“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununu “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

 

“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 1, maddə 2, № 8, maddə 415; 2004, № 8, maddə 598; 2007, № 11, maddə 1053; 2011, № 6, maddə 483) aşağıdakı dəyişikliklər edilsin:

1. 7.1-ci maddənin üçüncü cümləsindən “reklam və” sözləri çıxarılsın.

2. Aşağıdakı məzmunda 7.1-1-ci maddə əlavə edilsin:

“7.1-1. Reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən kiçik olmalı və reklamın yerləşdiyi ümumi sahənin üçdə birindən çox olmamalıdır. Mətndə digər dillərdə ifadə olunan əmtəə nişanı və coğrafi göstərici müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alındığı formada göstərilməlidir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 noyabr 2016-cı il.

26 Yanvar 2017, 12:01

http://www.azertag.net

6491—6500 / 10511

2 Sentyabr 2016, 09:09

Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında   ətraflı...

2 Sentyabr 2016, 09:09

Azərbaycan Milli Olimpiya komandası üzvlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında   ətraflı...

2 Sentyabr 2016, 09:09

R.V.İsaevə Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün verilməsi haqqında   ətraflı...

1 Sentyabr 2016, 09:09

Azərbaycan Respublikasının hüdudlarından kənarda səsvermə təşkil edildiyi hallarda səsvermə hüququna malik şəxsləri seçici siyahılarına daxil etməli olan seçki dairələrinin müəyyən edilməsinə dair   ətraflı...

1 Sentyabr 2016, 09:09

Mərkəzi Seçki Komissiyasının 27 avqust 2016-cı il tarixli iclas protokolunun təsdiq edilməsi barədə   ətraflı...

31 Avqust 2016, 10:08

Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında   ətraflı...

31 Avqust 2016, 09:08

42-ci Ümumdünya Şahmat Olimpiadasının iştirakçılarına   ətraflı...

31 Avqust 2016, 09:08

Şəki şəhərinin Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

30 Avqust 2016, 09:08

Lənkəran şəhərinin Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

29 Avqust 2016, 09:08

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI   ətraflı...