“Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alır:

“Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 3; 2003, № 1, maddə 15, № 12 (I kitab), maddə 674; 2005, № 4, maddə 278; 2007, № 5, maddə 397, № 10, maddə 938; 2008, № 12, maddə 1044) aşağıdakı dəyişikliklər edilsin:
1. 5.0.3-cü maddəyə “dözümlü” sözündən sonra “genetik modifikasiya olunmamış” sözləri əlavə edilsin;
2. 6.1-ci maddəyə “əkin materialları” sözlərindən əvvəl “genetik modifikasiya olunmamış” sözləri əlavə edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 oktyabr 2013-cü il.

27 Noyabr 2013, 09:11

http://www.azertag.net

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...