Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması QAYDASI
Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 20 fevral tarixli Fərmanı ilə
təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 165.4-cü maddəsinə uyğun olaraq, ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) geri qaytarılması qaydasını tənzimləyir.
1.2. Bu Qaydanın tələbləri, bu Qaydanın 1.3-cü bəndində göstərilən mallar istisna olmaqla, yalnız istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan və ticarət festivalları dövründə alınmış istehlak mallarına şamil edilir.
1.3. Bu Qayda aşağıdakı mallara şamil edilmir:
1.3.1. aksizli mallar;
1.3.2. ərzaq malları;
1.3.3. dərman preparatları və tibbi ləvazimatlar;
1.3.4. ölkə daxilində satışı ƏDV-dən azad edilən mallar;
1.3.5. çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlar;
1.3.6. külçə şəklində qiymətli metallar;
1.3.7. nəqliyyat vasitələri və onların ehtiyat hissələri.
1.4. Bu Qayda bir elektron vergi hesab-fakturası üzrə malların dəyəri (ƏDV ilə birlikdə) 100 manatdan çox olduğu hallarda tətbiq edilir.
1.5. ƏDV-nin alıcıya qaytarılması nağd ödəniş və ya bank kartına (və ya hesabına) köçürmə yolu ilə həyata keçirilir.
1.6. Operatorun göstərdiyi xidmətlərə görə alıcıya ödəniləcək ƏDV məbləğindən 20 faiz həcmində xidmət haqqı tutulur. Xidmət haqqı vergi orqanlarının büdcədənkənar gəlirlərinə aid edilməklə, bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün istifadə edilir.
1.7. Ticarət festivalı dövründə alınmış mallara görə ödənilmiş ƏDV həmin malların alındığı gün ərzində müvəkkil bank tərəfindən qaytarılır. Alınmış mallara görə ödənilmiş ƏDV-nin malların alındığı gündən sonrakı günlərdə qaytarılmasına yol verilmir.
1.8. Azərbaycan Respublikasında ticarət festivalları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müəyyən etdiyi qaydada təşkil olunur.
2. Əsas anlayışlar
2.0. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.0.1. fiziki şəxs - Azərbaycan Respublikasının vətəndaşı, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxs;
2.0.2. alıcı – istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları Azərbaycan Respublikasının ərazisində alan, bu Qaydanın 2.0.1-ci bəndində nəzərdə tutulan şəxs;
2.0.3. satıcı – ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərtilə satış həyata keçirmək üçün qeydiyyata alınan ƏDV ödəyicisi;
2.0.4. operator – ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən elektron vergi hesab-fakturalarının (bundan sonra – e-VHF) tərtib edilməsinə, həmin e-VHF-lər barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının və vahid məlumat bazasının fəaliyyətini təşkil və idarə edən dövlət orqanı;
2.0.5. stiker – xüsusi hazırlanmış yapışqanlı kağız etiket;
2.0.6. risk – vergi qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsi ehtimalı;
2.0.7. risk qiymətləndirmə sistemi – məlumatların toplanması, məlumat bazasının yenilənməsi, risklərin təhlili, müvafiq proseslər və onların nəticələrinin mütəmadi monitorinqi yolu ilə risklərin müəyyən edilməsi, onların təhlükəlilik ehtimalının və dövlətin iqtisadi, sosial və digər maraqlarına dəyəcək ziyanın dərəcəsinin qiymətləndirilməsi;
2.0.8. vahid məlumat bazası – operator tərəfindən idarə olunan, bu Qaydada nəzərdə tutulmuş hallarda alıcılara ticarət festivalları dövründə alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün zəruri məlumatların inteqrasiya olunduğu vahid sistem;
2.0.9. ƏDV köşkü – ticarət festivalı dövründə alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılmasının rəsmiləşdirilməsi məqsədilə operator tərəfindən xüsusi yaradılmış köşk;
2.0.10. müvəkkil bank – Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəyi nəzərə alınmaqla və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmaqla operator tərəfindən müəyyən edilən müvəkkil bank və ya banklar.
3. Satıcının qeydiyyatı
Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərtilə satış həyata keçirmək üçün vergi ödəyicilərinin qeydiyyatının aparılması Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə müəyyən edilmiş qaydada həyata keçirilir.
4. Operator
4.1. Operatorun səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.
4.2. Operator:
4.2.1. bu Qayda ilə müəyyən edilmiş hallarda malların satışının rəsmiləşdirilməsi və əlavə dəyər vergisinin qaytarılması işlərini təşkil edir;
4.2.2. aşağıdakı tələblərə cavab verən proqram təminatının və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini təmin edir:
1. ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilmiş mallar üzrə e-VHF-nin tərtib edilməsi, ştrix-kodla birlikdə çap edilməsi və həmin e-VHF-lər barədə məlumatların aidiyyəti üzrə ötürülməsi;
2. alıcı tərəfindən ƏDV köşkündə təqdim edilən e-VHF-nin ştrix-kodu əsasında e-VHF-nin məlumatlarının eyniləşdirilməsi;
4.2.3. proqram təminatının daim işlək vəziyyətdə saxlanılmasını və fasiləsiz fəaliyyətini təmin edir;
4.2.4. alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılmasının rəsmiləşdirilməsi məqsədilə ƏDV köşklərinin fəaliyyətini təşkil edir və onların sayı, ünvanı və iş qrafikini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırmaqla, ƏDV-nin bu Qaydanın 1.7-ci bəndində müəyyən edilmiş müddətdə qaytarılması imkanını təmin edir;
4.2.5. ƏDV köşkündə risk qiymətləndirilməsinin nəticəsindən asılı olaraq mallara baxış keçirir;
4.2.6. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə stikerin formasını və tətbiqi qaydasını müəyyən edir.
5. Malların satışının rəsmiləşdirilməsi
5.1. Ticarət festivalı dövründə alıcı aldığı malların dəyərini ödəmək məqsədilə ödəniş nöqtəsinə yaxınlaşdıqda satıcı ondan ƏDV-nin qaytarılması hüququndan istifadə etmək barədə istəyinin olub-olmadığını dəqiqləşdirir. Alıcı ƏDV-nin qaytarılması hüququndan istifadə etmək istədikdə, satıcı ona bu Qaydanın tələbləri barədə ümumi məlumat verir.
5.2. Alıcı əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda satıcı ona bu Qaydanın tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın tələbləri barədə ümumi məlumat verir. Alıcı qismində iştirak edən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs seçiminə uyğun olaraq, aldığı mallara görə ödənilmiş ƏDV-nin bu Qaydanın tələbləri və ya “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın tələbləri çərçivəsində qaytarılmasını tələb edə bilər.
5.3. Alıcı tərəfindən ƏDV-nin qaytarılması hüququndan istifadə etmək istəyi bildirildikdən sonra satıcı aşağıdakı məlumatları özündə əks etdirən e-VHF-ni Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında elektron vergi hesab-faktura sistemi vasitəsilə tərtib edir və həmin məlumatları real vaxt rejimində vahid məlumat bazasına ötürür:
5.3.1. e-VHF-nin seriyası, nömrəsi və tarixi;
5.3.2. satıcının adı, soyadı, təsərrüfat subyektinin ünvanı və VÖEN-i;
5.3.3. alıcının adı və soyadı;
5.3.4. alıcının şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsi;
5.3.5. alıcının vətəndaşı olduğu ölkənin adı (vətəndaşlığı olmayan şəxsin gəldiyi ölkənin adı);
5.3.6. satılmış malın adı, miqdarı, vahidinin qiyməti və həmin qiymətin tərkibindəki ödənilmiş ƏDV-nin məbləği;
5.3.7. həmin e-VHF üzrə alınmış mala görə ödənilmiş ƏDV-nin qaytarılacağı son tarix;
5.3.8. alıcının bank kartının (və ya hesabının) rekvizitləri – alıcının istəyi əsasında;
5.3.9. operatorun və müvəkkil bankın əlaqə məlumatları və rekvizitləri;
5.3.10. satıcının təsərrüfat subyektinə ən yaxın ƏDV köşkünün ünvanı.
5.4. E-VHF ştrix-kod əks olunmaqla iki nüsxədə çap edilir və hər iki nüsxə alıcıya təqdim olunur. E-VHF satıcının imzası və mərkəzində bu əməliyyatların ƏDV-nin qaytarılması şərtilə həyata keçirildiyinə dair təsdiqedici qeyd olan möhürlə təsdiqlənməklə təqdim edilir. E-VHF-nin formasını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
5.5. Satış nöqtəsində texniki nasazlıq yaranması səbəbindən e-VHF-nin tərtibi və çapı mümkün olmadıqda, satıcı tərəfindən mətbəədə çap edilmiş ciddi hesabat blankı olan vergi hesab-fakturası 3 nüsxədə tərtib edilir və bu Qaydanın 5.4-cü bəndinə uyğun olaraq təsdiqlənir. Onun bir nüsxəsi satıcıda qalır, digər iki nüsxəsi isə alıcıya verilir.
5.6. Satıcı tərəfindən texniki nasazlıq bərpa olunduqdan dərhal sonra aparılmış əməliyyatlar üzrə, bu Qaydanın 5.3-cü bəndinə uyğun olaraq, e-VHF tərtib edilir və həmin məlumatlar real vaxt rejimində vahid məlumat bazasına ötürülür.
6. ƏDV-nin qaytarılması
6.1. Alıcı tərəfindən ticarət festivalı dövründə alınmış mallar üzrə ödənilmiş ƏDV-nin qaytarılması məqsədilə ƏDV köşkündə aşağıdakı ardıcıllıqla tədbirlər həyata keçirilir:
6.1.1. alıcı mallara dair e-VHF-ni ƏDV köşkündə vergi orqanının əməkdaşına təqdim edir;
6.1.2. e-VHF-nin məlumatları vergi orqanı tərəfindən vahid məlumat bazasında eyniləşdirildikdən sonra avtomatik risk qiymətləndirməsi aparılır;
6.1.3. risk qiymətləndirməsinin nəticələri əsasında mallara vergi orqanının əməkdaşı tərəfindən baxılmalı olub-olmadığı proqram təminatı vasitəsilə açıqlanır. Mallara baxışın keçirilməsi tələb edildiyi halda alıcı həmin malları baxışın keçirilməsi məqsədilə vergi orqanının əməkdaşına təqdim edir. Vergi orqanının əməkdaşı təqdim edilmiş mallarla vahid məlumat bazasına daxil edilmiş məlumatların uyğunluğunu yoxlayır, yoxlamanın nəticələrinə uyğun olaraq, alıcıya qaytarılacaq ƏDV məbləği barədə alıcının təqdim etdiyi e-VHF-də təsdiq qeydi aparır, onu möhürlə təsdiq etməklə alıcıya təqdim edir və vahid məlumat bazasında e-VHF-ni təsdiq etməklə bu barədə məlumatı real vaxt rejimində müvəkkil banka ötürür;
6.1.4. risk qiymətləndirməsinin nəticələri əsasında alıcıdan malları baxış üçün təqdim etmək tələb olunmadıqda, qaytarılacaq ƏDV-nin yekun məbləğini əks etdirən e-VHF vergi orqanının əməkdaşı tərəfindən möhürlə təsdiq olunur və bu barədə məlumatlar real vaxt rejimində müvəkkil banka ötürülür.
6.2. Bu Qaydanın 5.4-cü bəndində nəzərdə tutulan halda vergi orqanının əməkdaşı e-VHF-nin satıcı tərəfindən sistemə daxil edilib-edilmədiyini yoxlayır. Məlumatlar sistemə daxil edildiyi halda bu Qaydanın 6.1.2–6.1.4-cü yarımbəndlərində göstərilən tədbirlər həyata keçirilir. Məlumatlar sistemə daxil edilmədiyi halda vergi orqanının əməkdaşı həmin e-VHF-nin seriya və nömrəsi əsasında bu Qaydanın 5.6-cı bəndində göstərilən tədbirləri həyata keçirir. Bu zaman vergi orqanının əməkdaşı tərəfindən e-VHF-də göstərilən malların faktiki mövcudluğu yoxlanılır, ona uyğun olaraq e-VHF hər iki nüsxədə ƏDV-nin yekun məbləği əks etdirilməklə təsdiq olunur və bu barədə məlumat real vaxt rejimində müvəkkil banka ötürülür.
6.3. E-VHF-nin bir nüsxəsi vergi orqanında saxlanılır, digər nüsxəsi isə alıcıya qaytarılır.
6.4. Alıcı ƏDV köşkündə yoxlamadan keçdikdən sonra müvəkkil bank vergi orqanı tərəfindən möhürlə təsdiq olunmuş e-VHF-yə əsasən qaytarılmalı olan ƏDV məbləğini alıcının istəyinə uyğun olaraq bu Qaydanın 1.7-ci bəndində müəyyən edilmiş müddətdə milli valyutada nağd ödəniş və ya 10 iş günündən gec olmayaraq milli valyutada (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə milli və ya xarici valyutada) bank kartına (və ya hesabına) köçürmə qaydasında qaytarır.
6.5. Alıcının istəyinə uyğun olaraq ƏDV-nin qaytarılması bank kartına (və ya hesabına) köçürmə qaydasında həyata keçirildiyi təqdirdə, alıcı vergi orqanı tərəfindən təsdiqlənmiş, bu Qaydanın 5.3.8-ci yarımbəndində nəzərdə tutulan məlumatları əks etdirən e-VHF-nin bir nüsxəsini ƏDV köşkündə bu məqsəd üçün yaradılmış xüsusi qutuya atır.
6.6. Bu Qaydanın 6.5-ci bəndində nəzərdə tutulan e-VHF-lər müvəkkil bank tərəfindən vahid məlumat bazasında təsdiq edilir və qaytarılmalı vəsait alıcının göstərdiyi bank kartına (və ya hesabına) köçürülür.
6.7. ƏDV məbləği alıcının bank kartına (və ya hesabına) köçürülən zaman xarici valyuta ekvivalenti müəyyən edilərkən, müvəkkil bankın ƏDV-nin qaytarıldığı tarixə müəyyən etdiyi məzənnə əsas götürülür.
6.8. Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bu Qaydanın 1.6-cı bəndində göstərilən və bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir.
6.9. Müvəkkil bank ticarət festivalı dövründə bu Qaydaya əsasən qaytarılmış ƏDV məbləği barədə məlumatı bu Qaydanın 1.7-ci bəndində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra 5 iş günü müddətində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə təqdim edir.
6.10. Azərbaycan Respublikasının Vergilər Nazirliyi bu Qaydanın 6.9-cu bəndində nəzərdə tutulan məbləğə dair rəyini həmin bənddə nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra 5 iş günü müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.
6.11. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qaydanın 6.10-cu bəndində nəzərdə tutulmuş rəy daxil olduqdan sonra 3 iş günü müddətində həmin məbləğin müvəkkil banka köçürülməsini Azərbaycan Respublikası Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan ƏDV üzrə faktiki mədaxilin həmin məbləğ həddində azaldılması hesabına təmin edir.
6.12. Alıcı aldığı malı geri qaytardıqda, satıcı alıcıya təqdim etdiyi e-VHF-nin kağız daşıyıcıda olan nüsxələrini geri alır və elektron məlumat bazasında həmin e-VHF-ni ləğv etməklə müvafiq qeydlər aparır. Alıcı ƏDV-ni geri aldıqdan sonra malı qaytararsa, satıcı malın ƏDV-siz dəyərini alıcıya qaytarır.
21 Fevral 2017, 09:02
4 Avqust 2022, 12:08
“Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının mühafizə rejimi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ətraflı...
4 Avqust 2022, 12:08
“Turizm Reyestrinin aparılma Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 yanvar tarixli 16 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ətraflı...
3 Avqust 2022, 16:08
Azərbaycan Respublikası Prezidentinin “Tikinti sahəsində qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” 2017-ci il 28 aprel tarixli 1349 nömrəli, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 649-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2017-ci il 18 may tarixli 1415 nömrəli, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 5 avqust tarixli 1569 nömrəli, “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 fevral tarixli 1816 nömrəli, “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formaları və onların təqdim edilməsi Qaydası”nın və “Dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışının təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 15 may tarixli 72 nömrəli və “Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” 2018-ci il 16 iyul tarixli 205 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
3 Avqust 2022, 16:08
Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 30 avqust tarixli 187 nömrəli, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 29 yanvar tarixli 22 nömrəli və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 416-IVQD nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 4 sentyabr tarixli 698 nömrəli fərmanlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
3 Avqust 2022, 16:08
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa və "Atçılıq haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2009-cu il 21 dekabr tarixli 192 nömrəli, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 470-VQD nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 25 yanvar tarixli 1211 nömrəli, “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 19 aprel tarixli 1341 nömrəli və “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 16 iyun tarixli 1460 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
3 Avqust 2022, 14:08
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015–2020-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında” 2015-ci il 23 dekabr tarixli 1645 nömrəli, “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 17 mart tarixli 2760 nömrəli, “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 28 iyun tarixli 260 nömrəli, “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 noyabr tarixli 711 nömrəli sərəncamlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
3 Avqust 2022, 14:08
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2016-cı il 23 dekabr tarixli 1171 nömrəli, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 23 dekabr tarixli 1175 nömrəli və “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2017-ci il 21 yanvar tarixli 1205 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
3 Avqust 2022, 14:08
Azərbaycan Respublikası Prezidentinin “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli 107-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 797 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2016-cı il 20 aprel tarixli 877 nömrəli, “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 12 iyul tarixli 985 nömrəli və “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 447-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 14 dekabr tarixli 1158 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
3 Avqust 2022, 14:08
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 14 fevral tarixli 906-IVQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 6 may tarixli 696 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2014-cü il 6 mart tarixli 120 nömrəli, “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2014-cü il 16 aprel tarixli 152 nömrəli, “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” 2015-ci il 5 fevral tarixli 453 nömrəli və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2015-ci il 18 mart tarixli 487 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
3 Avqust 2022, 14:08
Azərbaycan Respublikası Prezidentinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 826-IVQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2013-cü il 10 dekabr tarixli 43 nömrəli və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 880-IVQD nömrəli Qanununun tətbiqi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2014-cü il 3 fevral tarixli 101 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...