Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 25-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Gömrük Məcəlləsini “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 261-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
Azərbaycan Respublikasının Gömrük Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 787; 2014, № 10, maddə 1155, № 11, maddə 1368; 2016, № 11, maddə 1791) aşağıdakı dəyişikliklər edilsin:
1. 4.1-ci maddəyə “Qanunundan,” sözündən sonra “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanunundan,” sözləri əlavə edilsin.
2. 224-cü maddə üzrə:
2.1. 224.1-ci maddəyə “Gömrük tarifi haqqında”,” sözlərindən sonra “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”,” sözləri əlavə edilsin;
2.2. 224.3-cü maddədə “Azərbaycan Respublikasının iqtisadi maraqlarının qorunması məqsədi ilə ixrac və idxal edilən” sözləri “Malların ixracını və idxalını operativ tənzimləmək məqsədi ilə bəzi” sözləri ilə əvəz edilsin və “xüsusi rüsumlar və” sözləri çıxarılsın;
2.3. aşağıdakı məzmunda 224.3-1-ci maddə əlavə edilsin:
“224.3-1. Azərbaycan Respublikasının iqtisadi maraqlarının qorunması məqsədi ilə idxal edilən mallara “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi, antidempinq və kompensasiya rüsumları tətbiq olunur.”.
3. 267.1.2-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 267.1.3-cü maddə əlavə edilsin:
“267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2017-ci il.
3 Mart 2017, 09:034 Oktyabr 2017, 09:10
Azərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
4 Oktyabr 2017, 09:10
Azərbaycan Respublikasının təhsil işçilərinə fəxri adların verilməsi haqqında ətraflı...
4 Oktyabr 2017, 09:10
A.İ.Vəzirovanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında ətraflı...
4 Oktyabr 2017, 09:10
K.M.Abdullayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...
4 Oktyabr 2017, 09:10
Qobustan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
4 Oktyabr 2017, 09:10
Avropa çempionatında Azərbaycanın qadın voleybolçularının uğurlu iştirakı haqqında ətraflı...
3 Oktyabr 2017, 09:10
X.S.Abdullayevin Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında ətraflı...
22 Sentyabr 2017, 09:09
E.İ.Quliyevin “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
20 Sentyabr 2017, 10:09
A.P.Plemakova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...
20 Sentyabr 2017, 10:09
Azərbaycan Respublikasının neft sənayesi işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...