“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

 

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12, I kitab, maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474,  № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, № 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 11, maddə 1780) aşağıdakı dəyişikliklər edilsin:

 

1.  4.1-ci maddədə “istisna olmaqla” sözlərindən sonra “və ödənilən hər bir dövlət rüsumu üzrə 5000 manatdan çox olmamaq şərti ilə” sözləri əlavə edilsin.

 

2. 4.1-1-ci maddədə “xidmətlərə” sözündən sonra “(hüquqi hərəkətlərə)” sözləri, “faizi” sözündən sonra “(ödənilən hər bir dövlət rüsumu üzrə 5000 manatdan çox olmamaq şərti ilə)” sözləri əlavə edilsin.

 

3.  22-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

                                                1

              2

22.0. Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziyaların verilməsinə görə:

 

22.0.1. Toksiki istehsalat tullantılarının:

 

22.0.1.1. utilizasiyası

550 manat

22.0.1.2. zərərsizləşdirilməsi

550 manat

22.0.2. Özəl tibb fəaliyyəti

2250 manat

22.0.3. Əczaçılıq fəaliyyəti:

 

22.0.3.1. dərman vasitələrinin istehsalı

2250 manat

22.0.3.2. dərman vasitələrinin topdansatışı

20000 manat

22.0.3.3. dərman vasitələrinin pərakəndə satışı

1000 manat

22.0.4. Prekursorların:

 

22.0.4.1. istehsalı

250 manat

22.0.4.2. idxalı

250 manat

22.0.4.3. ixracı

250 manat

22.0.4.4. tranzit nəql edilməsi

250 manat

22.0.5. Təhsil fəaliyyəti:

 

22.0.5.1. məktəbəqədər təhsil müəssisələri

1250 manat

22.0.5.2. ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla)

 

10000 manat

22.0.5.3. ilk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri və peşə liseyləri)

 

2000 manat

22.0.5.4. orta ixtisas təhsili müəssisələri

2000 manat

22.0.5.5. ali təhsil müəssisələri

13750 manat

22.0.5.6. əlavə təhsil müəssisələri

1500 manat

22.0.5.7. dini orta ixtisas təhsili müəssisələri

2000 manat

22.0.5.8. ali dini təhsil müəssisələri

13750  manat

22.0.6. Rabitə xidmətləri:

 

22.0.6.1. telefon (məftilli)

2500 manat

22.0.6.2. radiotrank və simsiz telefon

2500 manat

22.0.6.3. sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə)

1000000 manat

22.0.6.4. İP-telefoniya (internet telefoniya)

50000 manat

22.0.6.5. ölkədaxili telekommunikasiya kanallarının təşkili

2500 manat

22.0.6.6. beynəlxalq telekommunikasiya kanallarının təşkili

5500 manat

22.0.6.7. məlumatların ötürülməsi (data)

3000 manat

22.0.6.8. sürətli poçt xidməti

1250 manat

22.0.7. Radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının saxlanması

550 manat

22.0.8. Təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması

250 manat

22.0.9. Maye və təbii qaz təsərrüfatı obyektlərinin:

 

22.0.9.1. quraşdırılması

1100 manat

22.0.9.2. istismarı

1100 manat

22.0.10. Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması

1100 manat

22.0.11. Liftlərin quraşdırılması və təmiri fəaliyyəti

250 manat

22.0.12. Attraksionların istismarı

1250 manat

22.0.13. Qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri

1250 manat

22.0.14. Təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlığın və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi

1250 manat

22.0.15. Yanğından mühafizə fəaliyyəti:

 

22.0.15.1. müəssisələrin və yaşayış məntəqələrinin müqavilə əsasında yanğınlardan qorunması

1800 manat

22.0.15.2. yanğınsöndürmə texnikası məhsulunun istehsalı və satışı, sınaqlarının keçirilməsi

 

1800 manat

22.0.15.3. yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri

1800 manat

22.0.15.4. yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası

1800 manat

22.0.16. Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işləri

550 manat

22.0.17. Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri

 

550 manat

22.0.18. Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi

550 manat

22.0.19. Özəl baytarlıq təbabəti fəaliyyəti

220 manat

22.0.20. Baytarlıq preparatlarının:

 

22.0.20.1. istehsalı

1500 manat

22.0.20.2. satışı

220 manat

22.0.21. Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin:

 

22.0.21.1. istehsalı

1000 manat

22.0.21.2. idxalı

500 manat

22.0.22. Fərdi ovçuluq təsərrüfatlarının təşkili

550 manat

22.0.23. İstehsal üçün yabanı dərman bitkiləri xammalının tədarükü

250 manat

22.0.24. Müxtəlif növ möhürlərin və ştampların hazırlanması

1100 manat

22.0.25. Fond birjası fəaliyyəti

5500 manat

22.0.26. İnvestisiya şirkəti fəaliyyəti

2750 manat

22.0.27. Klirinq təşkilatı fəaliyyəti

2750 manat

22.0.28. İnvestisiya fondunun depozitarı fəaliyyəti

2750 manat

22.0.29. Səhmdar investisiya fondu fəaliyyəti

5500 manat

22.0.30. İnvestisiya fondlarının idarə edilməsi fəaliyyəti

2750 manat

22.0.31. Kredit təşkilatlarının fəaliyyəti:

 

22.0.31.1. bank, xarici bankın yerli filialı

11000 manat

22.0.31.2. bank olmayan kredit təşkilatı

550 manat

22.0.31.3. poçt rabitəsinin milli operatoru

500 manat

22.0.32. Sığorta sahəsində fəaliyyət:

 

22.0.32.1. sığorta fəaliyyəti

11000 manat

22.0.32.2. təkrarsığorta fəaliyyəti

11000 manat

22.0.33. Sığorta brokeri fəaliyyəti:

 

22.0.33.1. hüquqi şəxs olan sığorta brokerləri

11000 manat

22.0.33.2. fiziki şəxs olan sığorta brokerləri

500 manat

22.0.34. Sığorta agenti fəaliyyəti:

 

22.0.34.1. hüquqi şəxs olan sığorta agentləri

500 manat

22.0.34.2. fiziki şəxs olan sığorta agentləri

220 manat

22.0.35. Özəl mühafizə fəaliyyəti

1500 manat

22.0.36. İnformasiya mühafizə vasitələrinin layihələndirilməsi və istehsalı sahəsində fəaliyyət

1100 manat

22.0.37. Biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi

1100 manat

22.0.38. Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmət göstərilməsi

1100 manat

22.0.39. Teleradio yayımı fəaliyyəti:

 

22.0.39.1. ümumrespublika televiziya yayımı

50000 manat

22.0.39.2. Bakı şəhəri üzrə televiziya yayımı

2250 manat

22.0.39.3 regional televiziya yayımı

1500 manat

22.0.39.4. ümumrespublika radio yayımı

2500 manat

22.0.39.5. Bakı şəhəri üzrə radio yayımı

1250 manat

22.0.39.6. regional radio yayımı

500 manat

22.0.39.7. əlavə informasiya yayımı

500 manat

22.0.39.8. abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı

1500 manat

22.0.39.9. abonentlərinin sayı 5000-dən çox olan kabel şəbəkəsi yayımı

2500 manat

22.0.39.10. peyk yayımı

500 manat

22.0.39.11. xarici teleradio kanallarının peyk vasitəsilə yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət

500 manat

 

4.  23-cü maddə üzrə:

4.1.  23.1-ci maddədə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət rüsumu” sözləri “dövlət rüsumu tam məbləğdə” sözləri ilə əvəz edilsin;

4.2.  23.2-ci, 23.3-cü (birinci və üçüncü cümlələrdə) və 23.4-cü maddələrdən “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi” sözləri çıxarılsın.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 fevral 2017-ci il.

10 Mart 2017, 09:03

http://www.azertag.net

4691—4700 / 10511

6 Noyabr 2017, 09:11

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Müdafiə Nazirliyi arasında Əfqanıstan İslam Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaları haqqında” Sazişin təsdiq edilməsi barədə   ətraflı...

6 Noyabr 2017, 09:11

“Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında   ətraflı...

6 Noyabr 2017, 05:11

“Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin təsdiq edilməsi barədə   ətraflı...

6 Noyabr 2017, 05:11

“GUAM üzvü olan dövlətlərin dövlət sərhədlərindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında gömrük prosedurlarının müəyyən nəticələrinin qarşılıqlı tanınması barədə GUAM üzvü olan dövlətlərin gömrük qurumları arasında” Protokolun təsdiq edilməsi haqqında   ətraflı...

6 Noyabr 2017, 05:11

“Qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına dair İqtisadi Əməkdaşlıq Təşkilatının məlumat bazasının yaradılması və fəaliyyəti barədə” Sazişin təsdiq edilməsi haqqında   ətraflı...

6 Noyabr 2017, 05:11

“Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə   ətraflı...

6 Noyabr 2017, 05:11

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə   ətraflı...

6 Noyabr 2017, 05:11

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında SAH/SAM/BDD (Sualtı Hücum/Sualtı Müdafiə/Birinci Dərəcəli Dalğıc) birgə təlimi müddətində Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında   ətraflı...

3 Noyabr 2017, 05:11

“Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Azərbaycan (ACG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər, Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS, Türkiye Petrolleri A.O. arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə   ətraflı...

3 Noyabr 2017, 05:11

“Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...