“Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanununu “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

 

“Nəşriyyat işi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 581; 2002, № 12, maddə 709; 2004, № 7, maddə 505; 2007, № 10, maddə 938; 2008, № 5, maddə 343; 2013, № 5, maddə 483) 17-ci maddəsinin mətni aşağıdakı redaksiyada verilsin:

“17.1. Mülkiyyət formasından asılı olmayaraq reklam yayıcısı nəşriyyat məhsullarındakı reklam yerinin ən azı səkkiz faizini sosial reklam üçün ayırmağa borcludur.

17.2. Reklam xarakteri daşımayan dövri mətbu nəşrlərdə yerləşdirilən reklam müvafiq olaraq “reklam” və ya “reklam hüququ ilə” qeydləri edilməklə verilməlidir. Bu cür nəşrlərdə yerləşdirilən reklam dövri mətbu nəşrin ümumi həcminin 30 faizindən çox olmamalıdır (dövri mətbu nəşrin üz və arxa qabığında, qəzetlərin birinci səhifəsində verilən reklam istisna olmaqla).

17.3. Yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş mətbu nəşrlərdə alkoqollu içkilərin, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş dövri mətbu nəşrlərdə, həmçinin onlara aid olmayan əmtəələrin reklamı yerləşdirilə bilməz.

17.4. Dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərdə, albomda, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilməz.

17.5. Dövri mətbu nəşrin üz və arxa qabığında, internet informasiya ehtiyatlarının ön səhifəsində tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamı yerləşdirilə bilməz.

17.6. Dövri mətbu nəşrlərdə yayımlanan elanlarda (anonslarda) əmtəə nişanının, reklamvericinin, sponsorun adının və loqosunun yerləşdirilməsi reklam hesab olunur.

17.7. Audiovizual məhsulların qabının üzərində “reklamla”, yaxud “reklamsız” qeydləri olmalıdır.

17.8. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmtəənin bazarda satılması məqsədi daşımayan və sosial reklam olmayan redaksiya-nəşr materiallarına həmin Qanunun tələbləri şamil olunmur.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 dekabr 2016-cı il.

20 Fevral 2017, 09:02

http://www.azertag.net

8361—8370 / 10511

8 İyun 2015, 09:06

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

8 İyun 2015, 09:06

Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında   ətraflı...

8 İyun 2015, 09:06

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 fevral tarixli 532 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə   ətraflı...

8 İyun 2015, 09:06

Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında 2000-ci il 1 iyun tarixli Sazişdə dəyişikliklər edilməsi və onun qüvvədəolma müddətinin uzadılması haqqında Protokolun təsdiq edilməsi barədə   ətraflı...

8 İyun 2015, 09:06

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə   ətraflı...

8 İyun 2015, 09:06

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə   ətraflı...

8 İyun 2015, 09:06

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə   ətraflı...

8 İyun 2015, 09:06

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə   ətraflı...

8 İyun 2015, 09:06

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1267-IVQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

8 İyun 2015, 09:06

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...