Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban Arif qızı Əliyevanın deputat səlahiyyətlərinə xitam verilməsi barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilmişdir.

 

Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən, Azərbaycan Respublikası Milli Məclisinin deputatı dövlət orqanlarında vəzifə tutduqda onun deputat səlahiyyətlərinə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 175.3-cü maddəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının qərarı ilə xitam verilir.

Həmin maddənin tələblərinə müvafiq olaraq Milli Məclisin deputatı M.A.Əliyeva 2017-ci il martın 3-də yazılı ərizə ilə Mərkəzi Seçki Komissiyasına müraciət edərək ölkə Prezidentinin 2017-ci il 21 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi ilə əlaqədar deputat səlahiyyətlərinə xitam verilməsini xahiş etmişdir.

Beləliklə, qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı M.A.Əliyevanın deputat səlahiyyətlərinə xitam verilməsi üçün əsaslar yaranmışdır.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək və Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.14-cü, 28.2-ci, 28.4-cü, 175.3-cü və 176.3-cü maddələrinə uyğun olaraq qərara alır:

 

1. Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban Arif qızı Əliyevanın deputat səlahiyyətlərinə xitam verilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                       Məzahir Pənahov

Katib                      Arifə Muxtarova

Katib                      Mikayıl Rəhimov

7 Mart 2017, 09:03

http://www.azertag.net

441—450 / 10511

7 Sentyabr 2022, 14:09

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğaldan azad olunmuş ərazilərinin yaşayış məntəqələrində (şəhər, kənd, qəsəbə) tikinti, təmir və bərpa işləri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

7 Sentyabr 2022, 14:09

Qarabağ iqtisadi rayonuna daxil olan Ağdam, Füzuli, Xocavənd və Tərtər rayonlarının işğaldan azad olunmuş ərazilərinin yaşayış məntəqələrində (şəhər, kənd, qəsəbə) tikinti, təmir və bərpa işləri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

6 Sentyabr 2022, 15:09

“Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 iyul tarixli 1756 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

6 Sentyabr 2022, 14:09

İ.H.Cəfərovun Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

30 Avqust 2022, 11:08

N.M.Abdullayevaya “Xalq artisti” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

30 Avqust 2022, 11:08

Özbəkistan Respublikasının mədəniyyət xadimlərinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

30 Avqust 2022, 08:08

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

30 Avqust 2022, 08:08

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

30 Avqust 2022, 08:08

“Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

26 Avqust 2022, 15:08

“Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...