“Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 421-VQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 421-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 25 yanvar 2017-ci il.

26 Yanvar 2017, 12:01

http://www.azertag.net

9391—9400 / 10511

31 Oktyabr 2014, 09:10

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1075-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

30 Oktyabr 2014, 09:10

Boliviya Çoxmillətli Dövlətinin Prezidenti Zati-aliləri cənab Evo Morales Aymaya   ətraflı...

30 Oktyabr 2014, 09:10

Braziliya Federativ Respublikasının Prezidenti Zati-aliləri xanım Dilma Russeffə   ətraflı...

29 Oktyabr 2014, 09:10

Ə.M.Rüstəmovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında   ətraflı...

29 Oktyabr 2014, 09:10

Türkiyə Respublikasının Baş naziri Zati-aliləri cənab Əhməd Davudoğluna   ətraflı...

29 Oktyabr 2014, 09:10

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana   ətraflı...

29 Oktyabr 2014, 09:10

Gənclər siyasəti üzrə birinci qlobal forumun iştirakçılarına   ətraflı...

28 Oktyabr 2014, 09:10

Mərkəzi Seçki Komissiyasının 20 oktyabr və 21 oktyabr 2014-cü il tarixli iclas protokollarının təsdiq edilməsi barədə   ətraflı...

28 Oktyabr 2014, 09:10

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə   ətraflı...

28 Oktyabr 2014, 09:10

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında   ətraflı...