Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 87; 2015, № 8, maddə 910; 2016, № 8, maddə 1384) ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bəndə “Əsasnamə” sözündən sonra “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və” sözləri əlavə edilsin;

2. 1.2-ci bəndə “xüsusi” sözündən sonra “idarələrarası” sözü əlavə edilsin;

3. 1.4-cü, 1.5-ci və 1.6-cı bəndlər aşağıdakı redaksiyada verilsin:

“1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

1.6. Bu Əsasnamənin 3.2.3-cü, 3.4.12-ci, 3.4.15-ci, 4.3-2-ci, 4.5-4-cü, 5.1.9-cu və 5.1.13-cü yarımbəndləri vergi yoxlamalarına şamil edilmir.”;

4. aşağıdakı məzmunda 1.6-1-ci bənd əlavə edilsin:

“1.6-1. Qanunun 8.3-cü maddəsinə uyğun olaraq yoxlayıcı orqanın sahibkarın müraciətinə əsasən ona metodiki kömək göstərilməsi, məsləhət verilməsi və vəziyyətin qiymətləndirilməsi məqsədilə yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvana gəlməsi Reyestrdə qeydiyyata alınmır. Belə tədbirlər nəticəsində əldə olunan faktlarla bağlı sahibkarlıq fəaliyyətinin subyekti məsuliyyətə cəlb edilə bilməz.”;

5. 1.7-ci bənddə “Reyestr” sözü “Reyestrin informasiya resursu vahid məkanda saxlanılmaqla” sözləri ilə əvəz edilsin;

6. 2.3-cü bəndə “sistemi” sözündən sonra “(bundan sonra – informasiya sistemi)” sözləri əlavə edilsin;

7. 2.4-cü bənddə “Qeydiyyat informasiya” sözləri “İnformasiya” sözü ilə əvəz edilsin;

8. 2.6-cı bənddən “qeydiyyat” sözü çıxarılsın, “xidmət” sözündən sonra “göstərilməsi” sözü əlavə edilsin, “həyata keçirilir” sözləri “təşkil olunur” sözləri ilə əvəz edilsin;

9. 2.7-ci bənddən “qeydiyyat” sözü çıxarılsın;

10. 3.1–3.3-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

“3.1. Reyestrə yoxlayıcı orqan, sahibkarlıq fəaliyyəti subyektləri, habelə yoxlamalar və məhdudlaşdırıcı tədbirlər barədə məlumatlar daxil edilir.

3.2. Reyestrə yoxlayıcı orqanlarla bağlı aşağıdakı məlumatlar daxil edilir:

3.2.1. yoxlayıcı orqanların (yoxlama aparmaq səlahiyyəti olan struktur qurumları ilə birlikdə) siyahısı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıya əsasən);

3.2.2. yoxlayıcı orqanların nəzarət sahələri (Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıya əsasən);

3.2.3. yoxlayıcı orqanların yoxlama zamanı araşdırdıqları sualların siyahısı (yoxlayıcı orqanın hazırladığı, təsdiq etdiyi və avtomatlaşdırılmış rejimdə təqdim etdiyi yoxlama suallarının siyahısına əsasən).

3.3. Reyestrə sahibkarlarla bağlı aşağıdakı məlumatlar daxil edilir:

3.3.1. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);

3.3.2. hüquqi şəxsin, onun filial və nümayəndəliyinin, xarici dövlətlərin hüquqi şəxslərinin filial və nümayəndəliklərinin adları, təşkilati-hüquqi forması, əsas fəaliyyət növü, rəhbərin (qanuni nümayəndənin) fərdi identifikasiya nömrəsi (bundan sonra - FİN), hüquqi ünvanı, elektron ünvanı (təsərrüfat obyektləri olduqda onların fəaliyyət növü, ünvanı və əgər varsa, vergi orqanları tərəfindən verilən kodu);

3.3.3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin (fərdi sahibkarın) FİN-i, soyadı, adı, atasının adı, vergi uçot məlumatlarına əsasən ünvanı, əsas fəaliyyət növü, elektron ünvanı (təsərrüfat obyektləri olduqda, onların fəaliyyət növü, ünvanı və əgər varsa, vergi orqanları tərəfindən verilən kodu);

3.3.4. sahibkarın qeydiyyata alınması tarixi, vergi ödəyicisi kimi qeydiyyata alınması, yenidən qeydiyyata alınması və qeydiyyatdan çıxarılması tarixləri, hansı vergilərin (sadələşdirilmiş və ya ƏDV, mənfəət və ya gəlir) ödəyicisi olması;

3.3.5. sahibkarın fəaliyyət göstərməsi, fəaliyyətini dayandırması, fəaliyyətinə xitam verilməsi (səbəbi göstərilməklə) barədə məlumat;

3.3.6. sahibkarın kiçik, orta və iri sahibkar meyarları üzrə aid edildiyi kateqoriya;

3.3.7. sahibkarın müvafiq nəzarət sahəsinə münasibətdə aid edildiyi risk qrupu.”;

11. 3.4-cü bənd üzrə:

11.1. 3.4.2-ci yarımbənddə “digər” sözü “bütün” sözü ilə əvəz edilsin və həmin yarımbənddən “göstərilməlidir” sözü çıxarılsın;

11.2. 3.4.6-cı yarımbənddə “aparılan sonuncu yoxlama” sözləri “həmin yoxlayıcı orqan tərəfindən aparılan sonuncu yoxlama, onun kodu (əgər varsa), növü, dövrü və müddəti” sözləri ilə əvəz edilsin;

11.3. 3.4.7-ci yarımbənddə “və” sözü “, aid olduğu nəzarət sahəsi, vergi yoxlamasının” sözləri ilə əvəz edilsin;

11.4. 3.4.8-ci, 3.4.12-ci və 3.4.13-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“3.4.8. yoxlanılacaq təsərrüfat obyektinin fəaliyyət növü, ünvanı və əgər varsa, vergi orqanları tərəfindən verilən kodu;”;

“3.4.12. yoxlama zamanı araşdırılacaq suallar (yoxlayıcı orqanlar tərəfindən Reyestrdə öncədən yerləşdirilmiş suallardan informasiya sistemi vasitəsilə avtomatlaşdırılmış rejimdə seçilir);

3.4.13. yoxlamanın keçirilməsi haqqında qərarı qəbul etmiş şəxsin və yoxlayıcının FİN-i, soyadı, adı, atasının adı və vəzifəsi;”;

11.5. aşağıdakı məzmunda 3.4.14─3.4.21-ci yarımbəndlər əlavə edilsin:

“3.4.14. yoxlamanın plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) olması (plandankənar (növbədənkənar) yoxlamadırsa, onun təyin edilməsi üçün əsaslar). Yoxlama hüquqi və fiziki şəxslərin, dövlət və yerli özünüidarəetmə orqanlarının müraciətlərinə, habelə kütləvi informasiya vasitələrində yayılan məlumatlara əsasən təyin olunduqda, həmçinin:

1. fiziki şəxsin FİN-i, soyadı, adı, atasının adı, əlaqə telefonu;

2. hüquqi şəxsin VÖEN-i, adı, ünvanı, əlaqə telefonu və müraciəti imzalayan şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;

3. dövlət və ya yerli özünüidarəetmə orqanının adı, ünvanı, müraciəti imzalayan şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;

4. kütləvi informasiya vasitəsinin növü, adı, yayılma tarixi, uçot nömrəsi;

5. məlumatın skan edilmiş surəti və ya elektron istinad mənbəyi (link);

6. Qanunun 16.7-ci maddəsinə uyğun təfərrüatlı əsaslandırma;

3.4.15. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanında nəzərdə tutulmuş hallarda yoxlama aparılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin razılığı, əməkdaşının iştirakı tələb olunduqda isə onun FİN-i, soyadı, adı, atasının adı, vəzifəsi və əlaqə telefonu;

3.4.16. yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə);

3.4.17. yoxlamanın keçirilib-keçirilməməsi barədə məlumat (keçirilmədikdə, bunun səbəbləri);

3.4.18. yoxlamanın nəticəsi (yoxlama suallarının siyahısından (vergi yoxlamaları istisna olmaqla) bu yoxlama üçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunub-olunmaması);

3.4.19. aşkarlanmış qanun pozuntusunun məzmunu, pozuntuda cinayət, inzibati xəta və ya digər əlamətlərin olması, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri;

3.4.20. qəbul edilmiş qərar və ondan asılı olaraq məsuliyyət tədbirlərinin görülüb-görülməməsi, aşkarlanmış qanun pozuntusuna görə tətbiq olunmuş məsuliyyət tədbirlərinin təsviri (məbləğ və sair), məsuliyyətə cəlb edilmiş şəxslər (hüquqi şəxs olduqda, hüquqi şəxsin VÖEN-i, adı, ünvanı, vəzifəli şəxsin FİN-i, soyadı, adı, atasının adı, vəzifəsi), materialların göndərildiyi dövlət orqanları (məktubların tarixi və nömrəsi);

3.4.21. aşkarlanmış qanun pozuntusunun aradan qaldırılması üçün görülməli tədbirlər, bu tədbirlərin icrası üçün müəyyən olunmuş müddət və onların nəticələri.”;

12. aşağıdakı məzmunda 3.4-1-ci və 3.6-cı bəndlər əlavə edilsin:

“3.4-1. Qanunun 28-ci maddəsində göstərilən, yoxlama ilə əlaqədar tətbiq olunan məhdudlaşdırıcı tədbirlər barədə aşağıdakılar tələb olunur:

3.4-1.1. məhdudlaşdırıcı tədbirin tətbiqi barədə aralıq aktın nömrəsi və tarixi;

3.4-1.2. məhdudlaşdırıcı tədbirin tətbiqinə səbəb olan tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri;

3.4-1.3. məhdudlaşdırıcı tədbirin növü, tətbiq edilməsinin Qanunun 28-ci maddəsinə uyğun əsaslandırılması və tarixi;

3.4-1.4. məhdudlaşdırıcı tədbirin ləğv edilməsi üçün yerinə yetirilməli tədbirlər;

3.4-1.5. bu Əsasnamənin 3.4.15-ci yarımbəndinə müvafiq olaraq, məhdudlaşdırıcı tədbirin tətbiqinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin razılığının olub-olmaması;

3.4-1.6. məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarın nömrəsi və tarixi;

3.4-1.7. məhdudlaşdırıcı tədbirin ləğv edilməsinin tarixi və səbəbləri.”;

“3.6. Bu Əsasnamənin 3.2.1–3.2.3-cü və 3.4.1-ci yarımbəndləri üzrə məlumatları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, 3.3.1–3.3.5-ci yarımbəndləri üzrə məlumatları Azərbaycan Respublikasının Vergilər Nazirliyi, 3.4.15-ci və 3.4-1.5-ci yarımbəndləri üzrə məlumatları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, 3.3.6-cı yarımbəndi üzrə məlumatları Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 3.3.7-ci, 3.4.2–3.4.14-cü, 3.4.16–3.4.21-ci, 3.4-1.1–3.4-1.4-cü, 3.4-1.6-cı və 3.4-1.7-ci yarımbəndləri üzrə məlumatları yoxlayıcı orqanlar, 3.5-ci bəndi üzrə məlumatları isə sahibkarlıq fəaliyyəti subyektləri Reyestrə daxil edirlər.”;

13. 4.2-ci və 4.3-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

“4.2. Hər növbəti il üzrə yoxlamaların keçirilməsi barədə bu Əsasnamənin 3.4.2-ci, 3.4.3-cü və 3.4.5–3.4.11-ci yarımbəndlərində nəzərdə tutulmuş məlumatları özündə əks etdirən informasiya sistemi vasitəsilə elektron formatda tərtib olunmuş illik yoxlama planı yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək hər il 1 noyabr tarixindən gec olmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilir.

4.3. Bu Əsasnamənin 4.2-ci bəndinə uyğun olaraq təqdim edilmiş illik yoxlama planında nəzərdə tutulmuş yoxlamaların qeydiyyata alınması üçün hər bir yoxlama barədə bu Əsasnamənin 3.4.2–3.4.13-cü yarımbəndlərində göstərilmiş məlumatlar yoxlamadan ən azı 5 iş günü (vergi yoxlamasından ən azı 15 gün) əvvəl yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilir.”;

14. aşağıdakı məzmunda 4.3-1-ci və 4.3-2-ci bəndlər əlavə edilsin:

“4.3-1. Bu Əsasnamənin 4.2-ci bəndinə uyğun olaraq təqdim edilmiş illik yoxlama planında nəzərdə tutulmamış yoxlamaların qeydiyyata alınması üçün hər bir yoxlama barədə bu Əsasnamənin 3.4.2–3.4.13-cü və 3.4.15-ci yarımbəndlərində göstərilmiş məlumatlar yoxlamadan ən azı 1 iş günü əvvəl yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir.

4.3-2. Yoxlama aparılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin razılığı tələb olunduğu halda, bu Əsasnamənin 4.3-1-ci bəndində göstərilən məlumatlar yoxlamadan ən azı 2 iş günü əvvəl yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi təqdim olunmuş materialları 1 iş günü ərzində təhlil edir və yoxlamanın keçirilməsinə razılıq verilib-verilməməsi barədə məlumatı Reyestrdə yerləşdirir. Yoxlamanın keçirilməsinə razılıq verilmədikdə, bunun səbəbləri qeyd olunur.”;

15. 4.5-ci bənddə “alına bilər” sözləri “alınır” sözü ilə əvəz edilsin;

16. aşağıdakı məzmunda 4.5-1–4.5-5-ci bəndlər əlavə edilsin:

4.5-1. Yoxlamanın dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlamanın başaçatma tarixindən ən geci 1 iş günü əvvəl bu Əsasnamənin 3.4.16-cı yarımbəndində göstərilən məlumatlar yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, Reyestrdə yerləşdirilməsi üçün informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir.

4.5-2. Yoxlayıcı orqandan asılı olmayan səbəblərdən Reyestrdə qeydiyyata alınmış yoxlama ilə bağlı hər hansı dəyişiklik baş verərsə, yoxlamanın başlama tarixinə ən geci 1 gün qalmış (yoxlayıcı ilə bağlı dəyişiklik baş verdikdə isə yoxlama başa çatanadək) zəruri məlumatlar yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, Reyestrdə yerləşdirilməsi üçün informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir.

4.5-3. Yoxlama zamanı yoxlanılan sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiqi barədə müvafiq qərarın qəbul edildiyi tarixdən 1 iş günü müddətində bu Əsasnamənin 3.4-1.1–3.4-1.4-cü yarımbəndlərində göstərilən məlumatlar Reyestrdə yerləşdirilməsi üçün yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, informasiya sisteminə daxil edilir.

4.5-4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi razılıq verdiyi təqdirdə, bu Əsasnamənin 4.5-3-cü bəndində və 3.4-1.5-ci yarımbəndində göstərilən məlumatlar avtomatlaşdırılmış rejimdə Reyestrdə yerləşdirilir və yoxlayıcı orqan tərəfindən əlavə olaraq 3.4-1.6-cı və 3.4-1.7-ci yarımbəndlərdə göstərilən məlumatlar informasiya sistemi vasitəsilə Reyestrə göndərilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi razılıq vermədikdə, yoxlayıcı orqan bu barədə məlumatlandırılır.

4.5-5. Məhdudlaşdırıcı tədbir ləğv edildikdən sonra 3 iş günü ərzində yoxlayıcı orqan bu Əsasnamənin 3.4-1.7-ci yarımbəndində nəzərdə tutulmuş məlumatları Reyestrə göndərir.”;

17. 4.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.7. Yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində yoxlamanın keçirildiyi barədə, sonrakı 15 iş günü ərzində (vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının qərarının qəbulundan sonra 5 iş günü ərzində) isə 3.4.18-ci və 3.4.19-cu yarımbəndlərdə nəzərdə tutulmuş məlumatları Reyestrə təqdim edir. Bu Əsasnamənin 3.4.20-ci və 3.4.21-ci yarımbəndlərində göstərilən məlumatların müəyyən edilməsi üçün qanunvericiliklə daha uzun müddət tələb olunduqda, həmin müddət reyestrdə göstərilir və məlumat ona uyğun təqdim edilir.”;

18. 4.9-cu bənddə “(keçirilmiş yoxlamaların predmeti və əsasları, yoxlayıcı orqanlar və yoxlanılan sahibkarlıq subyektləri, yoxlamaların nəticələri, qəbul olunmuş qərarlar, yol verilən pozuntular, görülmüş tədbirlər, təhlillər, statistik və digər göstəricilər qeyd olunmaqla)” sözləri “(keçirilmiş yoxlamaların əsasları, yoxlayıcı orqanlar, onların nəzarət sahələri və yoxlanılan sahibkarlıq subyektləri, yoxlamaların nəticələri, qəbul edilmiş qərarlar, sahibkarların yol verdiyi pozuntular, görülmüş tədbirlər, yoxlamaların qeydiyyatı zamanı yoxlayıcı orqanların yol verdiyi pozuntular (o cümlədən yoxlamalarla bağlı Reyestrə təqdim edilən məlumatların natamam olması, düzgün olmaması, qanunvericiliklə uyğunsuzluq təşkil etməsi və vaxtında təqdim edilməməsi halları), təhlillər, statistik və digər göstəricilər qeyd olunmaqla) sözləri ilə əvəz edilsin;

19. 5.1-ci bənd (5.1.1–5.1.5-ci yarımbəndlər istisna olmaqla) aşağıdakı redaksiyada verilsin:

“5.1. Yoxlamanın qeydiyyata alınması, dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. Çıxarışda aşağıdakı məlumatlar göstərilir:”;

20. 5.1.5-ci yarımbənddən “predmeti və” sözləri çıxarılsın, həmin yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.1.6-5.1.15-ci yarımbəndlər əlavə edilsin:

“5.1.6. yoxlamanın aparılacağı təsərrüfat obyektinin fəaliyyət növü, ünvanı və kodu;

5.1.7. yoxlamanın növü;

5.1.8. yoxlanılan dövr;

5.1.9. yoxlama zamanı araşdırılacaq suallar;

5.1.10. vergi yoxlamasının predmeti;

5.1.11. yoxlamanın plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) olması (plandankənar (növbədənkənar) yoxlamadırsa, onun təyin edilməsi üçün əsaslar);

5.1.12. yoxlayıcının (yoxlayıcıların) soyadı, adı, atasının adı və vəzifəsi;

5.1.13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndəsinin iştirakı tələb olunduğu hallarda onun soyadı, adı, atasının adı və vəzifəsi;

5.1.14. yoxlamanın dayandırılmasının, vergi yoxlamasının müddətinin artırılmasının tarixi və müddəti;

5.1.15. yoxlamanın dayandırılmasına, vergi yoxlamasının müddətinin artırılmasına əsas olan hallar.”;

21. 5.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.”;

22. 5.6-cı bənddən “aparılmış” sözü çıxarılsın;

23. 7.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“7.1. Yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyata alınmadan yoxlama aparılmasına, habelə qeydiyyata alınmış yoxlama barədə məlumatın verilməsi qaydalarının pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.”;

24. aşağıdakı məzmunda VIII hissə əlavə edilsin:

“VIII. Keçid müddəası

Bu Əsasnamənin 3.4.15-ci, 3.4-1.5-ci, 4.3-2-ci, 4.5-4-cü və 5.1.13-cü yarımbəndləri, həmçinin 3.6-cı bəndinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə aid hissəsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanunu qüvvədə olduğu müddətdə tətbiq edilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 mart 2017-ci il.

27 Mart 2017, 09:03

http://www.azertag.net

101—110 / 10511

9 Fevral 2023, 15:02

Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 15:02

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 15:02

“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 15:02

“Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 15:02

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 15:02

Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 15:02

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 15:02

Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 15:02

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 15:02

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...