“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydasının təsdiq edilməsi barədə” 2002-ci il 22 yanvar tarixli 15 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 93; 2003, № 6, maddə 348, 2004, № 9, maddə 750; 2005, № 4, maddə 376; 2006, № 9, maddə 812; 2009, № 9, maddə 757, 2014, № 6, maddə 747; 2016, № 4, maddə 789, № 7, maddə 1360) və “Elektrik enerjisindən istifadəyə görə bir sıra birinci dərəcəli istehlakçıların, məskunlaşmamış qaçqın və məcburi köçkünlərin istehlak etdikləri elektrik enerjisi dəyərinin ödənilməsinin tənzimlənməsi barədə” 2003-cü il 10 iyun tarixli 80 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 6, maddə 348; 2006, № 1, maddə 59, № 7, maddə 647; 2009, № 10, maddə 846; 2014, № 1, maddə 69, № 2, maddə 201, 2016, № 5, maddə 955) 3-cü hissəsi ləğv edilsin.

3. Bu qərar 2017-ci il 1 yanvar tarixindən qüvvəyə minir.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 24 yanvar 2017-ci il.

25 Yanvar 2017, 09:01

http://www.azertag.net

6741—6750 / 10511

10 İyun 2016, 09:06

“Birgə Azərbaycan–Fransız Universiteti (UFAZ)” layihəsinin həyata keçirilməsi barədə   ətraflı...

7 İyun 2016, 09:06

R.M.Fətəliyevə “Xalq artisti” fəxri adının verilməsi haqqında   ətraflı...

7 İyun 2016, 09:06

R.M.Fətəliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

6 İyun 2016, 09:06

2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 iyun 2016-cı il tarixli 09 saylı müraciətə baxılması barədə   ətraflı...

6 İyun 2016, 09:06

2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 3 iyun 2016-cı il tarixli 10 saylı müraciətə baxılması barədə   ətraflı...

6 İyun 2016, 09:06

“Seçki komissiyalarının seçici siyahıları ilә iş qaydaları haqqında Təlimat”a dəyişiklik edilməsinə dair   ətraflı...

6 İyun 2016, 09:06

2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə seçki məntəqələrində veb-kameraların quraşdırılması barədə   ətraflı...

6 İyun 2016, 09:06

2010-cu ildə formalaşmış seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın tərkibində dəyişikliklər edilməsi barədə   ətraflı...

6 İyun 2016, 09:06

Mərkəzi Seçki Komissiyasının 26 may 2016-cı il tarixli iclas protokolunun təsdiq edilməsi barədə   ətraflı...

6 İyun 2016, 09:06

H.Q.Səlimovun Balakən Rayon Məhkəməsinin hakimi təyin edilməsi haqqında   ətraflı...