"Gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi Qaydaları"nın təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 89

Bakı şəhəri, 19 mart 2014-cü il

"Gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi Qaydaları"nın təsdiq edilməsi barədə

   "Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.2.12-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  "Gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

 Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmişdir

Gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi

Q A Y D A L A R I

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 327.2-ci maddəsinə əsasən hazırlanmışdır və gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş (bundan sonra - müsadirə edilmiş), habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalar yalnız aşağıdakı mallara və nəqliyyat vasitələrinə (bundan sonra ‑ mallar) şamil edilir:

1.2.1. müsadirə edilmiş mallara;

1.2.2. şəxsin dövlətin xeyrinə imtina etdiyi xarici və son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara.

1.3. Müsadirə edilmiş və ya şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar müvafiq olaraq, gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin və ya mallardan dövlət xeyrinə imtina edilməsi üçün icazənin verilməsinə dair gömrük orqanının qərarı qüvvəyə mindiyi gündən dövlət mülkiyyətinə keçirilmiş hesab edilir.

 2. Malların qəbul edilməsi

2.1. Müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərtermi-nalkompleks" Birliyi tərəfindən (bundan sonra - Birlik) qəbul edilir.

2.2. Müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar Birliyin müəyyən etdiyi anbarlara aşağıdakı sənədlər təqdim edilməklə yerləşdirilir:

2.2.1. mallar haqqında məlumatlar göstərilməklə, gömrük orqanının müraciəti;

2.2.2. malların müsadirə edilməsi haqqında məhkəmənin qüvvəyə minmiş qərarının surəti və ya gömrük orqanının mallardan dövlətin xeyrinə imtina edilməsi üçün icazə verilməsinə dair qərarının surəti.

2.3. Müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar anbara qəbul edilərkən, iki nüsxədə bu Qaydaların əlavəsi ilə müəyyən edilmiş "Malların anbara qəbul edilməsi haqqında Akt" tərtib olunur. Həmin akt malları təhvil verən gömrük orqanının vəzifəli şəxsi və Birliyin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır və Birliyin möhürü ilə təsdiq edilir. Aktın bir nüsxəsi gömrük orqanının vəzifəli şəxsinə verilir.

2.4. Müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar anbara qəbul edilərkən qüsurlu olduqda, bu barədə qəbuletmə aktında müvafiq qeydlər aparılır.

2.5. Birlik anbara qəbul olunmuş malların uçotunu aparır.

 3. Yekun müddəalar

3.1. Dövlət mülkiyyətinə keçirilmiş mallar açıq gömrük hərraclarında satılır.

3.2. Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan mallar barəsində sərəncam verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları" ilə tənzimlənir.

 

"Gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi Qaydaları"na əlavə

 Malların anbara qəbul edilməsi haqqında

AKT

 

"___"___________ 20_____il                                                                     № ________

 

 Aşağıda göstərilən müsadirə (dövlətin xeyrinə imtina) edilmiş mallar _____________________________________ anbarına təhvil verildi:

 

Sıra №-si

Malın adı

Miqdarı

Müşayiət sənədləri

Qeyd

                   

                      

                      

                                        

                            

 

 

Təhvil verdi _______________________________ ____________          ___                             

 (adı, soyadı, vəzifəsi) (imza və tarix)

 

 

Qəbul etdi _______________________________ ____________ ___                            

 (adı, soyadı, vəzifəsi) (imza və tarix)

 

  

M.Y.

 

4 Aprel 2014, 10:04

http://cabmin.gov.az/

10291—10300 / 10511

12 Fevral 2014, 08:02

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə   ətraflı...

12 Fevral 2014, 08:02

“15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 853-IVQ nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

12 Fevral 2014, 08:02

15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında   ətraflı...

11 Fevral 2014, 16:02

Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında   ətraflı...

11 Fevral 2014, 16:02

"Neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin dəyişdirilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 dekabr tarixli 333 nömrəli qərarında dəyişiklik edilməsi haqqında   ətraflı...

11 Fevral 2014, 16:02

"Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında   ətraflı...

11 Fevral 2014, 09:02

“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 871-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

11 Fevral 2014, 09:02

“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

11 Fevral 2014, 09:02

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 874-IVQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

11 Fevral 2014, 09:02

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında   ətraflı...