Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 697, № 12, maddə 1085; 2010, № 5, maddə 382; 2016, № 6, maddə 996) ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın “III SİYAHI Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər” fəsli aşağıdakı redaksiyada verilsin:
“III SİYAHI
Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər
Bitkilərin adı |
Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin miqdarı |
|
xeyli miqdar |
külli miqdar (daxil olmaqla aşağı hədləri) |
|
Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər: 1. tiryək xaşxaşı, yağlı xaşxaşın digər növləri
2. çətənə növlü bitkilər |
2-10 ədəd
3-15 ədəd |
11 ədəd
16 ədəd
|
Yetişdirmək məqsədilə qanunsuz becərilməsi təşkil edilmiş, çoxillik xaşxaşın və yabanı bitmiş çətənənin kol-kosları |
3-50 ədəd |
51 ədəd |
Azərbaycan Respublikasının ərazisində iqlim şəraitinə görə bitməyən və kultivasiyası qadağan olunan bitkilər: 1. kokain kolu 2. kat |
1 ədəd 2ədəd |
2 ədəd 3 ədəd |
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2017-ci il.
21 Fevral 2017, 09:029 Mart 2017, 09:03
A.Q.Babayevin Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü təyin edilməsi haqqında ətraflı...
9 Mart 2017, 09:03
V.Ə.Xubanovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü təyin edilməsi haqqında ətraflı...
9 Mart 2017, 09:03
A.S.Quliyevin Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü təyin edilməsi haqqında ətraflı...
9 Mart 2017, 09:03
Azərbaycan Respublikası Milli Məclisi komitəsinin üzvünün seçilməsi haqqında ətraflı...
7 Mart 2017, 09:03
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
7 Mart 2017, 09:03
Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban Arif qızı Əliyevanın deputat səlahiyyətlərinə xitam verilməsi barədə ətraflı...
7 Mart 2017, 09:03
8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarına təbrik ətraflı...
7 Mart 2017, 09:03
L.Y.Reyxrudelin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
7 Mart 2017, 09:03
T.M.Mütəllimova “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında ətraflı...
6 Mart 2017, 09:03
Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında ətraflı...