Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

 

Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddə 1247, 1249, № 10, maddə 1608; Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 341-VQD, 346-VQD, 353-VQD, 355-VQD, 359-VQD, 361-VQD nömrəli qanunları) aşagıdakı dəyişikliklər edilsin:

1.1. 122.1-ci maddədə “346.3,” rəqəmlərindən sonra “346-1.1, 346-1.5,” rəqəmləri əlavə edilsin;

1.2. 124-cü maddə üzrə:

1.2.1. 124.5-ci maddənin birinci cümləsində “yanında deyilsə” sözləri “yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda” sözləri ilə əvəz edilsin;

1.2.2. 124.6-cı maddənin birinci cümləsində “və ya 346.2-ci” sözləri “346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü” sözləri ilə əvəz edilsin və “və nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılması mümkün olmadığı” sözləri çıxarılsın;

1.2.3. 124.5-ci maddəyə aşağıdakı məzmunda qeyd hissəsi əlavə edilsin:

“Qeyd: Bu Məcəllənin 124.5-ci maddəsində “yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallar” dedikdə dayanma və ya durma qaydalarını pozmuş nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmamasının tıxac yaranmasına və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətini mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olduğu hallar başa düşülür.

1.3. Aşağıdakı məzmunda 127-2-ci maddə əlavə edilsin:

“Maddə 127-2. Parklanmaya görə ödənişin edilməməsi və ya parklanma yerindən ödəniş edilmış müddətdən artıq istifadə üçün əlavə ödənişin edilməməsi, habelə nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılması ilə əlaqədar inzibati xəta hadisəsi parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası

127-2.1. Bu Məcəllənin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə elektron protokol parklanma yerlərində quraşdırılmış parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilir. Bütün parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında həmin mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir.

127-2.2. Parklanma yerlərində quraşdırılmış parkomat və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanına, parklanma müddətinə (parklanma yerinə daxil olması və oranı tərk etməsinə) və parklanmaya görə edilmiş və ya edilməmiş ödənişlərə, habelə 24 saatdan artıq müddətdə parklanma yerində saxlanılan nəqliyyat vasitələrinə dair məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür.

127-2.3. Bir parklanma üçün müəyyən edilmiş 24 saatlıq parklanma müddətinin bitməsinə 1 saat qalmış nəqliyyat vasitəsinin istifadəçisinə bu Məcəllənin 125.2.2-ci maddəsinə uyğun olaraq məlumat verilir.

127-2.4. Bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə bu Məcəllənin 122.1-ci maddəsinə uyğun olaraq elektron protokol tərtib edildikdən sonra həmin nəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının ən yaxın mühafizə olunan duracağına aparılması üçün bu barədə məlumat müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının yol hərəkəti təhlükəsizliyinə nəzarət edən əməkdaşına ötürülür. Bu cür nəqliyyat vasitələrinin yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən müvafiq icra hakimiyyəti orqanının ən yaxın mühafizə olunan duracağına aparılması təmin edilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir.

127-2.5. Bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi inzibati cəriməni (müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla) və nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirilməsi və orada saxlanılması üçün haqqı həmin yerdə bank və ya ödəmə terminalı vasitəsilə ödəyə bilər. Bu halda nəqliyyat vasitəsi dərhal onun istifadəçisinə qaytarılır.

127-2.6. Müvafiq icra hakimiyyəti orqanı inzibati cəriməni və nəqliyyat vasitəsinin mühafizə olunan duracaqda saxlanılması üçün haqqı həmin duracaqda bank və ya ödəmə terminalı vasitəsilə ödəmək üçün şərait yaratmalıdır.”.

1.4. 322.0.7-ci maddədə “görə -” sözü nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 322.0.8-ci maddə əlavə edilsin:

“322.0.8. taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durmasına görə -”.

1.5. 342.1.10-cu maddədə “görə -” sözü nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 342.1.11-ci maddə əlavə edilsin:

“342.1.11. “əlil” tanınma nişanından qanunsuz istifadə edilməsinə görə -”

1.6. Aşağıdakı məzmunda 346-1-ci maddə əlavə edilsin:

“Maddə 346-1. Parklanma qaydalarının pozulması

346-1.1. Nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmış müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə -

on manat məbləğində cərimə edilir.

346-1.2. Nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmasına görə -

on manat məbləğində cərimə edilir.

346-1.3. Əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə -

on manat məbləğində cərimə edilir.

346-1.4. Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə -

on manat məbləğində cərimə edilir.

346-1.5. Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə -

iyirmi manat məbləğində cərimə edilir.”.

Maddə 2. Keçid müddəaları

2.1. Bu Qanun (bu Qanunla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilmiş 127-2.3-cü maddə istisna olmaqla) 2017-ci il iyulun 1-dən qüvvəyə minir.

2.2. Bu Qanunla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə yeni əlavə edilmiş 127-2.3-cü maddə 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 dekabr 2016-cı il.

6 Fevral 2017, 09:02

http://www.azertag.net

9921—9930 / 10511

5 İyun 2014, 14:06

"Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

5 İyun 2014, 14:06

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 avqust tarixli 95 nömrəli qərarı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 aprel tarixli 81 nömrəli qərarında dəyişiklik edilməsi barədə   ətraflı...

5 İyun 2014, 14:06

"Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarında dəyişiklik edilməsi barədə   ətraflı...

5 İyun 2014, 14:06

"Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları"nın və "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 29 avqust tarixli 235 nömrəli qərarında dəyişiklik edilməsi barədə   ətraflı...

5 İyun 2014, 14:06

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 26 sentyabr tarixli 157 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vergi orqanlarında istifadə olunan xüsusi vasitələrin, xidməti silah və onlar üçün Sursatın siyahısı"nda dəyişikliklər edilməsi barədə   ətraflı...

5 İyun 2014, 14:06

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 21 noyabr tarixli 274 nömrəli qərarında dəyişiklik edilməsi haqqında   ətraflı...

5 İyun 2014, 14:06

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 aprel tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş "İxtira və sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması Qaydaları"nda dəyişikliklər edilməsi haqqında   ətraflı...

5 İyun 2014, 14:06

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 155 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya şurası haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə   ətraflı...

5 İyun 2014, 14:06

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 fevral tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş "Patent müvəkkilləri haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə   ətraflı...

5 İyun 2014, 14:06

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 17 oktyabr tarixli 306 nömrəli qərarı ilə təsdiq edilmiş "Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası"nda dəyişiklik edilməsi barədə   ətraflı...