“Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanını “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 631; 2010, № 12, maddə 1064; 2011, № 2, maddə 85; 2012, № 4, maddə 283, № 10, maddə 949; 2013, № 6, maddə 630; 2014, № 10, maddə 1202; 2015, № 4, maddə 482) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 8.13-cü bənddə “məhsulların texniki normativ hüquqi aktların tələblərinə” sözləri “malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə” sözləri ilə əvəz edilsin.
2. 8.13-1-ci bənddə “texniki normativ hüquqi aktların tələblərinə, metroloji qayda və normalara” sözləri “müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə” sözləri ilə əvəz edilsin.
3. 8.14-cü bənddə “texniki reqlamentlərin, eləcə də onlarla qarşılıqlı əlaqəli olan dövlət standartlarının və ya texniki tənzimləmə və standartlaşdırma sahəsində digər texniki normativ hüquqi aktların məcburi tələblərinə” sözləri “müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə” sözləri ilə əvəz edilsin.
4. 8.16-cı bənddə “məhsulların (işlərin, xidmətlərin)” sözləri “malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin” sözləri ilə əvəz edilsin.
5. 8.20-ci bənddə “texniki normativ hüquqi aktların məcburi tələblərinə” sözləri “müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə” sözləri ilə əvəz edilsin.
6. 8.21-ci bənddə “Azərbaycan Respublikasının texniki normativ hüquqi aktlarının” sözləri “Azərbaycan Respublikasının dövlət standartlarının, texniki reqlamentlərin və digər normativ hüquqi aktların” sözləri ilə əvəz edilsin.
7. 8.22-ci bənddə “texniki normativ hüquqi aktların tələblərinə” sözləri “müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə” sözləri ilə əvəz edilsin.
8. 8.24-cü bənd ləğv edilsin.
9. 8.25-ci bənddə “sınaq və kalibrlənmə laboratoriyalarının və uyğunluğun qiymətləndirilməsi (təsdiqi) orqanlarının akkreditasiyası üzrə işləri aparmaq” sözləri “uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasını aparmaq” sözləri ilə əvəz edilsin.
10. 8.26-cı bənddə “sınaq və kalibrlənmə laboratoriyalarının, uyğunluğun qiymətləndirilməsi (təsdiqi) orqanlarının” sözləri “uyğunluğu qiymətləndirən qurumların” sözləri ilə, “məhsulların (işlərin, xidmətlərin)” sözləri “malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin” sözləri ilə əvəz edilsin.
11. Aşağıdakı məzmunda 8.38-1-ci bənd əlavə edilsin:
“8.38-1. akkreditasiya qaydalarının pozulmasından, o cümlədən akkreditasiyadan imtina barədə qərardan və ya uyğunluğu qiymətləndirən qurumun uyğunluğun qiymətləndirilməsi sahəsində faktiki xarakterli hərəkətindən (hərəkətsizliyindən) şikayətlərə baxan Apellyasiya Şurasını yaratmaq;”.
12. 8.39-cu bənd aşağıdakı redaksiyada verilsin:
“8.39. akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə uyğunluğuna “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda nəzarət etmək;”.
13. 8.47-ci bənddə “qanunvericiliklə müəyyən edilmiş fəaliyyət növlərinin həyata keçirilməsi zamanı” sözləri “Dövlət standartlarının və standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə riayət edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi zamanı” sözləri ilə, “texniki normativ hüquqi aktların tələblərinə” sözləri “müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə” sözləri ilə əvəz edilsin.
14. 8.48-ci bənddə “məhsulların texniki normativ hüquqi aktların tələblərinə” sözləri “malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə” sözləri ilə əvəz edilsin.
15. 9.13-cü bənddə “məhsulların (işlərin, xidmətlərin) texniki normativ hüquqi aktların tələblərinə” sözləri “malın (xidmətin, işin), prosesin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə” sözləri ilə əvəz edilsin.
16. 9.15-ci bənddə “texniki normativ hüquqi aktların tələblərinə” sözləri “müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə” sözləri ilə əvəz edilsin.
17. 9.18-ci bənddə “texniki normativ hüquqi aktların tələblərinə” sözləri “müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə” sözləri ilə əvəz edilsin.
18. 9.19-cu bənddə “texniki normativ hüquqi aktların tələblərini” sözləri “müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələbləri” sözləri ilə əvəz edilsin.
19. 9.20-ci bənddə “texniki normativ hüquqi aktların tələblərinin” sözləri “müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərin” sözləri ilə əvəz edilsin.
20. 9.22-ci bənddə “texniki normativ hüquqi aktların tələblərinə” sözləri “müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 mart 2017-ci il.
10 Mart 2017, 09:0310 Fevral 2017, 09:02
“Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə ətraflı...
10 Fevral 2017, 09:02
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup hərbi qulluqçusunun “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında ətraflı...
9 Fevral 2017, 09:02
Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair ətraflı...
8 Fevral 2017, 09:02
Cövdət Hacıyevin 100 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
8 Fevral 2017, 09:02
Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
8 Fevral 2017, 09:02
Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
8 Fevral 2017, 09:02
Ç.S.Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında ətraflı...
6 Fevral 2017, 10:02
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
6 Fevral 2017, 10:02
“Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 463 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
6 Fevral 2017, 10:02
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 1374 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında sənədlərlə iş barədə Təlimat”da dəyişikliklər edilməsi haqqında ətraflı...