“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 584; 2003, № 6, maddə 267; 2004, № 12, maddə 979; 2005, № 5, maddə 393, № 12, maddə 1083; 2006, № 2, maddə 67, № 3, maddə 225, № 12, maddə 1012; 2007, № 12, maddə 1202; 2008, № 12, maddə 1049; 2009, № 7, maddə 505; 2014, № 8, maddə 958; Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 349 nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 6.6-cı maddə ləğv edilsin.
2. 6.7-ci maddədən “, bu Qanunun 6.6-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla,” sözləri çıxarılsın.
3. 10.4-cü maddədən “, bu Qanunun 6.6-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla,” sözləri çıxarılsın.
4. 19.4-cü maddədən “, bu Qanunun 6.6-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla,” sözləri çıxarılsın.
5. 19.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
“19.5. İlin sonuna bütün xəzinə hesablarının qalıqları dövlət büdcəsinin vahid xəzinə hesabına köçürülür. Bu vəsait dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və (və ya) növbəti ilin dövlət büdcəsi xərclərinin on ikidə bir hissəsi həmin il üzrə bu Qanunun 7-ci maddəsində göstərilən xərclərin ödənilməsinə yönəldilir, habelə bu Qanunun 19.2-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada idarə edilir, yerdə qalan hissəsi isə Azərbaycan Respublikasının Dövlət Neft Fonduna köçürülür.”.
6. 19.6-cı maddədə “üzrə” sözündən sonra “hesabat ili ərzində” sözləri, “yönəldilərək,” sözündən sonra “il ərzində” sözləri əlavə edilsin.
7. 20.6.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“20.6.4. funksional və inzibati təsnifata uyğun olaraq bölmə və köməkçi bölmə səviyyəsində xərclərin icrasının məbləği;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2016-cı il.
13 Yanvar 2017, 09:0114 Noyabr 2017, 10:11
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında ətraflı...
14 Noyabr 2017, 10:11
N.R.Əyyubova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...
14 Noyabr 2017, 10:11
Gəncə şəhərində İdman Sarayının tikintisi haqqında ətraflı...
14 Noyabr 2017, 10:11
Gəncə şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
14 Noyabr 2017, 10:11
Gəncə Dövlət Dram Teatrının tikintisinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında ətraflı...
13 Noyabr 2017, 09:11
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
10 Noyabr 2017, 09:11
Azərbaycan şahmatçılarının Avropa komanda çempionatında qalib olması haqqında ətraflı...
10 Noyabr 2017, 09:11
Bakı Metropoliteninin 50 illik yubileyinə həsr olunmuş mərasimin iştirakçılarına ətraflı...
8 Noyabr 2017, 10:11
О присвоении почетных званий работникам нефтяной промышленности в Азербайджанской Республике ətraflı...
8 Noyabr 2017, 10:11
О награждении работников нефтяной промышленности в Азербайджанской Республике ətraflı...