8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarına təbrik

Hörmətli xanımlar!

 

Sizi Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram.

Azərbaycan qadınının tarixən cəmiyyətdə tutduğu mövqeyin, həyatımızın bütün sahələrində mühüm nailiyyətlərə yol açan və inkişafımızı təmin edən başlıca amil kimi müstəsna əhəmiyyəti vardır. Ötən əsrin ilk onilliklərində, dünyanın bir çox qabaqcıl ölkələrinin qadınlarından xeyli əvvəl seçib-seçilmək hüququ qazanan qadınlarımız zəngin ictimai-siyasi fəaliyyətləri sayəsində çoxsaylı müvəffəqiyyətlər əldə etmişlər. Bu ilin respublikamızda “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar xüsusi vurğulamaq lazımdır ki, mədəniyyətin, incəsənətin, elmin və təhsilin müxtəlif istiqamətləri üzrə müsəlman Şərqində qadınlar arasında ilk addımları məhz onlar atmışlar. Gənc xanımlarımızın nəsillərin mənəvi varisliyi prinsipini bu gün də qorumaqla özlərinin maarifpərvər sələflərinin ləyaqətli davamçılarına çevrilmələri sevindirici haldır.

Çoxəsrlik mədəni irsimizin təşəkkülündə misilsiz xidmətlərə malik Azərbaycan qadını dünyaya bəşər mədəniyyəti xəzinəsinin incilərini yaradan görkəmli ədiblər, tarixi şəxsiyyətlər, tanınmış elm və sənət adamları bəxş etmişdir. Milli varlığımızın ifadəsi olaraq əxlaqi-mənəvi sərvətlərimizin və mədəni-tarixi dəyərlərimizin, keçmişimizin ən mürəkkəb dövrlərində belə, qorunub yaşadılması bilavasitə onun adıyla bağlıdır.

Ana məfhumu minillərdən bəri xalqımızın təfəkküründə doğma yurdu, vətən torpağını və dilimizi təcəssüm etdirmişdir. Analarımız azərbaycançılıq məfkurəsinə sadiq layiqli övladların tərbiyəsi üçün üzərlərinə düşən vəzifənin öhdəsindən bu gün də şərəflə gəlirlər. İndi ürəyi ölkəmizə hədsiz sevgiylə dolu, vətəni ana qədər müqəddəs bilərək torpaqlarımızın hər qarışını qorumağa hazır olan, müstəqilliyimizlə yaşıd bir nəsil yetişmişdir. Bu, Azərbaycan qadınının müasir dövlətçiliyimizə ən böyük töhfəsidir.

İnanıram ki, yüksək mənəviyyatınız və qurub-yaratmaq əzminizlə siz cəmiyyətimizin həyatına bundan sonra da yeni çalarlar gətirərək daim yeniləşən ölkəmizin müstəqillik salnaməsinə parlaq səhifələr yazacaqsınız.

Dərin hörmət və ehtiramla,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 mart 2017-ci il.

7 Mart 2017, 09:03

http://www.azertag.net

2871—2880 / 10511

18 Aprel 2019, 08:04

“Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1529-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

18 Aprel 2019, 08:04

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1537-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

18 Aprel 2019, 08:04

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1538-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

17 Aprel 2019, 08:04

Masallı rayonunun Masallı–Köhnə Alvadı–Təzə Alvadı–Güllütəpə–Əmirtürbə–Yeni Zuvand avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

17 Aprel 2019, 08:04

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də və 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

17 Aprel 2019, 08:04

“Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

16 Aprel 2019, 08:04

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə   ətraflı...

16 Aprel 2019, 08:04

“Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 sentyabr tarixli 128 nömrəli Fərmanının ləğvi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

16 Aprel 2019, 08:04

“AzərbaycanRespublikasınınDövlətHimnindənistifadə qaydaları haqqında” AzərbaycanRespublikasının 2019-cuil 19 fevraltarixli 1512-VQnömrəliQanunununtətbiqibarədə AzərbaycanRespublikası PrezidentininFərmanı   ətraflı...

16 Aprel 2019, 08:04

“Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1511-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...