Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36,0 (otuz altı) manat məbləğində vahid aylıq müavinəti müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu Fərmanın 1-ci hissəsində göstərilən vahid aylıq müavinətin şamil ediləcəyi kontingenti və müavinətin ödənilməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasını qısa müddətdə təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 yanvar 2017-ci il.

24 Yanvar 2017, 09:01

http://www.azertag.net

6311—6320 / 10511

8 Noyabr 2016, 09:11

Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşlarına “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında   ətraflı...

8 Noyabr 2016, 09:11

Bakı Metropoliteninin bir qrup işçisinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

8 Noyabr 2016, 09:11

Y.H.Davıdova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında   ətraflı...

8 Noyabr 2016, 09:11

K.S.İmanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

8 Noyabr 2016, 09:11

Azərbaycan Respublikasının televiziya və radio işçilərinin təltif edilməsi haqqında   ətraflı...

8 Noyabr 2016, 09:11

Televiziya və radio işçilərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında   ətraflı...

8 Noyabr 2016, 09:11

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...

8 Noyabr 2016, 09:11

Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında   ətraflı...

7 Noyabr 2016, 09:11

Balakən rayonunun Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

7 Noyabr 2016, 09:11

Bakı şəhəri Sabunçu rayonunun Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında   ətraflı...