Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:

 

Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 22, maddə 347; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 133, № 5, maddə 312; 2007, № 8, maddə 754, № 11, maddə 1078; 2008, № 8, maddə 709; 2010, № 12, maddə 1056; 2011, № 2, maddə 71; 2012, № 5, maddə 408; 2014, № 2, maddə 86; 2016, № 1, maddə 6) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 7-ci maddənin üçüncü hissəsində “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəz edilsin.

2. 14-cü maddədə “milli təhlükəsizlik, daxili işlər nazirlikləri” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəz edilsin.

3. 19-cu maddənin birinci cümləsində “Prezidentini, Azərbaycan Respublikası Milli Məclisinin sədrini, Azərbaycan Respublikasının Baş nazirini, Azərbaycan Respublikasının müdafiə nazirini” sözləri “müvafiq icra hakimiyyəti orqanını, Azərbaycan Respublikası Milli Məclisinin sədrini, müvafiq icra hakimiyyəti orqanlarının rəhbərlərini” sözləri ilə əvəz edilsin.

4. 37-ci maddənin ikinci hissəsinin beşinci abzasında “Rabitə Nazirliyinin, digər nazirliklərin və idarələrin” sözləri “dövlət orqanlarının” sözləri ilə əvəz edilsin.

5. 40-cı maddənin ikinci hissəsində, 41-ci maddənin birinci hissəsində və ikinci hissəsinin dördüncü, yeddinci və səkkizinci abzaslarında, 7 saylı əlavənin 1-ci maddəsinin ikinci hissəsində “Müdafiə Nazirliyi” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəz edilsin.

6. 44-cü maddənin ikinci cümləsində “Müdafiə Nazirliyinin” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəz edilsin.

7. 69-cu maddənin ikinci hissəsində və 113-cü maddədə “müdafiə naziri” sözləri “müvafiq icra hakimiyyəti orqanının rəhbəri” sözləri ilə əvəz edilsin.

8. 242-ci maddənin birinci hissəsi üzrə:

8.1. ikinci abzasda (hər iki halda) “müdafiə nazirinin” sözləri “müvafiq icra hakimiyyəti orqanı rəhbərinin” sözləri ilə əvəz edilsin;

8.2. dördüncü abzasda “Müdafiə Nazirliyinin” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəz edilsin.

9. 272-ci və 351-ci maddələrdə “müdafiə nazirinin” sözləri “müvafiq icra hakimiyyəti orqanı rəhbərinin” sözləri ilə əvəz edilsin.

10. 357-ci maddədə “Müdafiə Nazirliyinin” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəz edilsin.

11. 359-cu maddədə “Müdafiə Nazirinin” və “müdafiə nazirinə” sözləri müvafiq olaraq “müvafiq icra hakimiyyəti orqanı rəhbərinin” və “müvafiq icra hakimiyyəti orqanının rəhbərinə” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 fevral 2017-ci il.

 

10 Mart 2017, 09:03

http://www.azertag.net

811—820 / 10511

3 Mart 2022, 14:03

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli 2303 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

3 Mart 2022, 12:03

Ş.K.Seyidzadənin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

3 Mart 2022, 12:03

Ə.Ə.Ələkbərovun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

1 Mart 2022, 15:03

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında balıqçılıq sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 Mart 2022, 15:03

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

28 Fevral 2022, 11:02

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

28 Fevral 2022, 11:02

E.B.Mansurovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

25 Fevral 2022, 16:02

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

25 Fevral 2022, 16:02

“Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 may tarixli 1502 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

25 Fevral 2022, 16:02

“Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...