Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 25-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Gömrük Məcəlləsini “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 261-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

 

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 787; 2014, № 10, maddə 1155, № 11, maddə 1368; 2016, № 11, maddə 1791) aşağıdakı dəyişikliklər edilsin:

1. 4.1-ci maddəyə “Qanunundan,” sözündən sonra “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanunundan,” sözləri əlavə edilsin.

2. 224-cü maddə üzrə:

2.1. 224.1-ci maddəyə “Gömrük tarifi haqqında”,” sözlərindən sonra “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”,” sözləri əlavə edilsin;

2.2. 224.3-cü maddədə “Azərbaycan Respublikasının iqtisadi maraqlarının qorunması məqsədi ilə ixrac və idxal edilən” sözləri “Malların ixracını və idxalını operativ tənzimləmək məqsədi ilə bəzi” sözləri ilə əvəz edilsin və “xüsusi rüsumlar və” sözləri çıxarılsın;

2.3. aşağıdakı məzmunda 224.3-1-ci maddə əlavə edilsin:

“224.3-1. Azərbaycan Respublikasının iqtisadi maraqlarının qorunması məqsədi ilə idxal edilən mallara “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi, antidempinq və kompensasiya rüsumları tətbiq olunur.”.

3. 267.1.2-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 267.1.3-cü maddə əlavə edilsin:

“267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 fevral 2017-ci il.

3 Mart 2017, 09:03

http://www.azertag.net

6881—6890 / 10511

6 May 2016, 09:05

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında   ətraflı...

6 May 2016, 09:05

Y.Ə.Məmmədovun Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

5 May 2016, 10:05

“ASAN Kommunal” mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqqında   ətraflı...

5 May 2016, 10:05

Xaçmaz rayonunun Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında   ətraflı...

5 May 2016, 10:05

Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun təşkilində fərqlənmiş şəxslərin təltif edilməsi haqqında   ətraflı...

5 May 2016, 10:05

“Gəncə - 2016-cı il Avropa gənclər paytaxtı” layihəsinin açılış mərasiminin iştirakçılarına   ətraflı...

4 May 2016, 09:05

2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanması Qaydası haqqında   ətraflı...

4 May 2016, 09:05

2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası barədə   ətraflı...

4 May 2016, 09:05

Mərkəzi Seçki Komissiyasının 29 aprel 2016-cı il tarixli iclas protokolunun təsdiq edilməsi barədə   ətraflı...

4 May 2016, 09:05

Ağsu rayonunun Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında   ətraflı...