Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Zəngin tarixə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan Muxtar Respublikası çox mürəkkəb, lakin parlaq inkişaf yolu keçərək Azərbaycanın sosial-iqtisadi və ictimai-siyasi həyatında özünəməxsus yer tutmuş, ölkəmizin inkişafında hər zaman əhəmiyyətli rol oynamışdır.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində bu gün də dinamik inkişaf edən Muxtar Respublikada infrastrukturun müxtəlif sahələrində irimiqyaslı layihələr həyata keçirilmiş, elektrik stansiyaları istismara verilmiş, yeni yollar çəkilmiş, müasir sənaye və kənd təsərrüfatı müəssisələri yaradılmış, idman kompleksləri, təhsil, səhiyyə, mədəniyyət və turizm ocaqları inşa olunmuş, nəticədə minlərlə iş yeri açılmışdır.
Şəhər və rayon mərkəzlərində, ayrı-ayrı yaşayış məntəqələrində əsaslı abadlıq-quruculuq işləri görülmüş, istirahət bağları və parklar salınmış, müasir üslublu tikililər, milli arxitekturalı binalar ucaldılmış, tarixi memarlıq abidələri bərpa edilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasında abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 5,0 (beş) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 yanvar 2017-ci il.
13 Yanvar 2017, 09:0121 Oktyabr 2014, 09:10
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
21 Oktyabr 2014, 09:10
N.Ə. İsmayılovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
21 Oktyabr 2014, 09:10
“Azərbaycan Respublikasının Hökuməti və Vyetnam Sosialist Respublikasının Hökuməti arasında gəlirlərə vəəmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişin təsdiq edilməsi barədə ətraflı...
21 Oktyabr 2014, 09:10
“Azərbaycan Respublikası Hökuməti ilə Uruqvay Şərq Respublikası Hökuməti arasında gömrük işi sahəsindəəməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə ətraflı...
21 Oktyabr 2014, 09:10
“Azərbaycan Respublikasının Hökuməti və Mərakeş Krallığının Hökuməti arasında gömrük işi sahəsindəəməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə ətraflı...
21 Oktyabr 2014, 09:10
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
21 Oktyabr 2014, 09:10
“Azərbaycan Respublikası Hökuməti və SəudiyyəƏrəbistanı Krallığı Hökuməti arasında gəlirlərə vəəmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə ətraflı...
21 Oktyabr 2014, 09:10
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dördüncü Zirvə Toplantısının Bəyannaməsinin təsdiq edilməsi haqqında ətraflı...
21 Oktyabr 2014, 09:10
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 596 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında ətraflı...
21 Oktyabr 2014, 09:10
Azərbaycan Respublikasının Prezidenti və Fransa Respublikasının Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında ətraflı...