Cövdət Hacıyevin 100 illik yubileyinin keçirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2017-ci ildə görkəmli Azərbaycan bəstəkarı, tanınmış ictimai xadim və pedaqoq, SSRİ Dövlət mükafatları laureatı, xalq artisti, professor Cövdət Hacıyevin (Əhməd Cövdət İsmayıl oğlu Hacıyevin) anadan olmasının 100 illiyi tamam olur.

 

Milli simfonizmin banilərindən biri Cövdət Hacıyev Azərbaycanın zəngin musiqi mədəniyyəti tarixində şərəfli yer tutmuş böyük şəxsiyyətlərdəndir. Onun milli və dünya musiqi sənəti ənənələrinin novatorcasına vəhdətində insanın mənəvi gözəlliyini tərənnüm edən yaradıcılığı daim özünün yüksək vətəndaşlıq qayəsi və dərin estetik məzmunu ilə səciyyələnmişdir. Ustad sənətkar ölkəmizdə professional bəstəkarlıq məktəbi üçün yeni musiqiçilər nəslinin hazırlanması sahəsində də təqdirəlayiq fəaliyyət göstərmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan milli bəstəkarlıq sənətinin inkişafı naminə mühüm xidmətlər göstərmiş xalq artisti Cövdət Hacıyevin 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, Cövdət Hacıyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 7 fevral 2017-ci il.

8 Fevral 2017, 09:02

http://www.azertag.net

10221—10230 / 10511

7 Mart 2014, 09:03

“Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 14 fevral tarixli 907-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

7 Mart 2014, 09:03

“Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

7 Mart 2014, 09:03

“Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsindəəməkdaşlıq üzrə Dövlətlərarası Şuranın yaradılması haqqında” 1999-cu il 4 iyun tarixli Sazişəəlavə və dəyişikliklər edilməsi barədə” 2013-cü il mayın 31-də Minsk şəhərində imzalanmış Protokolun təsdiq edilməsi haqqında   ətraflı...

7 Mart 2014, 09:03

2014-cü il yanvarın 14-də Paris şəhərində imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Fransa Respublikasının müdafiə naziri arasında müdafiə sahəsindəəməkdaşlıq haqqında Texniki Anlaşma”nın təsdiq edilməsi barədə   ətraflı...

7 Mart 2014, 09:03

2014-cü il yanvarın 24-də Paris şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Gənc Peşəkar Əməkdaş (GPƏ) Proqramının təşkili haqqında Saziş”in təsdiq edilməsi barədə   ətraflı...

7 Mart 2014, 09:03

“Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 3 fevral tarixli 898-IVQ nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

7 Mart 2014, 09:03

Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında   ətraflı...

7 Mart 2014, 09:03

Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında   ətraflı...

7 Mart 2014, 09:03

Azərbaycan qadınlarının bir qrupunun təltif edilməsi haqqında   ətraflı...

7 Mart 2014, 09:03

E.B. Hüseynovun Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında   ətraflı...