“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 467-VQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 467-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. iki ay müddətində:

1.2.1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin on ikinci hissəsinə uyğun olaraq, nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitin istifadə qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2.2. həmin Qanunun 53-cü maddəsinin birinci hissəsinə uyğun olaraq, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinin ünvanı göstərilməklə parklanma yerlərinin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.2.3. həmin Qanunun 53-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq, parklanma yerlərinin təşkili qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.2.4. həmin Qanunun 53-cü maddəsinin doqquzuncu hissəsinə uyğun olaraq, yerləşdiyi inzibati binaların ətrafında ödənişli parklanma yerlərinin təşkil edilməsi qadağan olunan dövlət orqanlarının siyahısını və həmin dövlət orqanlarının hər biri üçün ayrılıqda parklanma yerlərinin təşkilinin qadağan edilməsi radiusunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.2.5. həmin Qanunun 53-cü maddəsinin on ikinci hissəsinə uyğun olaraq, parklanma yerinin yerləşdiyi ərazi, parklanmanın müddəti və vaxtı nəzərə alınmaqla nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.2.6. həmin Qanunun 53-cü maddəsinin səkkizinci hissəsinə uyğun olaraq, fərdi parklanma talonlarının formasını, habelə onların verilməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi:

2.1. bu Fərmanın 3.2.3-cü yarımbəndinə uyğun olaraq müəyyən edilən yerlərdə sertifikatlaşdırılmış parkomatların və foto və ya videoqeydiyyat funksiyalarına malik olan xüsusi texniki vasitələrin quraşdırılmasını və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə inteqrasiya olunmasını 2017-ci il iyulun 1-dək təmin etsin;

2.2. parklanma qaydalarının pozulmasına dair inzibati xəta haqqında elektron protokollar barədə, habelə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin on doqquzuncu hissəsində nəzərdə tutulmuş müddətin bitməsinə 1 (bir) saat qalmasına dair məlumatların Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (bundan sonra – Dövlət Agentliyi) “ASAN ödəniş” sisteminə ötürülməsini təmin etsin;

2.3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 125.2.2-ci maddəsinə uyğun olaraq nəqliyyat vasitəsi istifadəçilərinin törədilən inzibati xəta barəsində, habelə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin on doqquzuncu hissəsində nəzərdə tutulmuş müddətin bitməsinə 1 (bir) saat qalmasına dair vaxtında məlumatlandırılmasını təmin etmək məqsədi ilə bütün nəqliyyat vasitələri istifadəçilərinin mobil telefon nömrələrinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə daxil edilməsini və Dövlət Agentliyinə təqdim olunmasını 2017-ci il iyulun 1-dək təmin etsin.

3. Dövlət Agentliyi bu Fərmanın 4.2-ci bəndinə uyğun olaraq “ASAN ödəniş” sisteminə daxil olan məlumatların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 125.2.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitələrinin istifadəçilərinə çatdırılması üçün tədbirlər görsün.

4. Yerli icra hakimiyyəti orqanları:

4.1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin yeddinci hissəsinin birinci cümləsinə uyğun olaraq parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən pulsuz parklanma yerlərinin ayrılmasını təmin etsinlər;

4.2. həmin Qanunun 53-cü maddəsinin yeddinci hissəsinin ikinci cümləsinə uyğun olaraq fərdi parklanma talonuna dair məlumatların Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürülməsini təmin etsinlər.

5. Müəyyən edilsin ki:

5.1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin on ikinci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

5.2. həmin Qanunun 53-cü maddəsinin birinci (ikinci halda), üçüncü, səkkizinci və doqquzuncu (hər iki halda) hissələrində, on ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

5.3. həmin Qanunun 53-cü maddəsinin ikinci hissəsində, on üçüncü hissəsinin birinci cümləsində, iyirmi beşinci hissəsində, 72-ci maddəsinin “Qeyd” hissəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;

5.4. həmin Qanunun 53-cü maddəsinin birinci hissəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

5.5. həmin Qanunun 53-cü maddəsinin yeddinci hissəsinin birinci cümləsində və üçüncü cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

5.6. həmin Qanunun 53-cü maddəsinin yeddinci hissəsinin üçüncü cümləsində (ikinci halda), on birinci hissəsində, on üçüncü hissəsinin ikinci cümləsində və on yeddinci hissəsində “müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi nəzərdə tutulur;

5.7. həmin Qanunun 53-cü maddəsinin on dördüncü hissəsində, on doqquzuncu hissəsinin birinci və ikinci cümlələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi nəzərdə tutulur.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 fevral 2017-ci il.

24 Fevral 2017, 09:02

http://www.azertag.net

6711—6720 / 10511

23 İyun 2016, 09:06

N.H.Əzizova “Əməkdar dövlət qulluqçusu” fəxri adının verilməsi haqqında   ətraflı...

23 İyun 2016, 09:06

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası   ətraflı...

23 İyun 2016, 09:06

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi   ətraflı...

23 İyun 2016, 09:06

Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında   ətraflı...

22 İyun 2016, 09:06

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 262-VQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli və 2015-ci il 14 iyul tarixli 557 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında   ətraflı...

22 İyun 2016, 09:06

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

22 İyun 2016, 09:06

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 279-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

22 İyun 2016, 09:06

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

22 İyun 2016, 09:06

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında   ətraflı...

20 İyun 2016, 09:06

Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşlarına “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında   ətraflı...