə   ətraflı...