Azərbaycan Respublikasının “Əmək” ordeninin statutu
Azərbaycan Respublikasının 2016-cı il
29 noyabr tarixli
Qanunu ilə təsdiq edilmişdir
Maddə 1. Təltif edilən şəxslər
1.1. Azərbaycan Respublikasının “Əmək” ordeni ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istənilən fəaliyyət sahəsində Azərbaycan Respublikasının inkişafına və rifahının təmin olunmasına yönəlmiş müstəsna əmək nailiyyətlərinə görə, o cümlədən:
1.1.1. sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, sənətkarlıq, xidmət və digər sahədə uzunmüddətli məhsuldar əməyə, elm, təhsil, səhiyyə, mədəniyyət, bədən tərbiyəsi, idman və digər sahələrdə fərqlənən əmək nailiyyətlərinə;
1.1.2. kənd təsərrüfatı məhsullarının istehsalında (emalında) kənd təsərrüfatının inkişafına təsir edən yüksək göstəricilərə;
1.1.3. istehsalatda əməyin məhsuldarlığına və məhsulun (əmtəənin) keyfiyyətinin yaxşılaşmasına, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artmasına təsir edən yüksək göstəricilərə;
1.1.4. yüksəkkeyfiyyətli məhsul istehsalına (hazırlanmasına, yetişdirilməsinə), yeni texnikanın, texnologiyanın, qabaqcıl təcrübənin, ixtiranın və səmərələşdirici təklifin istehsalatda davamlı, nəticəli tətbiqinə görə təltif edilirlər.
1.2. Azərbaycan Respublikasının “Əmək” ordeninin üç dərəcəsi vardır.
1.3. Azərbaycan Respublikasının 1-ci dərəcəli “Əmək” ordeni ən yüksək dərəcəlidir.
1.4. Azərbaycan Respublikasının “Əmək” ordeninin dərəcələri ardıcıllıqla verilir.
Maddə 2. Təltif edən orqan
Azərbaycan Respublikasının “Əmək” ordeni ilə bu statutun 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.
Maddə 3. Taxılma qaydası
Azərbaycan Respublikasının “Əmək” ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Vətənə xidmətə görə” ordenindən sonra taxılır.
26 Yanvar 2017, 13:0119 İyun 2015, 09:06
L.M. Qranovskayaya “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında ətraflı...
18 İyun 2015, 09:06
“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədə ətraflı...
18 İyun 2015, 09:06
Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında ətraflı...
18 İyun 2015, 09:06
Azərbaycan Respublikasının səhiyyə işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
18 İyun 2015, 09:06
A.Ə. Pənahovanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında ətraflı...
18 İyun 2015, 09:06
Patrik Hikkinin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
18 İyun 2015, 09:06
“Azərbaycan Respublikasının Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarının bəzi kəndlərinin adlarının dəyişdirilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1300-IVQ nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
18 İyun 2015, 09:06
Azərbaycan Respublikasının Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarının bəzi kəndlərinin adlarının dəyişdirilməsi barədə ətraflı...
9 İyun 2015, 12:06
Bakı şəhərində keçirilən I Avropa Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında ətraflı...
9 İyun 2015, 12:06
Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən I Avropa Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında ətraflı...