Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında 2016-cı il dekabrın 13-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İsrail Dövləti Hökumətinə bildiriş göndərsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral 2017-ci il.
24 Fevral 2017, 09:02
24 Dekabr 2012, 21:12
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası ətraflı...