Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli 880 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli 880 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 6, maddə 286; 2006, № 11, maddə 945; 2007, № 6, maddə 601; 2008, № 8, maddə 719, № 11, maddələr 969, 970; 2009, № 2, maddə 64, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2014, № 10, maddə 1186, № 12, maddə 1578; 2016, № 3, maddə 468, № 4, maddə 660) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 9.44-1-ci bənd əlavə edilsin:

“9.44-1. dəmir yolu nəqliyyatı vasitələri sərnişinlərinin fərdi qəza sığortası üzrə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığortalanmasına nəzarət edir;”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 25 yanvar 2017-ci il.

26 Yanvar 2017, 12:01

http://www.azertag.net

5131—5140 / 10511

4 İyul 2017, 09:07

Şamaxı rayonunun Göylər-Quşçu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında   ətraflı...

3 İyul 2017, 09:07

İ.Ə.Mehdiyevin Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

3 İyul 2017, 09:07

Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında   ətraflı...

3 İyul 2017, 09:07

Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında   ətraflı...

3 İyul 2017, 09:07

Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında   ətraflı...

3 İyul 2017, 09:07

Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında   ətraflı...

3 İyul 2017, 09:07

Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında   ətraflı...

3 İyul 2017, 09:07

Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında   ətraflı...

30 İyun 2017, 09:06

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında   ətraflı...

30 İyun 2017, 09:06

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında   ətraflı...