Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki qüvvə, xüsusi vasitələr və xidməti silah tətbiq etmək hüququ olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin Siyahısı”nda dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 956 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 561; 2014, № 7, maddə 792) ilə təsdiq edilmiş “Fiziki qüvvə, xüsusi vasitələr və xidməti silah tətbiq etmək hüququ olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.2.1-ci yarımbənddə “rəisi və rəis müavinləri” sözləri “baş direktoru və onun müavinləri” sözləri ilə əvəz edilsin;
1.2. aşağıdakı məzmunda 1.2.4-1-ci yarımbənd əlavə edilsin:
“1.2.4-1. kriminalistika və uçot bölməsinin rəisi;”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2017-ci il.
2 Fevral 2017, 09:023 Mart 2016, 09:03
Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
3 Mart 2016, 09:03
H.İ.Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...
3 Mart 2016, 09:03
İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası ətraflı...
3 Mart 2016, 09:03
İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə ətraflı...
2 Mart 2016, 09:03
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
2 Mart 2016, 09:03
Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında ətraflı...
2 Mart 2016, 09:03
U.Ə.Quliyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...
2 Mart 2016, 09:03
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında ətraflı...
2 Mart 2016, 09:03
Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
2 Mart 2016, 09:03
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli 102-VQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...