"Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 88
Bakı şəhəri, 19 mart 2014-cü il
"Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında
"Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.2.14-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
"Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası NazirlərKabinetinin 2014-cü il 19 mart tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmişdir
Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 330.2-ci maddəsinə əsasən hazırlanmışdır və dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi qaydalarını müəyyən edir.
1.2. Mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış malların siyahısı Azərbaycan Respublikasının "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" qanunları ilə, tez xarab olan malların siyahısı isə bu Qaydalarla müəyyən edilir.
2. Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan mallar barəsində sərəncam verilməsi
2.1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (bundan sonra - Komitə), Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və gömrük hərracının təşkilatçısının əməkdaşlarının daxil olduğu 5 (beş) nəfərdən ibarət hərrac komissiyası tərəfindən dövlət mülkiyyətinə keçirilmiş malların gömrük hərraclarında satılmaması barədə protokol tərtib edilir. Protokol komissiya üzvləri tərəfindən imzalanır.
2.2. Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan mallar barəsində sərəncam verilməsi üçün hərrac komissiyası tərəfindən müvafiq protokol tərtib edildiyi gündən 3 (üç) iş günü müddətində Komitəyə protokolun surəti əlavə edilməklə müraciət olunur. Müraciətdə dövlət mülkiyyətinə keçirilmiş malların gömrük hərraclarında satılmamasının səbəbləri göstərilməlidir.
2.3. Müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində Komitənin sədri və ya onu əvəz edən şəxs tərəfindən dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan mallar barəsində bu Qaydaların 2.4-cü-2.8-ci bəndlərinin tələblərinə müvafiq olaraq sərəncam verilir.
2.4. Mallar barəsində sərəncam verilməsi malların xüsusiyyətləri nəzərə alınmaqla, aşağıdakı formalarda həyata keçirilir:
2.4.1. əvəzsiz olaraq aidiyyəti dövlət orqanlarına vermə;
2.4.2. təkrar emal;
2.4.3. məhv etmə.
2.5. Hüquq mühafizə, digər dövlət orqanlarının, dövlət büdcəsindən maliyyələşdirilən sosial təminat, səhiyyə, təhsil və digər müəssisələrin maddi-texniki bazasının yaxşılaşdırılması və tələbatlarının ödənilməsi məqsədi ilə dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan mallar tam natura şəklində əvəzsiz olaraq aidiyyəti dövlət orqanlarına verilir.
2.6. Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan mallar, xüsusiyyətlərinə görə öz təyinatı üzrə istifadə edilməsi mümkün olmadıqda, Komitə tərəfindən belə malların emalı ilə məşğul olan hüquqi şəxslərə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə müqaviləyə əsasən verilir və həmin malların təkrar emalından əldə edilmiş gəlir tərəflər arasında bölüşdürülür. Komitə malların təkrar emalından əldə edilmiş gəliri dövlət büdcəsinə köçürməlidir.
2.7. Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan mallar keyfiyyətini itirməsi, xarab olması, istifadə müddətinin ötməsi və s. səbəblərdən öz təyinatına görə istifadə edilə bilmədikdə, onların məhv edilməsi yalnız aidiyyəti dövlət orqanlarının həmin malların satışının qadağan edilməsi, yaxud mal dövriyyəsindən çıxarılması barədə müvafiq göstərişləri əsasında, habelə müstəqil ekspertlərin və digər ixtisaslaşmış müstəqil laboratoriyaların həmin malların istifadə üçün yararsız olması haqqında rəyi alınmaqla, Komitənin təşəbbüsü ilə müvafiq məhkəmə qərarı əsasında həyata keçirilir.
2.8. Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan mallar barəsində sərəncam verilməsi yalnız bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilən ardıcıllıqla həyata keçirilməlidir.
3. Mülki dövriyyədə olmasına yol verilməyən mallar barəsində sərəncam verilməsi
3.1. Mülki dövriyyədə olmasına yol verilməyən mallar gömrük ərazisinə gətirilərkən və ya bu ərazidən aparılarkən, müsadirə edilməsi qanunda nəzərdə tutulmamışdırsa, dərhal gömrük ərazisindən çıxarılmalı və ya bu əraziyə qaytarılmalıdır. Həmin mallar onları gömrük sərhədindən keçirən şəxsin hesabına çıxarılır və ya qaytarılır.
3.2. Mülki dövriyyədə olmasına yol verilməyən malları gömrük ərazisindən çıxarmaq və ya bu əraziyə qaytarmaq dərhal mümkün olmadıqda, onlar gömrük orqanlarının müvəqqəti saxlancına verilir. Belə malların saxlanc müddətinin son həddi 3 (üç) sutkadır. Saxlanc müddətinin son həddi keçmiş həmin mallar barəsində bu Qaydaların 6.8-ci və 6.9-cu bəndlərinə uyğun olaraq sərəncam verilir.
4. Mülki dövriyyəsi məhdudlaşdırılmış mallar barəsində sərəncam verilməsi
4.1. Mülki dövriyyəsi məhdudlaşdırılmış mallar xüsusi icazə olmadan gömrük ərazisinə gətirilərkən və ya bu ərazidən aparılarkən, müsadirə edilməsi qanunda nəzərdə tutulmamışdırsa, onları keçirən şəxsin seçimi əsasında gömrük ərazisindən çıxarılmalı (bu əraziyə qaytarılmalı) və ya müvəqqəti saxlanc anbarında 3 (üç) sutka müddətinə yerləşdiril-məlidir. Həmin mallar onları gömrük sərhədindən keçirən şəxsin hesabına çıxarılır və ya qaytarılır.
4.2. Mal sahibi və ya onun səlahiyyətli nümayəndəsi bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuş müddətdə xüsusi icazəni gömrük orqanına təqdim etmədikdə, həmin mallar barəsində bu Qaydaların 6.8-ci və 6.9-cu bəndlərinə uyğun olaraq sərəncam verilir.
5. Tez xarab olan mallar barəsində sərəncam verilməsi
5.1. Bu Qaydaların 6.7-ci bəndində nəzərdə tutulan mallar tez xarab olan mallara aiddirsə, həmin mallar barəsində bu Qaydaların 6.8-ci və 6.9-cu bəndlərinə uyğun olaraq sərəncam verilməsi saxlanc müddəti bitdiyi vaxtdan 24 (iyirmi dörd) saat ərzində həyata keçirilir.
5.2. Tez xarab olan malların siyahısı bu Qaydaların əlavəsi ilə müəyyən edilir.
5.3. Tez xarab olan mallar xüsusi şəraiti olan yerlərdə saxlanıl-malıdır.
6. Saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi
6.1. Mallar Gömrük Məcəlləsinin 183.1-ci maddəsi ilə müəyyən edilmiş gömrük anbarında saxlanc müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməlidir. Bu müddət başa çatdıqdan sonra qeyd edilən tələb yerinə yetirilmədikdə, həmin mallar barəsində bu Qaydaların 6.3-cü-6.6-cı bəndlərinə uyğun olaraq sərəncam verilir.
6.2. Malların gömrük anbarında saxlanc müddətinin başa çatmasına ən geci 15 (on beş) gün qalmış saxlanc yerinin sahibi mal barəsində səlahiyyətli şəxsə və ya onun nümayəndəsinə bu barədə bildiriş təqdim edir. Həmin bildiriş mal barəsində səlahiyyətli şəxsə və ya onun nümayəndəsinə sənədin qəbulu barədə imzasını almaqla verilir. Bildirişdə malların gömrük anbarında saxlanc müddətinin başa çatmasının dəqiq tarixi göstərilməli və bu müddət başa çatdıqdan sonra malların başqa gömrük proseduru altında yerləşdirilməməsinin hüquqi nəticələri barədə Gömrük Məcəlləsinin 183.2-ci maddəsinə və bu Qaydaların 6.3-cü-6.6-cı bəndlərinə istinad edilməklə müvafiq izah verilir.
6.3. Malların gömrük anbarında saxlanc müddəti başa çatanadək, bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq məlumatlandırılmış mal barəsində səlahiyyətli şəxs və ya onun nümayəndəsi malları başqa gömrük proseduru altında yerləşdirmək üçün bəyan etmədikdə, saxlanc müddəti keçmiş mallar barəsində saxlanc yerinin sahibi həmin malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsini rəsmiləşdirmiş gömrük orqanına kağız üzərində yazılı formada məlumat verir.
6.4. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdiril-məsini rəsmiləşdirmiş gömrük orqanı tərəfindən müvafiq məlumat daxil olduqdan dərhal sonra saxlanc müddətinin bitməsi faktını təsdiq edən 3 (üç) nüsxədən ibarət akt tərtib edilir. Aktın bir nüsxəsi gömrük orqanında qalır, digər iki nüsxəsi isə mal barəsində səlahiyyətli şəxsə və ya onun nümayəndəsinə və saxlanc yerinin sahibinə təqdim edilir.
6.5. Bu Qaydaların 6.4-cü bəndində göstərilən akt tərtib edildiyi tarixdən 1 (bir) iş günü müddətində Komitəyə aktın surəti əlavə edilməklə müraciət olunur və Komitənin sədri və ya onu əvəz edən şəxs saxlanc müddəti keçmiş malların açıq gömrük hərraclarında satılması barədə qərar qəbul edir. Malların satılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 19 oktyabr tarixli 237 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satılması Qaydaları"na uyğun olaraq həyata keçirilir.
6.6. Gömrük anbarında saxlanc müddəti başa çatmış malların və nəqliyyat vasitələrinin bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq satışından əldə edilən məbləğ onların daşınması, saxlancı və satışı ilə bağlı xərclər və ödənilməli olan gömrük ödənişləri çıxıldıqdan sonra mal sahibinin göstərdiyi bank hesabına 1 (bir) iş günü müddətində köçürülür. Gömrük hərraclarında satılmamış qalan mallar barəsində sərəncam verilməsi bu Qaydaların 2-ci hissəsinə uyğun olaraq həyata keçirilir.
6.7. Qadağan olunmuş mallar gömrük ərazisinə gətirilərkən və ya bu ərazidən aparılarkən, müsadirə edilməsi qanunda nəzərdə tutulmamışdırsa, müvafiq olaraq dərhal gömrük ərazisindən çıxarılmalı və ya bu əraziyə qaytarılmalıdır. Malları gömrük ərazisindən çıxarmaq və ya bu əraziyə qaytarmaq dərhal mümkün olmadıqda, onlar gömrük orqanlarının müvəqqəti saxlancına verilir. Belə malların saxlanc müddətinin son həddi 3 (üç) sutkadır.
6.8. Bu Qaydaların 6.7-ci bəndi ilə müəyyən edilmiş müddətdə mallar müvafiq olaraq gömrük ərazisindən çıxarılmadıqda və ya bu əraziyə qaytarılmadıqda, gömrük orqanı tərəfindən saxlanc müddətinin bitməsi faktını təsdiq edən 2 (iki) nüsxədən ibarət akt tərtib edilir. Aktın bir nüsxəsi gömrük orqanında qalır, digər nüsxəsi isə mal barəsində səlahiyyətli şəxsə və ya onun nümayəndəsinə təqdim edilir.
6.9. Bu Qaydaların 6.8-ci bəndində göstərilən akt tərtib edildiyi tarixdən 1 (bir) iş günü müddətində, tez xarab olan mallar barəsində isə dərhal Komitəyə aktın surəti əlavə edilməklə müraciət olunur və Komitənin sədri və ya onu əvəz edən şəxs saxlanc müddəti keçmiş mallar barəsində bu Qaydaların 2.4-cü-2.8-ci bəndlərinin tələblərinə əsasən sərəncam verir.
"Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları"na əlavə
Tez xarab olan malların
SİYAHISI
1. Canlı flora növləri.
2. Ət və ət məhsulları, quş əti və quş əti məhsulları (o cümlədən, vurulmuş ov heyvanları və quşları) və heyvan piyləri, endokrin xammalı.
3. Diri, soyudulmuş, dondurulmuş, hisə verilmiş, duza və ya marinada qoyulmuş balıqlar, xərçənglər, molyusklar və digər dəniz məhsulları, balıq məmulatları, kürü.
4. İnkubasiya üçün yumurta, heyvan sperması, embrionlar.
5. Süd və süd məhsulları (təzə süd, qaymaq, xama, kəsmik, turş süd məhsulları və s.), müxtəlif pendir növləri, dondurma, kərə yağı, əridilmiş kərə yağı.
6. Qida üçün yumurta və melanj.
7. Marqarin, kompaund-piy, qənnadı, kulinariya və digər piylər.
8. Təzə və dondurulmuş (qaxac edilmiş və qurudulmuş istisna olmaqla) meyvələr və giləmeyvələr, şirə konsentratları, püre.
9. Təzə, dondurulmuş, duza qoyulmuş, turşudulmuş (qaxac edilmiş və qurudulmuş istisna olmaqla) tərəvəzlər və göbələklər, badımcan, yerkökü, artişok, paxlalı tərəvəzlər, yunan qabağı, təzə bibər, xiyar, pomidor, bütün növ kələm, kartof, soğan, çuğundur, turp, təzə göbələklər, tərəvəz povidlosu və püresi, müxtəlif göyərtilər.
10. Dondurulmuş qida məhsulları və yarımfabrikatlar.
11. Çörəkbişirmə üçün preslənmiş mayalar.
12. Şokolad məhsulları (yay aylarında).
13. Çörək və çörək-bulka məmulatları.
14. Körpələr və azyaşlı uşaqlar üçün xüsusi hazırlanmış qida məhsulları: maye halında ana südünün əvəzediciləri, meyvə və tərəvəz püreləri, meyvə və tərəvəz şirələri, ət püreləri, turş süd məhsulları, kəsmik və digər hazır yeməklər.
15. Qan və qan komponentləri, insan orqanları və toxumaları, analizlərin aparılması üçün testlər, diaqnostikumlar və standart məhlullar.
16. Normativ saxlama müddəti 72 (yetmiş iki) saatdan az olan digər məhsullar.
4 Aprel 2014, 10:0421 Yanvar 2014, 09:01
“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
21 Yanvar 2014, 09:01
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
21 Yanvar 2014, 09:01
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
21 Yanvar 2014, 09:01
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 847-IVQD nömrəli Qanununun tətbiqi və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli 289 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
21 Yanvar 2014, 09:01
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
21 Yanvar 2014, 09:01
“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 686-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
21 Yanvar 2014, 09:01
2013-cü il dekabrın 3-də Seul şəhərində imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Koreya Respublikasının Milli Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
21 Yanvar 2014, 09:01
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 3 dekabr tarixli 836-IVQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
21 Yanvar 2014, 09:01
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 3 dekabr tarixli 838-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
21 Yanvar 2014, 08:01
“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 846-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...