“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununu “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 1, maddə 2, № 8, maddə 415; 2004, № 8, maddə 598; 2007, № 11, maddə 1053; 2011, № 6, maddə 483) aşağıdakı dəyişikliklər edilsin:
1. 7.1-ci maddənin üçüncü cümləsindən “reklam və” sözləri çıxarılsın.
2. Aşağıdakı məzmunda 7.1-1-ci maddə əlavə edilsin:
“7.1-1. Reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən kiçik olmalı və reklamın yerləşdiyi ümumi sahənin üçdə birindən çox olmamalıdır. Mətndə digər dillərdə ifadə olunan əmtəə nişanı və coğrafi göstərici müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alındığı formada göstərilməlidir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 noyabr 2016-cı il.
26 Yanvar 2017, 12:011 Avqust 2017, 09:08
Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında ətraflı...
1 Avqust 2017, 09:08
Azərbaycanın kino xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında ətraflı...
1 Avqust 2017, 09:08
Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
1 Avqust 2017, 09:08
X.İ.Şıxsəidovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
1 Avqust 2017, 09:08
Ç.A.Qənizadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
31 İyul 2017, 10:07
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə, 29-cu maddəsinin I, II və III hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair ətraflı...
31 İyul 2017, 10:07
Ucar rayonunun Ucar-Gəraybəyli-Rəstəcə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında ətraflı...
31 İyul 2017, 09:07
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
31 İyul 2017, 09:07
Mərkəzi Seçki Komissiyasının 21 iyul 2017-ci il tarixli iclas protokolunun təsdiq edilməsi barədə ətraflı...
27 İyul 2017, 09:07
Bərdə rayonunun Yeni Daşkənd-Umudalılar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...