Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 14; 2001, № 3, maddələr 138, 145, 146, 147, № 12, maddələr 731, 745; 2002, № 6, maddə 328, № 8, maddə 464; 2004, № 2, maddə 57, № 11, maddə 886; 2005, № 7, maddələr 576, 588, № 10, maddə 871; 2006, № 4, maddə 312, № 11, maddə 933; 2007, № 8, maddə 756, № 11, maddə 1078; 2008, № 7, maddə 602, № 8, maddə 695, № 12, maddə 1048; 2010, № 6, maddə 482; 2011, № 2, maddə 71; 2015, № 5, maddə 501, № 10, maddə 1086, № 11, maddə 1250; 2016, № 1, maddə 16) ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 46-cı maddəsinin ikinci hissəsində “xüsusi rütbəyə malik olan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının orta və böyük rəislər heyətindən olan” sözləri “Azərbaycan Respublikasının dövlət orqanlarında qulluq (xidmət) keçən” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2017-ci il.
10 Mart 2017, 09:0322 Oktyabr 2014, 09:10
Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin 23 dekabr 2014-cü ilə təyin edilməsi barədə ətraflı...
22 Oktyabr 2014, 09:10
Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin işçilərinə fəxri adlar verilməsi haqqında ətraflı...
22 Oktyabr 2014, 09:10
Gəncə şəhərini Məhsəti, Sadıllı, Natəvan, Şıxzamanlı, Cavad xan qəsəbələri ilə birləşdirən avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
22 Oktyabr 2014, 09:10
Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin bir qrup işçisinin təltif edilməsi haqqında ətraflı...
22 Oktyabr 2014, 09:10
Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında ətraflı...
22 Oktyabr 2014, 09:10
Müstəqil Dövlətlər Birliyi iştirakçı ölkələrinin Dəmiryol Nəqliyyatı Şurasının növbəti iclasının iştirakçılarına ətraflı...
22 Oktyabr 2014, 09:10
Kristof dö Marjerinin ailəsinə ətraflı...
22 Oktyabr 2014, 09:10
Fransa Respublikasının Prezidenti Zati-aliləri cənab Fransua Ollanda ətraflı...
22 Oktyabr 2014, 09:10
“Azərbaycan Respublikası Hökuməti ilə İtaliya Respublikası Hökuməti arasında dəniz nəqliyyatı haqqında”Sazişin təsdiq edilməsi barədə ətraflı...
22 Oktyabr 2014, 09:10
“Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə ətraflı...