Barat Şəkinskayanın 100 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2014-cü ilin iyun ayında böyük səhnə ustası, Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, respublikanın xalq artisti Barat Həbib qızı Şəkinskayanın anadan olmasının 100 illiyi tamam olur.
Fitri istedada malik aktrisa Barat xanım Şəkinskaya Azərbaycanın zəngin mədəniyyət xəzinəsində layiqli yer tutan rəngarəng xarakterli obrazlar qalereyası yaratmışdır. Özünün bu gün də sevilən çoxsaylı qəhrəmanları ilə o, milli teatr tarixində azərbaycanlı qadın aktyor obrazını formalaşdırmış ilk sənətkarlardandır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan mədəniyyətinin inkişafında təqdirəlayiq xidmətlər göstərmiş xalq artisti Barat Şəkinskayanın 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi xalq artisti Barat Şəkinskayanın 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 aprel 2014-cü il.
4 Aprel 2014, 08:0429 Dekabr 2014, 09:12
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 26 dekabr 2014-cü il tarixli 57 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI ətraflı...
29 Dekabr 2014, 09:12
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 25 dekabr 2014-cü il tarixli 43 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI ətraflı...
29 Dekabr 2014, 09:12
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 26 dekabr 2014-cü il tarixli 61 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI ətraflı...
29 Dekabr 2014, 09:12
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 25 dekabr 2014-cü il tarixli 50 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI ətraflı...
29 Dekabr 2014, 09:12
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 25 dekabr 2014-cü il tarixli 30 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI ətraflı...
29 Dekabr 2014, 09:12
Mərkəzi Seçki Komissiyasının 13 dekabr və 24 dekabr 2014-cü il tarixli iclas protokollarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI ətraflı...
26 Dekabr 2014, 09:12
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 dekabr tarixli Sərəncamına Əlavə ətraflı...
26 Dekabr 2014, 09:12
Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında ətraflı...
25 Dekabr 2014, 13:12
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 dekabr 2014-cü il tarixli 24 saylı müraciətə baxılması barədə ətraflı...
25 Dekabr 2014, 13:12
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 dekabr 2014-cü il tarixli 26 saylı müraciətə baxılması barədə ətraflı...